Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

"Solaxay olmağım işimə yaradı..."

Əziz dostlar! Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam. Hələ ki, namaza və oruca fiziki imkanlarım yol vermir. İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün - bazar ertəsi köməkçilərimə tapşırıq verdim ki, hər həftə oluğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlaraq evdən seçicilərin on-line qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazım. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam! Fazil Mustafa, millət vəkili

Ruslar Baxmutu cəsədləri ilə örtürlər - Yabçanka

Baxmut uğrunda döyüşlər hələ də qızğın şəkildə davam edir. Düzdür, ayın əvvəlindən döyüşlərin intensivliyi azalıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Da Vinçi Qurdları" batalyonunun leytenantı Aleksandr Yabçanka deyib. "Bizim mövqelərimizə faktiki olaraq hər şeylə hücum etdilər: top artilleriyası, tanklar və s. Davamlı hücumlar var. Bizim mövqelərimizi darmadağın etməyə çalışırlar. Sözün əsl mənasında, sadəcə olaraq, torpağımızı cəsədlərlə örtürlər. Elə yerlər var ki, onların meyitləri topalanıb qalıb. Bu heç də mübaliğə deyil", - o bildirib. O qeyd edib ki, bəzi ərazilərdə ruslar həlak olmuş yoldaşlarının cəsədlərini götürməyə çalışırlar və bunun üçün də basqın edirlər: "Ukrayna Silahlı Qüvvələri onları dərhal məhv edir, lakin hücumlar davam edir".

“İran və Azərbaycan müharibənin astanasındadır”

“İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu, təbiidir. İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq”. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. E.Şahinoğlu qeyd edib ki, bu, nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir: “Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır: 1) Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir; 2) Deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır. İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalacağına inam azdır. Çünki belə telefon danışıqlar keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: “Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir. İki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var. Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini liderinin mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyyə etməlidir. Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq”.

Rusiyanın itkiləri 178 mini keçdi

Ukrayna müharibənin 410-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 178 150 hərbçi, 3636 ədəd tank, 7024 ədəd zirehli döyüş maşını, 2740 ədəd artilleriya sistemi, 533 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 282 hava hücumundan müdafiə sistemi, 307 ədəd hərbi təyyarə, 292 ədəd helikopter, 5602 ədəd avtomobil texnikası, 2312 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 309 xüsusi avadanlıq itirib.

Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 8-də başa çatıb. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş nazir İrakli Qaribaşvilini rəsmi şəxslər yola saldılar.

Ukrayna Bryanska zərbə endirdi: xeyli itki var

Ukrayna Rusiyanın Bryansk vilayətində sərhədçilərin olduğu bazaya zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Qeyd olunub ki, rus hərbçilərinin söhbətinin dinlənilməsi ilə bağlı audioyazı sübut edir ki, xeyli ölü və yaralılar olub.

Ukrayna rusların mövqeyinə zərbələr endirdi

Ukrayna qoşunları Rusiyanın nəzarətində olan Donetskin mərkəzi Voroşilovski rayonunu atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə "dxr" separatçıları məlumat yayıb. Qeyd olunub ki, Ukraynanın zərbələri nəticəsində 16 nəfər yaralanıb.

Ermənilər Laçını atəşə tutdu

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ana həbsdəki oğluna narkotik keçirmək istəyərkən tutuldu

Bakı istintaq təcridxanası və 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş telefon və psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətdən Sozcu.az-a verilən məlumata görə, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Dəyanət Süleymanova qardaşı Tacəddin Süleymanov tərəfindən gətirilmiş sovqata baxış zamanı gödəkçənin içəri cibində gizlədilmiş “Samsunq” markalı mobil telefon aparatı aşkar edilib. 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Kamran Mirzəzadə ilə qısamüddətli görüşə gəlmiş anası Sevinc Musayevanın üzərinə baxış keçirilən zaman isə gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,042 qram psixotrop maddə - metamfetamin aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır.

Rusiya qoşunları Donetsk vilayətində geri çəkilir...

"Rusiyalıların lokal uğurları onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək..." "Rusiya ordusu bundan sonra hücum etmək qabiliyyətinə malik deyil..." "Heç bir geriyə çəkilməkdən söhbət getmir, Rusiya MN-nin Hərbi-Desant Qoşunları Baxmuta daxil olur..." Rusiyanın Kremlə müxalif  "Novaya qazeta Yevropa" nəşri Rusiya qoşunlarının Donetsk vilayətində əvvəllər tutduqları mövqelərdən geri çəkilməsi haqqında məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə "charter97.org" nəşri məlumat yayıb. Jurnalistlərin məlumatına görə, Rusiya ordusu Avdeyevka yaxınlığında "şimal çıxışı"ndan bölmələrini geri çəkir.  "Vodyanoye kəndi yaxınlığında cənub çıxışında hələ ki, tab gətirir, lakin oradan da yaxın iki gündə geri çəkilə bilər. Uqledardakı mövqelər tərk edilib. Orada hazırda on km dərinlikdə olan boz zona yaranıb. Rusiya Silahlı Qüvvələri Volnovaxaya çəkilir. Marinkada hələ ki, cəbhəni saxlaya bilir, lakin orada qoşunların sayı azdır. Baxmutda USQ gecədən əvvəllər "vaqnerçilər"in mərkəzdə ələ keçirdikləri məhəllələri geri almağa başlayıb. Yavaş da olsa, uğurla irəliləyir. Hər şeydən göründüyü kimi, Rusiya SQ Baxmutdan şimala və cənuba geri çəkilməyə hazırlaşır", - həmsöhbət müxbirlərə deyib. Jurnalistlər həmçinin "Volya"  "Telegram-kanal"a istinad edir. Orada "Novaya qazeta"nın mənbəyinin məlumatı təsdiqlənir. Bu zaman qeyd edilir ki, söhbət o mövqelərdən gedir ki, onların uğrunda döyüşlər müharibənin əvvəlindən aparılıb, rusiyalı "hərbi müxbirlər" həlledici hesab edib və hələ payızda əmin ediblər ki, məhz oradan Rusiya SQ  Avdeyevkanı uğurla mühasirəyə ala biləcək". "Volya"nın müəllifləri hesab edir ki, " hazırda Rusiya SQ bütün lokal uğurları, böyük ehtimalla, onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək". "Novaya qazeta"nın sorğu keçirdiyi mütəxəssislər Rusiyanın geri çəkilməsinin iki səbəbini açıqlayıb. Birincisi, Rusiya SQ bölmələri bundan sonra hücum etmək qabiliyyətində deyil, çünki insani və maddi resursları tükənib. İkincisi, USQ-nin fəal hərəkətləri rusiyalı generallara göstərib ki, cəbhə eyni zamanda bir neçə yerdən yarıla bilər.  Ona görə Donetsk, Yasinovataya və Qorlovka ətrafında möhkəm müdafiə yaratmaq, habelə Volnovaxa ətrafında müdafiəni möhkəmləndirmək məqsədilə təmas xəttini qısaltmaq qərarı verilib. Hərbi-hüquqi araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko da təxminən eyni fikirdədir. O, hesab edir ki, Rusiya qoşunları hücum potensialını tükəndirərək, əvvəlcədən hazırlanmış müdafiə mövqelərinə geri çəkilir. Mütəxəssis qeyd edir ki, Rusiya qoşunlarının hücumu və müdafiə xətləri və möhkəmləndirilən rayonların hazırlığı paralel olaraq aparılıb. "Belə təəssürat yaranıb ki, hücuma keçərkən, rusiyalılar müdafiəyə çəkiləcəklərinin labüdlüyünü artıq anlayıb. Hazırda, hər şeydən göründüyü kimi, bu məqam yetişib.  Düşünürəm ki, biz indi Rusiyanın diqqətinin USQ-nin çəkindirilməsi üçün artilleriyadan istifadə etməyə yönələcəyini görəcəyik. Rusiyanın hələ hansısa sayda mərmiləri qalıb", - Alekdandr Musiyenko qeyd edib. "Novaya qazeta Yevropa" alternativ fikirlərə də yer ayırıb. Belə ki, ukraynalı hərbi ekspert Oleq Jdanov adıçəkilən rayonlarda döyüşlərin intensivliyinin aşağı düşməsini başqa amillərlə əlaqələndirir. "Baxmuta Rusiya MN Hərbi-Desant Qoşunları daxil olur. Rusiya MN Baş Qərargah rəisi Valeri Gerasimov köhnə komandanı toplayır və əvvəllər vəzifələrdən azad edilmiş generalları, o cümlədən Aleksandr Lapini geri qaytarır. Heç bir geriyə çəkilmədən söhbət getmir. Döyüş əməliyyatlarının intensivliyi yolların palçıqlı olması ilə bağlıdır", - Jdanov hesab edir.

Saakaşvili RƏSMƏN BƏYAN ETDİ: "Ölürəm"

Saakaşvilinin vəziyyəti kritik həddə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilir ki, Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili vəziyyətinin pisləşdiyini açıqlayıb. 54 yaşlı siyasətçinin sözlərinə görə, 2021-ci ilin oktyabrında “8 il sürgündən sonra” respublikaya qayıdıb. Daha sonra Gürcüstan hakimiyyəti Saakaşvilini saxlayıb və nəzarətə götürüb. “Həbsdə olanda səhhətim sürətlə pisləşdi. İndi isə ölürəm… 20-dən çox ciddi xəstəlikdən əziyyət çəkirəm”, – deyə eks-prezident  hüquqşünas vasitəsilə məlumat çatdırıb. Saakaşvili səhhətinə görə məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyub. Siyasətçinin sözlərinə görə, onun ölümü Rusiyada “qələbə” kimi qeyd olunacaq, Gürcüstanda isə “siyasi xaos” yaradacaq. Daha əvvəl Saakaşvilinin anası bildirib ki, eks-prezident sürətlə arıqlayır, zəhərlənmə səbəbindən siyasətçi yemək yeyə bilmir, əl və ayaqları tutulub.