“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirirsə, sözsüz ki, məzuniyyətdə olan sədr özü maraqlı olmalıdır ki, qurumumda yoxlama gedir, mən orada olmalıyam. Çünki bəzi məsələlərə Vüsal Kərimli özü açıqlama gətirə bilər. Hamısı onun imzası ilə gedib. BNA-nın sədridirsə, bir material da onun “qol”u olmadan gedə bilməz. Vüsal Kərimlinin qurumda olması vacibdir. Sədr məzuniyyətdən geri çağırılmalı idi. Ağır xəstədirsə, xəstəxanada yatırsa, bu, ayrı məsələdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, qurumda hər şeyə sədr cavabdehdir: “BNA-da korrupsiya aşkarlayıblarsa, onda sədrlə birgə “balacalar”ın hamısı getməlidilər. Qurumda olan işlərə hamısı cavbdehdirlər”.
N.Cəfəroğlu ötən il Hesablama Palatası tərəfindən BNA-da milyonların mənimsənildiyinin aşkarlanması, buna baxmayaraq Vüsal Kərimlinin hələ də vəzifədə saxlanılması barədə iradları isə belə cavablandırıb: “Korrupsiya aşkarlandığı halda sədr açıqlama verirsə ki, “mənim bundan xəbərim yoxdur”, imzam yoxdur”, onda bu, ayrı söhbətdir, onda sədri saxlaya bilərlər. Tək Azərbaycanda yox, heç yerdə sədrsiz korrupsiya gedə bilməz. Əlbəttə ki, Vüsal Kərimlinin hər şeydən xəbəri var. Hamısı getməlidir”.