“Laçın yolu ilə qanunsuz daşınan silahlar Qarabağda hərbi baza yaratmaq üçün istifadə olunub”

Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev “X”də paylaşım edib. “Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Deməli, Laçın keçid məntəqəsinin yaradılması, həqiqətən də, Azərbaycanın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir”, - deyə, o qeyd edib.

Erməni terrorçuları Kəlbəcəri atəşə tutdu

Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - Nazirlikdən qeyd edilib.

Rusiya daha öz torpağına nəzarət edə bilmir - Nikolay Davidyuk

Krım körpüsü yaxınlığında baş verən partlayışlar göstərir ki, Rusiya müvəqqəti işğal olunmuş ərazilərə tam nəzarət etmək iqtidarında deyil. Sonda bu iyrənc obyekt tamamilə məhv olacaq. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı politoloq Nikolay Davidyuk bildirib. O vurğulayıb ki, Rusiyada polis artıq pilotsuz təyyarələrə qarşı silahlarla gəzir. “Bu onu göstərir ki, onların hətta öz torpaqlarında da hərc-mərclik hökm sürür”. Davidyuk qeyd edib ki, gec-tez Krım körpüsü tamamilə dağılacaq. Ukrayna ordusu tədricən bu məqsədə doğru irəliləyir.

Qarabağdakı erməni separatçıları yenə silah daşıyır

Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin “çətiri” altında olan erməni quldur dəstələrinin qanunsuz fəaliyyəti davam edir. Sozcu.az xəbər verir ki, bu barədə “Calibr” videogörüntülər yayıb. Videodan avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin ötürüldüyü görünür.

Nənə 2 yaşlı nəvəsinə işgəncə veribmiş...

Sumqayıtda 2 yaşlı uşağın nənəsi tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. Onun sözlərinə görə, 2 yaşlı uşaq nənəsinin fiziki işgəncələrinə məruz qalıb: "Uşaq Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə xəstəxanada nəzarətdə qalıb”. Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların anası bir müddət öncə dünyasını dəyişib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, həmin nənədə daha iki uşaq var”.

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlandı

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb. Sozcu.az xəbər verir ki, Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarov mübahisə zəminində sinə nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi ilə mübahisə edib. Bu zaman müştəri kafe sahibinə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Sabah 44 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı, şərq küləyi əsəcəyi bildirilir. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Bayden ukraynalı pilotlara F-16 təlimi keçmək üçün "yaşıl işıq yandırdı" – Pentaqon

ABŞ ukraynalı pilotların Amerika istehsalı olan Qərb tipli F-16 təyyarələrində təlim keçməsini dəstəkləyir. Sozcu.az "Ukrinform"a istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq çərşənbə axşamı Ukrayna pilotlarının birinci qrupunun təlimlərə hazır olması ilə bağlı xəbəri şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden bunu mümkün etmək, həmçinin F-16-da ukraynalı pilotların təliminə dəstək vermək üçün "yaşıl işıq yandırıb”. "Bildiyiniz kimi, hazırlıqlara Danimarka və Hollandiya rəhbərlik edir", - ABŞ müdafiə sözçüsü əlavə edib. Sinq qeyd edib ki, hələlik Amerika tərəfdən qarşıdakı təlimin təfərrüatları ilə bağlı rəsmi açıqlama yoxdur.

Bayden Vyetnama gedir

ABŞ Prezidenti Co Bayden Vyetnama səfər edəcəyini söyləyib. Sozcu.az xəbər verir ki, bu barədə Bayden Nyu-Meksiko ştatında maliyyə donorları qarşısında çıxış edən zaman qeyd edib. Baydenin sözlərinə görə, Vyetnam ABŞ-la tərəfdaşlıq etmək istəyir. Bayden səfərin tarixini açıqlamayıb.

10-a yaxın icra başçısı yola salınır – ADLAR

Bir neçə rayonun icra başçısı dəyişdiriləcək. konkret.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu ilin sentyabrına qədər 10-a yaxın şəhər və rayonun icra başçısı vəzifəsindən azad ediləcək. Vəzifəsini itirəcək icra başçıları arasında uzun müddət kreslodan yapışıb qalan məmurlar üstünlük təşkil edir. Məlumatlı mənbənin dediyinə görə, Qubadlı rayonun İcra başçısı Malik İsaqov, Şabranın İcra başçısı Novruz Novruzov, Qaradağın başçısı Süleyman Mikayılov da bu məmurlar arasındadır. Mənbənin məlumatına görə, vəzifədən gedəcək icra başçılarının bəziləri haqqında hüquqi müstəvidə ciddi ölçü götürüləcək. Sentyabra qədər bir neçə böyük şəhərlərin icra başçılarının da vəzifəsini itirməsi gözlənilir.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 531-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 250 800 hərbçi, 4254 ədəd tank, 8278 ədəd zirehli döyüş maşını, 4996 ədəd artilleriya sistemi, 709 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 468 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 312 ədəd helikopter, 7460 ədəd avtomobil texnikası, 4158 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 737 xüsusi avadanlıq itirib.

Rus aviasiyası Ukraynada effektsizdir - Britaniya

Rusiya aviasiyası Ukraynaya qarşı müharibədə quru əməliyyatlarını dəstəkləmək üçün əhəmiyyətli resurslarını xərcləməkdə davam edir, lakin həlledici əməliyyat effektləri yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Rusiyanın taktiki döyüş aviasiyası son aylar gün ərzində 100-dən çox uçuş həyata keçirib, amma bu uçuşların da əksəriyyəti Ukrayna hava hücumundan müdafiə sistemləri səbəbindən öz ərazisində olub. Rusiya təyyarələri çox uzaq məsafədən hədəfləri vurmağa çalışır, amma onlar hələ də ardıcıl dəqiqlik nümayiş etdirə bilməyiblər”, - hesabatda qeyd olunub.