İrəvandan sərhədimizdəki 10 minlik qoşunla bağlı qərar

Ermənistan hökuməti Azərbaycanla şərti sərhəddə fəaliyyət göstərən “Yer Mühafizəsi Könüllüləri İttifaqı”na (Yerkrapa) 234,6 milyon dram qrant ayırıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi qərar qəbul edib.

Bu, təşkilatın Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etməsi, ordunun qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsinə kömək göstərməsi, Ermənistan Respublikasının Silahlı Qüvvələri üçün gələcək əsgərlərin yetişdirilməsi və hazırlanmasına dəstək verməsi ilə əsaslandırılıb.

Məlumata görə, “Yerkrapa” 44 günlük müharibədə Ermənistan ordu bölmələri ilə birikdə döyüşlərdə iştirak edib, nəticədə 74 üzvü ölüb, 114-ü yaralanıb.

Xatırladaq ki, “Yerkrapa” könüllü təşkilatının 10 mindən çox üzvünün olduğu bildirilir. Təşkilat Birinci Qarabağ müharibəsində aktiv iştirak edən hərbçilər tərəfindən yaradılıb. Azərbaycanla şərti sərhəddin Zəngəzur istiqamətində mövqelərə sahibdirlər. Sərhədboyu ərazilərdə müxtəlif şəkildə yerləşiblər. Fevralın 11-12-də təşkilatın bir neçə üzvü şərti sərhəddə təxribata əl atmış, nəticədə Azərbaycan Dövlət Sərhəd Xidməti xüsusi əməliyyat həyata keçirərək təxribatçıları zərərsizləşdirmiş, Nerkin-And kəndi istiqamətindəki mövqelərini darmadağın etmişdi.

Share on Facebook