Qafqaz Müsəlmanları İdaərsinin (QMİ) sədri şeyülislam Allahşükür Paşazadə fitrə zəkatının məbləğini açıqlayıb.
Sozcu.az-ın məlumatına görə, QMİ sədri bildirib ki, Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
“Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib".
Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb.
Aprelin 10-u və 11-i Azərbaycanda Fitr bayramıdır.