Polşanın “Malbork” bazasında yerləşdirilən İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighters” qırıcıları son 24 saat ərzində Rusiya təyyarələrinə görə iki dəfə havaya qalxıb.
Sozcu.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Baltik dənizinin beynəlxalq suları üzərində Rusiya təyyarələrinin olması qeydə alınıb.
Təyyarənin aşkarlanması barədə siqnal NATO-nun Udemdəki (Almaniya) komandanlıq mərkəzindən gəlib. Bu siqnalla İtaliya təyyarələri havaya qaldırılıb.
Heç bir insident qeydə alınmayıb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.