Bu gün növbəti görüş olacaq - Xankəndidə

Bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat paylaşılıb. Bildirilir ki, görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də iştirak edəcək. Xatırladaq ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər.

Şahramanyan hələ də Xankəndidədir

Qarabağdakı keçmiş və artıq ləğv edilmiş separatçı-terrorçu xuntanın “başçısı” Samvel Şahramanyan hələ də Azərbaycanın Xankəndi şəhərindədir. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Qeyd olunur ki, Şahramanyan Ermənistana köçmək istəyən və müxtəlif səbəblərdən hələ də Qarabağda olan ermənilərin problemini (? – red.) həll etməyə çalışır. Xatırladaq ki, Şahramanyanla bərabər, keçmiş xuntanın keçmiş başçıları – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan da Azərbaycanı tərk edə bilməyiblər.

Şəmkirlilərə şad xəbər: sürət qatarı artıq Şəmkirdə də dayanacaq

Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir. Bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.  Qeyd edək ki, vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcüd deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: “Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır”. İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.  Qeyd edək ki, ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından Covid-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.  Sözcü.az 

Şəmkirdə şəhid Vacib Məmmədov məzarı başında anılıb

Bu gün şəhid Vacib Məmmədovun anım günü ilə bağlı Şəmkir rayon Sərxan qəbirstanlığında məzarı başında anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, şəhidin yaxınları, oxuduğu Morul məktəbinin şagirdləri və müəllimləri iştirak edib. Şəhidlərimizin qəhrəmanlığı, rəşadəti, bizlər üçün miras buraxdığı dəyərlərlə bağlı nitqlər söylənib, şəhidlərin ruhuna dualar oxunub, ölümsüz əməlləri və xatirələrinə sayğı duruşu təşkil olunub. Sözcü.az

Ermənilər əsgərimizi snayperlə vurdu - Şəhidimiz var

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Bakı Lyovanı ələ keçirdi: məşhur qatil nələr edib?

Ötən gün Qarabağdan Ermənistana gedərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan keçmiş separatçı-terrorçu dəstənin keçmiş “müdafiə naziri”, “general-leytenant” Lyova (Levon) Mnatsakanyan 1991-1994-cü illərdə ermənilərin işğalçı dəstələrinin komandirlərindən olub, Xocalı və Meşəli soyqırımlarında aktiv iştirak edib. Kəlbəcərin işğalı zamanı yüzlərlə dinc azərbaycanlını qətlə yetirənlərdən biridir. Sozcu.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, Lyova Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub, 1983-1985-ci illərdə sovet ordusunda xidmət edib: “Lyova Mnatsakanyan Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. Kəlbəcər döyüşlərində Xankəndi (“Stepanakert”) alayının komandiri idi və 6 mindən çox azərbaycanlının qətlində günahkar sayılır. Qarabağ döyüşçüləri bu qatili yaxşı tanıyırlar. Kəlbəcər uğrunda döyüşlərdə bu terrorçu komandir uçqun yaratmaq üçün dağ zirvələrini atəşə tutur və nəticədə bir çox azərbaycanlı hərbçi şəhid olur. Çox əsgər donaraq ölür. Bəzi Azərbaycan əsgərləri soyuqdan dəli olur, bəziləri donmuş çaylarda “üzməyə” başlayır. Məhz bu qatilin əmri ilə bu əsgərlər hamısı ağır silahlardan atəş nəticəsində şəhid edilir. Kəlbəcər döyüşündən sonra Lyova ölmüş əsgərləri qarət edir. 1990-cı illərdə Qarabağda azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıq göstərən Lyova əsir və girov düşənlərə qarşı xüsusi amansızlıqla davranıb. O, vedrənin altında deşik açır, tərsinə çevirib içinə siçovul yerləşdirir, vedrənin üstündə azərbaycanlıları lüt otuzdurur, vedrəni qızdırırdı; siçovul istidən qaçmaq üçün deşikdən birbaşa orda oturan şəxsin anus dəliyinə girirdi. Bu dəhşətli cəza üsulu ən qəddar növlərdən sayılırdı və qədim Çindən götürülmüşdü. Lyova əsirləri ağır zirehli maşınlardan atılan silahla vurmaqla məşhur idi. Əsirləri hədəf kimi qoyub onları parça-parça edirdi mərmi zərbələri ilə. Xocalı soyqırımı günü Mnatsakanyan qaçmağa çalışan insanların üstündən zirehli maşınla keçib. Məhz Çingiz Mustafayevin çəkdiyi kadrlarda meyitlərin təhqir edilməsini Mnatsakanyan təşkil edib. Xocalıda dinc əhalinin tövlələrə yığıb yandıranlardan biri də bu idi”. Alim xatırladıb ki, Mnatsakanyan BTC çəkiləndə terror qrupu toplayıb, kəməri partlatmaqla Azərbaycanı hədələyib.

Zelenski Ukrayna ordusu və xalqı üçün sabah vacib xəbər açıqlayacağını elan edib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusu və xalqı üçün sabah vacib xəbər açıqlayacağını elna edib. Sozcu.az xəbər verir ki, Ukrayna rəhbərinin bu barədə bəyanatında deyilir: “Bu həftə dövlətimizi və xalqımızı xeyli gücləndirdi. Sabah Ukrayna üçün – əsgərlərimiz və bütün dövlətimiz üçün vacib xəbər olacaq”, – deyə prezident əlavə edib. Volodimir Zelenski Ukraynanın qələbəsi üçün çalışan hər kəsə təşəkkürünü bildirib.

DTX məlumat yaydı: Manukyan həbs edildi - Video

Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq davam etdirilir. Məlumata görə, əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak etmişdir. Eyni zamanda o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak etmişdir. Davit Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Şahramanyanın fərmanı qanunsuzdur" - Beqlaryan ÜSYANA QALXDI

"Artsax"ın ləğvi barədə "prezident"in fərmanı qanunsuzdur". Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu özünü buraxmış qondarma "Artsaxın keçmiş dövlət naziri" Artak Beqlaryan teleqramda yazıb. Onun sözlərinə görə, heç bir "prezident"in "respublika"nı buraxmaq hüququ yoxdur: "Bu sərəncam Azərbaycanın təhdidi nəticəsində imzalanıb". Qeyd edək ki, sentyabrın 28-i Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib. Bununla bağlı separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb.

SON DƏQİQƏ! Azərbaycan Ordusu Xankəndiyə daxil oldu

Azərbaycan Ordusu Xankəndi şəhərinə daxil olub. Sozcu.az xəbər verir ki, ordumuzun şəhər küçələrində olmasını əks etdirən görüntülər yayılıb.

Antiterror tədbiri: şəhidlərimizin sayı artdı

Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan daha 6 hərbçinin şəxsiyyəti müəyyənləşib. Sozcu.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin bununla bağlı siyahısında 186 nəfərin adı qeyd olunub. Xatırladaq ki, bundan əvvəlki siyahıda 180 hərbçinin adı qeyd edilmişdi. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb. Şəhid olanlardan 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

BMT Baş Assambleyasının Prezidenti: “Ermənistanı Öhdəliklərini Yerinə Yetirməyə Çağırıram”

“Ermənistanı müvafiq beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıram”. Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Baş Assambleyanın yeni sessiyanın fəaliyyətlərinə dair keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib. Jurnalist sualında Azərbaycanın mina böhranı ilə bağlı humanitar fəlakətlə üz-üzə qaldığını, hazırda dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri hesab olunduğunu xüsusi vurğulayıb və rəsmi məlumatları paylaşıb. Bildirib ki, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Ermənistan bir milyona yaxın mina basdırıb. 2020-ci ilin noyabr ayından 300-dən çox azərbaycanlı mülki şəxs həlak olub. Onlardan ikisi jurnalist idi. 6 000-dən insan mina partlayışları nəticəsində yaralanıb. D.Frensis cavabında Ermənistanın müharibədən sonra bölgədə miras buraxdığı minalarla bağlı bağlı narahatığını dilə gətirib: “Təsvir etdiyiniz vəziyyət ciddi narahatlıq doğurur. Beynəlxalq hüquq müəyyən edir ki, bəzi silah növləri münaqişələrdə istifadə edilməməlidir. Ermənistanı müvafiq beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağıraram”.