Kəlbəcərdə ölmüş heyvanların görüntüləri ilə bağlı araşdırma başlanılıb.
Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, sözügedön görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb:
" İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaqdır."