Rusiyanın Tümen şəhərində çoxmərtəbəli binanın mənzillərindən birində baş verən yanğında 3 nəfər ölüb.
Yanğınsöndürənlər evdə üç qardaşın meyitlərini aşkar ediblər. Ən böyüyünün 18, ikisinin doqquz yaşı olub.
Yanğın sahəsi iki kvadratmetr olub. Yanğının söndürülməsinə 18 personal və altı texnika cəlb olunub.
Hazırda müstəntiqlər hadisənin səbəbini müəyyən etmək üçün araşdırma aparır.Lent.az