BMT TŞ-ın Qəzza ilə bağlı iclası bəyanat qəbul edilmədən başa çatıb

BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul etməyib. Sozcu.az xəbər verir ki, bu barədə iclasın iştirakçıları iclas başa çatdıqdan sonra məlumat veriblər. "Biz ümumi bəyanatı müzakirə etmədik, çünki heç kim hər hansı mətn təklifini irəli sürmədi", - Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frezyer jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub. ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, “Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər”. "Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Gərginliyin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", - Vud əlavə edib.

ABŞ İsraili qorumaq üçün donanma göndərdi

Aralıq dənizinin şərqinə gedən “Ford” aviadaşıyıcısının zərbə qrupuna HƏMAS qruplaşmasının hücumundan sonra İsrailə kömək etməyə hazır olmaq əmri verib. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. Qeyd edilib ki, “USS Gerald Ford” və onun təxminən 5 min dənizçisi və daşıdığı döyüş təyyarələrini kreyserlər və esmineslər müşayiət edəcək. Onların hədəfi HƏMAS-a silahın çatmasının qarşısını almaqdan və müşahidə aparmaqdan ibarətdir. “Ford”la yanaşı, ABŞ “USS Normandy” kreyserini, “USS Thomas Hudner”, “USS Ramage”, “USS Carney” və “USS Ruzvelt” esmineslərini, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A eskadrilyalarını göndərir. “Bundan əlavə, Bayden Administrasiyası dərhal İsrail ordusunu əlavə avadanlıq və resurs, o cümlədən döyüş sursatları ilə təmin edəcək. İlk hərbi yardım bu gün hərəkətə başlayacaq və yaxın günlərdə çatdırılacaq”, - Ostin bildirib. Qeyd edək ki, daşıyıcı qrup onsuz da Aralıq dənizində idi. Keçən həftə İon dənizində İtaliya ilə dəniz təlimlər keçirib.

İsrail ordusu ABŞ ordusu ilə birgə... - Təcili

İsrail ordusu öz hərəkətlərini tam şəkildə ABŞ Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

İsraildən SON DƏQİQƏ açıqlaması - 2150-dən çox...

Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində yaralanan israillilərin sayı 2156 nəfərə çatıb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 338 nəfər ağır, daha 421 nəfər isə orta dərəcəli xəsarət alıb.

Rusiyanın itkiləri 282 mini ötdü

Ukrayna müharibənin 592-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 282 280 hərbçi, 4821 ədəd tank, 9123 ədəd zirehli döyüş maşını, 6705 ədəd artilleriya sistemi, 808 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 542 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 9111 ədəd avtomobil texnikası, 5190 ədəd PUA, 1530 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 959 xüsusi avadanlıq itirib.

İsrail açıqladı: 22 məntəqədə döyüşlər davam edir!

İsrailin 22 məntəqəsində döyüşlər davam edir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Əlavə məlumat verilmir. Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrail ordusu cavab tədbirləri görür.

İsrail yaşayış məntəqələrini azad etdi

İsrail ordusu ölkənin cənub bölgəsində, Qəzza ilə sərhəddə yaşayış məntəqələrinin böyük hissəsinə nəzarəti bərpa edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda deyilir. Bildirilib ki, kənd və qəsəbələr HƏMAS silahlılarından təmizlənib. Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.

İsrail zərbə endirdi: Qəzzada 232 nəfər öldü

İsrail qırıcılarının Qəzzaya zərbələr nəticəsində ölənlərin sayı 232 nəfərə, yaralıların sayı isə 1700 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.

Azərbaycandan İsrailə dəstək BƏYANATI

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb. Sozcu.az bəyanatı təqdim edir: “Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir. Bu çətin zamanda İsrail xalqının yanındayıq”

HƏMAS silahlıları israilli generalı əsir götürdü - Foto

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın “Hamshahri” saytı məlumat yayıb. Bildirilib ki, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub. Məlumata görə, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Qeyd edək ki, generalın evi Fələstinlə sərhəddə yerləşir. Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir. Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Ardınca isə HƏMAS silahlıları İsrail ərazisinə girib. İsraildə fövqəladə vəziyyət elan edilib.

İsraildə hərbi vəziyyət elan edildi: küçə döyüşləri gedir

İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb. Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb. Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır. Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. 20 dəqiqə ərzində İsrailə 5000 raketin buraxıldığı vurğulanıb. İsrail ordusunun əsgərlərindən əsir götürüldüyünə dair xəbərlər də yayılıb. HƏMAS “böyük inqilab"ın başladığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. İranın dəstəklədiyi “İslami cihad” silahlı təşkilatının rəhbərliyi “Əl-Əksa” əməliyyatına qoşulduğunu açıqlayıb. “Əl-Cəzirə”nın məlumatına əsasən, İsrail ordusu Qəzzadakı “Ərəz” nəzarət buraxılış məntəqəsinə nəzarəti itirib. Qeyd edək ki, hərbi əməliyyat ərəb-İsrail müharibəsinin başlamasının 50-ci ildönümünə təsadüf edir.

İlham Əliyev Xankəndidən DANIŞDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı danışıb. Dövlətimizin başçısı bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub. Dövlətimizin başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib. Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb.