"Putin postsovet əraziləri də işğal etmək istəyir" - Podolyak

Ukrayna Rusiya ilə danışıqlara getməyəcək. Rusiya lideri Vladimir Putin təkcə Ukraynanı deyil, digər postsovet ərazilərini də işğal etmək istəyir. Sozcu.az xəbər verir ki, bunu “Bild”ə müsahibəsində  Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Müharibə, Putinin fikrincə, o, Ukraynanın bütün ərazisini fəth edənə qədər, Avropada hegemonluğa nail olana qədər, digər postsovet ərazilərini fəth edənə qədər davam edəcək. İnsan bir neçə ilə kifayətlənmək istəsə, nüfuzunu, münasibətlərini məhv edərək böyük müharibəyə getməz. Bu cəfəngiyyatdır”, – deyə o bildirib. O, həmçinin tərəfdaşları Ukraynaya silah tədarükünü davam etdirməyə çağırıb. Onun sözlərinə görə, problem bərabərsizlikdir, tədarüklər balanslaşdırılmalıdır. Podolyak Rusiyanın müharibə dövründə ciddi irəliləyiş əldə etmədiyini vurğulayıb.

Azərbaycanda 5,1 bal gücündə zəlzələ oldu - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.  Sozcu.az xəbər verir ki, zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.  Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. *** 22:13 Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub.  Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.  Zəlzələ yerli vaxtla saat 22:05-də baş verib. 

Naxçıvanda 3 minə yaxın döyüş sursatı aşkarlanıb

Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. "Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur", - qurumdan qeyd olunub. Naxçıvan DİN qanunsuz saxlanılan odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyyə edir.

Oqtay Şirəliyevin səhhəti pisləşdi - Türkiyəyə aparılıb

Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb.  Sozcu.az "Manset.az"a istinadən xəbər verir ki, Oqtay Şirəliyev müalicə üçün Türkiyəyə aparılıb.  Keçmiş nazirin müalicəsi qardaş ölkədə davam etdirilir. Onun ölkəyə nə vaxt qayıdacağı bilinmir.  Oqtay Şirəliyevin səhhətində problem yarandığını və hazırda Türkiyədə olduğunu yaxınları saytımıza təsdiqləyib.

İçkilisən? 10 manat ver, "ayıq" yazılsın - VİDEO

Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağlı iddialar yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baku TV süjet hazırlayıb. Belə ki, sözügedən mərkəzdə sürücülərə heç bir alkotestdən keçmədən ödəniş müqabilində, sərxoş vəziyyətdə olsalar belə, ayıqlığı təsdiq edən arayış verildiyi deyilir. Baku TV-nin əməkdaşı gizli çəkiliş vasitəsilə iddiaları araşdırmağa çalışıb. Məlum olub ki, mərkəzdə bu arayışı saxta şəkildə, heç bir testdən keçmədən əldə etmək üçün 10 manat ödəniş etmək kifayətdir. Ətraflı videonu təqdim edirik:

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Gəncədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəliyev Əli vəfat edib. Sozcu.az bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, o, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Əli Vəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

"Yanğından əvvəl partlayış baş verib" - Bina sakini

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən, ötən gün yanğının baş verdiyi yataqxana binasında 11 məcburi köçkün ailəsi məskunlaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a sakin və hadisənin şahidi Sakit Hüseynov bildirib. O, qeyd edib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb. Bir neçə dəqiqə sonra partlayış səsi eşidiilib. Bundan sonra yanğın başlayıb. S.Hüseynov bununla bağlı müvafiq qurumlara məlum verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 1 radələrində söndürülüb. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib Qeyd edək ki, binada Qubadlıdan məcburi köçkün düşmüş 7 ailə, Laçın və Cəbrayıldan 4 ailə (hər rayondan 2 ailə) məskunlaşıb.

DƏHŞƏT! Bakıda qadın güllələndi

Bakıda qadın xuliqanlıq zəminində güllələnib.  Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.  Qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.  Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.  Faktla bağlı araşdırma aparılır. 

Tanınmış jurnalist avtomobil qəzasına düşdü - Foto

Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Nicat Tarverdiyev "Hunday Santafe" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı Elvin Tarverdiyev və ailə üzvləri avtomobildə olublar. Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Hazırda fakt araşdırılır. Qeyd edək ki, tanınmış jurnalist Elvin Tarverdiyev (Basqallı) hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.

Qarlı hava ilə bağlı valideynlərə müraciət edildi – Diqqət

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib. BDYPİ-dən Sozcu.az-a  verilən xəbərə görə, müraciətdə deyilir: “Əziz valideynlər: – övladlarınızı yollarda nəzarətsiz qoymayın; – uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin; – uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin. Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.

Sübhan Bəkirov da işdən azad edildi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə Pravda.az məlumat yayıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Bunların arasında Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev və Quru Qoşunların artıq sabiq komandanı general-leytenant Ənvər Əfəndiyev də var.

Britaniyanın xarici işlər naziri: "Yəməndəki hava hücumları İrana siqnaldır”

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qırmızı dənizdə husilərin hücumlarına son qoymaq üçün ölkəsinin nə lazımdırsa edəcəyini açıqlayıb. Sozcu.az xəbər verir ki, onun sözlərinə görə, Britaniyanın Yəməndəki hava hücumları İrana açıq siqnaldır. Qeyd edək ki, İranın dəstəklədiyi husilər İngiltərə və ABŞ-ın Yəməndəki hərbi bazalarına hava zərbələri endirməsindən sonra qisas təhlükəsi ilə üz-üzə qalıb.