Bakıda FACİƏ: boğazında noxud qalan uşaq öldü

Bakıda uşaq faciəvi şəkildə ölüb. Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 5 yaşlı Ü. Nuriyevin boğazında qalan noxud onun ölümünə səbəb olub. Araşdırma aparılır.//Lent.az

Trampdan Zelenskiyə: Mənimlə xoşbəxt olacaqsan!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Vladimir Zelenski ilə telefon danışığı zamanı xoşbəxtlik vəd edib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. "Söz verirəm ki, mənimlə xoşbəxt olacaqsan", - Tramp deyib. Xatırladaq ki, bundan əvvəl Trampın Zelenski ilə söhbətində amerikalı iş adamı İlon Maskın iştirak etdiyi bildirilirdi.

Şəmkirdə dəhşətli olay: 3 nəfər bıçaqlandı, biri öldü - Təcili

Şəmkir rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, mübahisə zəminində üç nəfər bıçaq xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan birinin öldüyü məlum olub. Digərləri cərrahiyyə əməliyyatına alınıblar. Faktla bağlı araşdırma aparılır.report)

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Elazığ vilayətində 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb. Təkanlar yerin 16,22 km dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

15 yaşlı məktəblini maşın vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Azadlıq prospektində qeydə alınıb. "VAZ 2106" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2009-cu il təvəllüdlü Bəbirova Xəyalə Xəyal qızını vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tramp Harrisi bu qədər səslə qabaqlayır - Son dəqiqə

ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, respublikaçı Donald Tramp ümumi ştatlar üzrə 66 milyon 637 min 292 səs toplayıb, onun demokrat rəqibi, vitse-prezident Kamala Harris isə 61 milyon 679 min 727 səs yığıb. Sozcu.az xəbər verir ki, 26 ştatda qalib gələn Tramp prezident seçilməsi üçün lazım olan 270 səsdən 266-sını toplayıb, Harris isə 19 ştatda qalib gəlib və 214 səsi var. Tramp hazırda sayımı davam edən 6 ştatdan 4-də öndədir.

Cənubi Koreya KXDR-ə cavab olaraq təlimlərə başlayır

Cənubi Koreya bu həftə Şimali Koreyanın son ballistik raket buraxılışına cavab olaraq “Hyunmoo-II” yer-yer raketləri və “Cheongung” yer-hava raketdən müdafiə sistemi ilə canlı atəş təlimləri keçirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, təlimlər çərşənbə axşamı Şimali Koreyanın bir neçə qısa mənzilli ballistik raketi buraxmasına və cümə axşamı günü yeni “Hwasong-19” qitələrarası ballistik raketinin sınağına cavabdır. Cənubi Koreyanın “Hyunmoo-II” raketi   Ordunun Strateji Raket Komandanlığı tərəfindən idarə olunan qısa mənzilli ballistik raketdir. Ehtimal olunur ki, raketin uçuş məsafəsi 1000 kilometrə qədərdir və bu, onun Şimali Koreyanın bütün ərazisini vurmağa imkan verəcək.

Qusarda ağır qəza: bir nəfər öldü, üçü yaralandı

Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində “Şevrolet Kruz” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Savziyev Fərrux Kamran oğlu, 1989-cu il təvəllüdlü Şəkərxanov Orxan Əjdər oğlu və 1999-cu il təvəllüdlü Hasəliyev Amik Nazim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma başlanıb.

Sabiq icra başçısının oğlunun meyiti tapıldı

Füzuli rayonunun sabiq icra başçısı Kazım İbişovun oğlunun meyiti kanaldan tapılıb. Yenisabah.az-ın əldə etdiyi eksklüziv məlumata görə, icra başçısının oğlu Yaşar İbişov bir neçə gün öncə itkin düşüb. Bu gün rayonun Qayıdış qəsəbəsi ərazisində yerləşən beton kanal deyilən yerdən Kazım İbişovun oğlunun meyiti tapılıb. Meyit ailəsinə təhvil verilib.  Faktla bağlı araşdırma aparılır.

Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ

Ukrayna cəbhəsində tutulan əsgərlərdən birinin Şimali Koreya vətəndaşı olduğu bildirilib. Bu hadisə, Rusiya-Ukrayna müharibəsində iştirak edən xarici qüvvələr mövzusunu yenidən gündəmə gətirib. Məlum olub ki, Ukrayna qüvvələri tərəfindən əsir götürülən bu şəxs, Şimali Koreyanın Rusiya tərəfdən müharibədə iştirak etdiyi iddialarının əyani sübutu ola bilər. Musavat.com-un əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan fotolarda Ukrayna əsgərləri, Şimali Koreya ordusuna aid hərbi şəxsiyyət vəsiqəsi tutaraq görüntülənir. Əgər bu fakt təsdiqlənərsə, bu, Ukrayna tərəfindən tutulan ilk Şimali Koreyalı əsgər olacaq və uzun müddətdir dünya mediasında müzakirə edilən iddiaları gücləndirəcək. Qeyd edək ki, bu iddialara görə, Şimali Koreya, Rusiya ilə olan yaxın münasibətləri çərçivəsində ona gizli hərbi dəstək verir. Şimali Koreya əsgərlərinin Rusiya tərəfində döyüşdüyü iddiaları artıq dünya mediasında dəfələrlə gündəmə gətirilib. Əvvəllər əsasən fərziyyələrə və kəşfiyyat məlumatlarına əsaslanan bu iddialar, indi faktlarla təsdiqlənmiş ola bilər. Bu vəziyyət, Rusiya və Şimali Koreya arasında güclənən hərbi əməkdaşlıq fonunda, regionda və beynəlxalq miqyasda yeni təhdidlər doğurur. Analitiklər hesab edir ki, bu inkişaf müharibənin miqyasını daha da genişləndirə bilər. Rusiya tərəfdən döyüşən xarici qüvvələrin iştirakının sübut olunması, Qərb dövlətlərinin Ukrayna ilə bağlı siyasətinə və regional təhlükəsizlik strategiyalarına təsir edə bilər. Eyni zamanda, Cənubi Koreya və ABŞ da bu xəbərlərə reaksiya verərək, bölgədəki təhlükəsizlik tədbirlərini sərtləşdirə bilər. Bu hadisə, Ukraynanın müharibədə daha çox dəstək və müdafiə resursları tələb etməsi üçün yeni bir arqument kimi istifadə oluna bilər. Ukrayna tərəfi, Rusiya ilə mübarizədə yalnız təkbaşına deyil, həm də potensial müttəfiqlərin və onların gətirdiyi təhdidlərə qarşı mübarizə apardığını göstərmək istəyir. Gələcəkdə Şimali Koreyanın müharibədəki rolu ilə bağlı daha çox məlumatın ortaya çıxması, regionun güc balansını dəyişə və müharibənin nəticələrinə ciddi təsir göstərə bilər.

Gəncədə 44 yaşlı kişi qətlə yetirildi

Gəncə sakinini öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini, 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Şahin Mustafayev Qriqoryanla görüşdü: razılıq əldə edildi

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib. Sozcu.az xəbər verir ki, yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər. Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir. Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər. Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.