Həyat yoldaşı Bəşər Əsəddən boşanmaq istəyir – KİV

Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin boşanmaq istədiyi iddia olunur.

Sozcu.az xarici KİV-ə istinadla xəbər verir ki, o, artıq boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

Əsma Əsəd, həmçinin Moskvanı tərk etmək üçün məhkəmədən xüsusi icazə istəyib. Qeyd olunur ki, o, proses başa çatdıqdan sonra İngiltərənin paytaxtı Londona köçməyi planlaşdırır.

İddialara əsasən, Əsma Əsədin müraciəti ilə bağlı araşdırma aparıldığı üçün hələ yekun qərar verilməyib.

1975-ci ildə Londonda anadan olan Əsma Fəvvaz əl-Əsəd Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin həyat yoldaşıdır. Onların 3 övladı var. Əsma Əsəd əvvəllər investisiya bankçılığı sahəsində karyera qurub, lakin Hafiz Əsədin ölümündən sonra 2000-ci ilin dekabrında prezident Bəşər Əsədlə evlənərək Suriyaya köçüb və bankçılıq karyerasını yarımçıq qoyub. Əsma Əsədin Britaniya vətəndaşlığı da var.

Share on Facebook