Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
Sozcu.az xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Düz Cırdaxan kəndində baş verib.
Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.
Azyaşlı xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.