İranın Loristan əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.
Sozcu.az xəbər verir ki, bu barədə Loristanın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində azı 10 nəfər ölüb.
Hadisə yerinə 4 xilasetmə qrupunun göndərildiyi vurğulanıb.