Paşinyan dedi, erməni deputatlar təsdiqlədi: Qarabağ Azərbaycanındır!

Paşinyanın Qarabağın Azərbaycana məxsus olmasını etiraf etməsindən bir gün sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan əksər deputat bu fikirlə razı olduğunu bildirib. Onlar Qarabağın Azərbaycana məxsus olduğunu açıq və dolayı yolla təsdiqləyiblər.  Sozcu.az “Hraparak”a istinadla xəbər verir ki, deputatlar Qarabağın Azərbaycana verilməsində Paşinyanın yox, onun sələflərinin günahı olduğunu söyləyiblər.  Erməni nəşri yazır ki, hakim partiyanın sədri Hayk Konjoryan müxalifəti ittiham edərək deyib ki, onlar Qarabağın müstəqilliyini erməni xalqının mənafeləri uğruna satıblar, lakin buna baxmayaraq, 30 ildə keçmiş hakimiyyət qondarma DQR-in müstəqilliyini rəsmi formada tanımayıb. Qəzetin məlumatına görə, iqtidar partiyasının digər bir üzvü Lilit Stepanyan isə Azərbaycanın Qarabağda gördüyü işlərə məftunluğunu gizlədə bilməyib: “Niyə 30 il ərzində Azərbaycanın Qarabağda gördüyü işlərin yarısını siz etməmisiniz?”. Akop Aslanyan isə müxalifətin bostanına daş ataraq, bəyan edib ki, illərcə erməni xalqının haqqını yeyən və varlanan oliqarxlar bu gün üsyan etmək istəyir: “Bir şey həqiqətdir ki, siz hakimiyyətə gəlməyəcəksiniz, çünki o güc Nikol Paşinyan deyil, o güc xalqdır və xalq o gücü xalq üçün istifadə edənlərə verib. Tarix özü bunu göstərəcək, vaxt gələcək və hər şey aydın olacaq”. 

Miqrasiya Xidməti ilə bağlı SƏRƏNCAM

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin say həddi artırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. DMX-nin işçilərinin say həddi 757 ştat vahidi müəyyən edilib. Qeyd edək ki, indiyədək DMX-nin işçilərinin say həddi 655 ştat vahidi olub.

Parlament partiyası özünü BURAXDI

Azərbaycanda daha bir partiya özünü buraxıb. Sozcu.az xəbər verir ki, Vətəndaş Birliyi Partiyası (VBP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. Partiya 1999-cu ildə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. Partiyada 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranıb, partiya katibi İqbal Ağazadə və qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünüb. İqbal Ağazadənin rəhbərlik etdiyi qüvvələr 15 mart 2002-ci il tarixində Ümid Partiyasına birləşib.  2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul edib, lakin partiya katibi Sabir Hacıyev bununla razılaşmayıb və partiyanın rəhbərliyinə keçib. Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olub. Sabir Hacıyev 2005, 2010, 2015 və 2020-ci illərdə parlamentin deputatı seçilib. Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 22-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır: 1. Qorqud Partiyası 2. Azərbaycan Kommunist Partiyası 3. Azərbaycan Tərəqqi Partiyası 4. Vahid Azərbaycan Milli Birlik Partiyası 5. Aydınlar Partiyası 6. Müstəqil Xalq Partiyası (MXP) 7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 8. Yeni Yol Partiyası 9. Azərbaycan Respublikaçılar Partiyası 10. Müstəqil Azərbaycan Partiyası 11. Azərbaycan Vahid Kommunist Partiyası 12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 14. Milli Vəhdət Partiyası (MVP) 15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 17. Azərbaycan Təkamül Partiyası 18. Birlik Partiyası 19. Azərbaycan Azad Respublikaçılar Partiyası 20. Milli Konqres Partiyası 21. Vətənpərvərlər Partiyası 22. Vətəndaş Birliyi Partiyası

Prezident Marqareta Sederfelti qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Marqareta Sederfelti qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Müsavat Novxanıda bayram mitinqi keçirəcək

Mayın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda həftə ərzində görülən işlər haqqında məlumat dinlənilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması prosesinin yubanması ilə bağlı sənədin hazırlanması təklif edilib. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı barədə məlumat dinlənilib. Divan mayın 28-də saat 12:00-da Müstəqillik Gününü qeyd etmək üçün Novxanıda bayram tədbirinin keçirilməsi haqqında qərar qəbul edib. Mitinqə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qaradağ Rayon Məhkəməsində 105 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayevə 4 il həbs cəzası verib. Müsavat Divanı bunu Azərbaycanda repressiyların davamı kimi qiymətləndirib və onun dərhal azadlığa buraxılmasını tələb edib. İclasda Günaz TV-nin qurucusu və rəhbəri Əhməd Obalının və oğlu Dənizin ABŞ-da hücuma məruz qalmasından narahatlıq ifadə edilib, bu cinayətin icraçıları və sifarişçilərinin tezliklə cəzalanmasının zəruriliyi vurğulanıb. Türkiyədə keçirilən seçkilər, Ukraynada gedən müharibə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub. Basta

Müsavat Divanının toplantısı keçirilib

Mayın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda həftə ərzində görülən işlər haqqında məlumat dinlənilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması prosesinin yubanması ilə bağlı sənədin hazırlanması təklif edilib. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı barədə məlumat dinlənilib. Divan mayın 28-də saat 12:00-da Müstəqillik Gününü qeyd etmək üçün  Novxanıda bayram tədbirinin keçirilməsi haqqında qərar qəbul edib.  Mitinqə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qaradağ Rayon Məhkəməsində 105 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin  sədri Zamin Salayevə  4 il həbs cəzası verib. Müsavat Divanı bunu Azərbaycanda repressiyların davamı kimi qiymətləndirib və onun dərhal azadlığa buraxılmasını tələb edib. İclasda Günaz TV-nin qurucusu və rəhbəri Əhməd Obalının və oğlu Dənizin ABŞ-da hücuma məruz qalmasından narahatlıq ifadə edilib, bu cinayətin icraçıları və sifarişçilərinin tezliklə cəzalanmasının zəruriliyi vurğulanıb. Türkiyədə keçirilən seçkilər, Ukraynada gedən müharibə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub.

Sinan Oğanı dəstəkləyən İttifaq dağıldı

“ATA İttifaqı” birgə qərarlar qəbul edib hərəkətə keçmək üstünlüklərindən əl çəkib.  Sozcu.az xəbər verir ki, bu barədə “Zafer” Partiyasının bəynatında deyilib. "“ATA İttifaqı” bundan sonra ortaq qərarlar almaq və hərəkət etməkdən vaz keçib. Bu gündən etibarən tərəflər yalnız öz adlarına qərar verəcəklər. Başqanımız sabah ictimaiyyətə açıqlama verəcək”.  Qeyd edək ki, Türkiyədə mayın 14-də keçiirlən prezident seçkilərində "ATA" İttifaqının namizədi Sinan Oğan olub. 

Prezident generalı işdən azad etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib. Bu barədə Sozcu.az-a Dövlət Xidmətindən məlumat verilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub. A.Məmmədov uzun müddət daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət keçib.

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizliyə ən böyük təhdid Çindir - Sunak

Qlobal təhlükəsizliyə ən böyük təhdid Çindir. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak G7 sammitində çıxışında deyib. G7 Çinə münasibətdə məqsəd birliyini nümayiş etdirib. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışını təmsil edir”, - Sunak bildirib.

Azərbaycanla mühüm məsələlərdə razılığa gəldik

Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib. O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. Toplantı Brüssel görüşünün nəticələrini qiymətləndirmək məqsədi ilə keçirilib. Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.

Ceyhun Bayramov Rusiyaya getdi

Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.