ABŞ Dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Tərəflər ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi səylərinə dəstəyini müzakirə ediblər.
Blinken ABŞ-ın Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini qeyd edib.