Son zamanlar sosial şəbəkələrdə göz rənginin dəyişdirilməsi əməliyyatlarına daha çox rast gəlinir. Bu tip əməliyyatları xoş qarşılayıb bəyənənlər olsa da, riskli olduğunu fikirləşənlər də az deyil. Maraqlıdır, göz rənginin dəyişdirilməsi zamanı görmə qabiliyyətinin zəifləməsi, yaxud itirilməsi ilə bağlı gələcək zamanlarda hər hansısa problemlər ortaya çıxa bilər? Ümumiyyətlə, bu proses nə qədər təhlükəsiz sayılır? Sözügedən məsələ ilə bağlı tanınmış professor, oftolmoloq Paşa Qəlbinur “Yeni Sabah”a açıqlama verib. O, göz rənginin dəyişdirilməsi prosesindən danışıb: dirnaq modelleri “Bu cür əməliyyatların başlıca mahiyyəti budur ki, gözün daxilinə tatu olunur. Necə ki, dəriyə müxtəlif rəng və formalarla yazılar çəkilirsə, eləcə də bu gözə tətbiq olunaraq, onun rəngi dəyişilir. Ancaq göz rəngi dəyişdirilməsi əməliyyatı olduqca riskli, təhlükəli prosesdir. Çünki bu, sonralar böyük fəsadlara yol aça bilər. Ən əsası isə gözdə müxtəlif xəstəliklərin baş qaldırması qaçınılmazdır. Bu xəstəliklərə qlaukoma , uveit və s. aiddir”. Həkim bildirib ki, bu əməliyyat korluqla nəticələnə də bilər: “Gözə belə müdaxilələrin edilməsi müxtəlif xəstəliklərə yol açır, hətta insan sonda kor olur, görmə qabiliyyətini birdəfəlik itirir. Dünyanın bütün inkişaf etmiş ölkələrində bu tip əməliyyatlar qanunla qadağan edilib. Kolumbiya kimi bir çox ölkələrdə bu qanun hələ qəbul olunmayıb. Çox arzu edərdim ki, bizdə də göz rəngini dəyişdirilməsi qanunla qadağan olunsun. Elementar məntiqli adam anlayar ki, vazkeçilməz orqanlarımızdan biri olan gözün içinə yazı yazmaq, şəkil çəkmək nə ilə nəticələnə bilər”.
Türkiyədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb. Sozcu.az xəbər verir ki, bunu Türkiyə səhiyyə naziri Kamal Memişoğlu deyib. “Hazırda vətəndaşlarımız arasında təşviş və panikaya əsas yoxdur, biz müvafiq hazırlıq işləri aparmışıq. Hələ ki, Türkiyədə yeni meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb”, - Məmişoğlu bildirib.
Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, bunlara səbəb, əsasən, müxtəlif virus və bakterial infeksiyalardır: "Hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən hazırda da bu tip xəstəliklər qeydə alınır. Hətta isti aylarda bəzən yoluxma sayında artımlar da müşahidə olunur. Adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Eyni zamanda, hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan və isti dövrlərdə rast gəlinən rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enteroviruslardır". Ekspert bildirib ki, bu cür infeksiyaların isti aylarda yayılmasının müxtəlif səbəbləri var: "Bunlara həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində infeksiyalara müqavimətin azalması, kondisionerlərin istifadəsi zamanı açıq hava ilə müqayisədə yaşayış və iş yerlərində kəskin temperatur fərqinin olması, otaqların qapalı saxlanması, yay məzuniyyəti ilə əlaqədar əhalinin müxtəlif kütləvi istirahət tədbirlərini, çimərlik mövsümünü və s. aid etmək olar". T.Eyvazov, həmçinin, qeyd edib ki, bu infeksiyalar, əsasən, yüngül və fəsadsız keçir: "Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Unutmayaq ki, yay aylarında rast gəlinən günvurmanın əlamətləri də bu xəstəliklərlə oxşar ola bilər. Yuxarıda qeyd edilən əlamətləri özündə hiss edən insanlara vaxtında həkimə müraciət etmək tövsiyə olunur".
İcbari tibbi sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. Sozcu.az xəbər verir ki, bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsi gələcəkdə inkişaf edə biləcək xərçəng hallarının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür. Şişönü xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir. Maqnit rezonans tomoqrafiya (MRT) bədənin daxili strukturlarını detallı şəkildə göstərir və bir çox hallarda şişönü dəyişikliklərin aşkarlanmasını təmin edir. Bu metod, xüsusilə yumşaq toxumaların görüntülənməsi üçün effektivdir. Kompüter tomoqrafiyası (KT) skanerləri bədənin müxtəlif hissələrinin detallı görüntülərini təqdim etməklə şişlərin yerini və ölçüsünü müəyyənləşdirməyə imkan yaradır. Bu metod xüsusilə bərk toxumalarda və orqanlarda şişlərin aşkarlanması üçün istifadə olunur. Digər bir diaqnostik metod olan kolonoskopiya, kolorektal (yoğun və düz bağırsaq) xərçəngə çevrilmə potensialı yüksək olan şişönü lezyonların erkən diaqnostikasında geniş istifadə olunur. Bu prosedur zamanı həkim endoskop vasitəsilə kolonun daxili divarlarını yoxlayır. Şübhəli bölgələr tapıldıqda biopsiya nümunələri götürülür və laboratoriyada analiz olunur. Qastroskopiya mədə və onikibarmaq bağırsaqda (duodenum) şişönü dəyişikliklərin diaqnozu üçün istifadə olunur. Bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini təmin edir və şişlərin erkən aşkarlanmasına kömək edir. Kolposkopiya uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün istifadə olunan yüksək dəqiqliyə malik ginekoloji müayinə metodudur. Bu müayinə prosesində kolposkop cihazı ilə uşaqlıq boynu optik olaraq incələnir. Şübhəli bölgələr aşkarlandığı halda isə həmin hissələrdən nümunələr götürülərək laborator analizlərə göndərilir. Histeroskopiya qadın sağlamlığının qorunması və erkən diaqnostika üçün ən müasir metodlardan biridir. Bu prosedur zamanı histeroskop cihazı uşaqlıq boşluğuna daxil edilir və görüntü real vaxtda ekrana ötürülür. Bu sayədə uşaqlıq daxilindəki hər hansı patologiya çox asanlıqla müşahidə edilə bilir. Bu müayinə bir çox ginekoloji xəstəliklərlə yanaşı, uşaqlıq xərçənginin və şişönü xəstəliklərin aşkar edilməsində həyata keçirilən vacib müayinə metodudur. Mammoqrafiya süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsini təmin edən vacib bir diaqnostika üsuludur. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Şişönü lezyonlar adlanan xərçəngə çevrilmə potensialı yüksək atipik hüceyrə bölgələrindən götürülən toxuma nümunələrinin mikroskopik analizi diaqnostikada qızıl standart hesab edilir. Bu metod hüceyrələrin struktur vəziyyətini qiymətləndirməyə imkan verməklə dəqiq diaqnostikanı təmin edir. Həmçinin, qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir. Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur. İcbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqаt institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Goranboyda 5 nəfər zəhərlənib. Sozcu.az -ın məlumatına görə, bir neçə rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənənlər 2012-ci il təvəllüldü A.Kərimli, 2011-ci il təvəllüdlü A.Qasımova, 2009-cu il təvəllüldü S.Qasımova, 1982-ci il təvəllüdlü Q.Qasımov və 2009-cu il təvəllüdlü A.Kərimovadır. İlkin məlumata görə, onlar qidadan zəhərləniblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Alimlər sübut edib ki, çayın tərkibində olan ftorid xüsusən uşaqlarda diş və sümüklərə pis təsir edir, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olur. Medicina.az xəbər verir ki, normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində karies, aşınma yaranır. Əgər çay qaynadılan su da ftorla zəngindirsə, o zaman məsələ lap qəlizləşir. Professorlar qeyd edir ki, çayın tərkibindəki ftorid haqqında çox az adam bilir. 47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2-3 dəfə artıqdır. Amma ftorid həm də su və başqa ərzaqlarla da orqanizmə daxil olur. Alimlər gündə 2-3 stəkandan artıq çay içməməyi məsləhət görür. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altındadır. Bu qədər miqdarı almaq üçün gərək 5 stəkandan çox çay və su içəsiz. Azərbaycanda səhər-axşam ən çox içilən içki çay olduğu üçün insanların, uşaqların sümük və dişlərinin zəifləmə səbəbidir.
Bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdim. Fiziki qüsurlu və əlillər xəstəxanaya Acil şöbəsindən daxil olur. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb "müasir" xəstəxana tikilib, amma xəstəxanaya gəlmiş fiziki qüsurlu və əlillərin daşınması üçün araba tapılmır. Bundan əvvəldə bir neçə dəfə həmin xəstəxanaya onun Acil şöbəsindən daxil olmuşam, Xəstəxanaya məxsus sadəcə 5-6 əlil arabasına rast gəlmişəm. Onlardan da bir neçəsi sıradan çıxıb və istifadə müddəti bitib. Bildiyimiz kimi Şəmkir rayonu əhalisinin sayına görə ikinci ən böyük rayondur və gün ərzində minlərlə vətəndaş müalicə məqsədilə xəstəxanaya üz tutur. Xəstəxanadakı vəziyyətə baxanda vətəndaşlar sağalmaq əvəzinə xəstəlik tapır. Vətəndaşlar əlil arabası tapmadığından məcburi şəkildə öz xəstə yaxınını əlində çətin şəkildə aparmaq məcburiyyətində qalır. Xəstəxananın içərisinin sürüşkən olması vəziyyəti dahada çətinləşdirir. Bununla yanaşı əlil xəstələrin daşınması üçün nəzərdə tutulmuş tibbi xidməti personalda mövcud deyil. Xəstənin yaxını əlində birtəhər və məcburiyyətdən xəstəni sürüyür, Xəstəxananın Acil şöbəsinin növbətçi həkimi daxil hamısı bu mənzərəyə baxaraq gözlərini döyməklə məşğuldurlar. Birsözlə Səhiyyə Nazirliyi, TƏBİB, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, Şəmkir rayonu rəhbərliyi bu biabırçı duruma bir əlac qılın. Xəstələr Xəstəxanaya şəfa tapmaq üçün üz tutur, xəstəlik tapmaq üçün yox. 220 minlik əhalisi olan rayona 5 əlil arabası xidmət etməli deyil, utandırıcı mənzərəyə diqqətlə baxın və nəticə çıxarın. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının baş redaktoru
“Səhər ağızdan gələn xoşagəlməz qoxunun səbəbi gecələr ağız suyunun ifrazının kəskin azalmasıdır. Xoşagəlməz qoxunun birbaşa əmələ gəlmə səbəbindən asılı olmayaraq əsas səbəbi ağız suyunun azlığı,yetməzliyidir. İnsanın ağız boşluğunda milyonlarla bakteriyalar yaşayır ki, onlar da ağızda ilişib qalmış qida qalıqlarının tərkibində olan zülal ilə qidalanır. Onlar da öz növbəsində kəskin qoxulu (üfunətli) qazlar xaric edir. Ən çox tanınan kükürd ( lax yumurta qoxusu) və metilmerkaptandır (zibillik qoxusu)”. Bunu Moderator.az-a Ağızdan gələn xoşagəlməz qoxunun ancaq mədədən qaynaqlanması ilə bağlı açıqlamasında Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov danışıb: “Ağız boşluğunda olan bakteriyalar havasız şəraitdə artıb çoxalırlar. Ağız suyunun tərkibində oksigen bol olduğu üçün bakteriyaların artıb çoxalmasının qarşısını alır. Ünsiyyət zamanı narahatlığa səbəb olan xoşagəlməz ağız qoxusu daha çox ağız suyunun ifrazı azalanda yaranır. Məsələn gecə yuxuda ikən. Bu səbəbdən də səhər oyanarkən ağızdan gələn xoşagəlməz qoxu hər kəsə tanışdır. Həyəcan, aclıq ,uzun zaman davam edən monoloq, ağızdan nəfəs almaq-bütün bunlar ağız boşluğunun qurumasına,ağızda xoşagəlməz qoxuya səbəb olur. Ağızdan gələn xoşagəlməz qoxunun səbəblərindən biri də hələ tam olaraq araşdırılmasa da stressdir. Yaşla əlaqədar olaraq da ağız suyunun ifrazı azalır. Bu səbəbdən də yenidoğulmuş, körpə uşaqlarda ağız qoxusu daha təravətli olur və ağız boşluğunda bakteriyaların miqdarı kifayət qədər az olur. Yaşlılarda isə əksinə ağız boşluğunda bakteriyaların miqdarı çox olur. Yaxın dövrlərə qədər belə bir fikir vardı ki, əgər ağızdan gələn xoşagəlməz qoxunun səbəbi tam olaraq məlum deyilsə, o zaman qoxunun səbəbi diş ətinin iltihabı-periodontitdir. Dişlərin üzərinə çökən ərp dişin və dişətinin qidalanmasını pozur, oksigen azlığı yaranır və bu mühitdə anaerob bakteriyalar (çoxalması üçün oksigenə ehtiyacı olmayan) artıb çoxalır,nəticədə dişəti xəstəlikləri və pis qoxu yaranır. Bakteriyalar ağız boşluğunda dilin üst səthindəki mikroskopik məməciklərdə ərp ilə selikli qişanın arasında artıb çoxalırlar. Dişləri adi qaydada yuyarkən bu koloniyanı təmizləmək mümkün deyil. Dilin məməcikləri üzəri tüklü xalçaya bənzəyir və ən dərinliyinə qədər təmizləmək lazımdır. Təmiz dil çəhrayı rəngdə olur. Ağ ərp orada milyonlarla bakteriyaların olduğunu bildirir. Səhərlər ağızdan gələn xoşagəlməz qoxunu yox etmək üçün dişləri fırçalamaq, bu zaman təkcə dişləri deyil, eyni zamanda dilin üzərini, damağı və yanaqların iç səthini də təmizləmək lazımdır. Bundan başqa ağızda qida qalıqları qalarsa,diş çöpündən istifadə etmək də məqsədəuyğundur. Ağız suyunun azlığından əziyyət çəkən şəxslər daima yanında su, saqqız, sovurma konfet və s. saxlamalıdırlar. Limonlu su ağız suyu vəzisini qıcıqlandıraraq daha çox işləməsinə,ağız suyu ifrazının artmasına səbəb olur. Ağız boşluğunu yaxalamaq o qədər də effektiv metod sayılmır, çünki bakteriyalar diş ərpi və selikli qişa arasında sanki qorunurlar .Bu səbəbdən aptekdə adətən tərkibində spirt olan məhlullar deyil, xlorheksidin tərkibli məhlullar məsləhət görülür. Çünki spirt ağız suyunu qurudur və nəticədə qoxu daha da artmış olur. Ağız qoxusu ilə mübarizədə ən ucuz və effektiv vasitə duzun suda hipertonik məhluludur (1 stəkan suya 1xörək qaşığı duz). Hər istifadə zamanı hipertonik məhlul yeni hazırlanmalıdır. İstifadəsi zamanı hipertonik məhlul selikli qişanı təmizləyir,şişkinlik və iltihabı azaldır,bakteriyaların artıb-çoxalmasının qarşısını alır, badamcıqların lokunalarına daxil olaraq eyni prosesi orda da yerinə yetirir. Bəzi qidaların,məsələn sarımsağın ağızda qoxu yaratdığını çoxları bilir,lakin çox az adam bilir ki bu qoxunun yaranması üçün sarımsağı yemək vacib deyil. Məsələn sarımsağı pəncə nahiyyəsinə sürtəndə dəri məsamələrindən orqanizmə daxil olaraq qana keçir,qan vasitəsilə ağciyərlərə gəlir və ağızdan tənəffüs zamanı hava ilə qarşıdakı insana ötürülür, sanki ağızdan sarımsaq qoxusu gəlir kimi effekt yaranır”. Həkim, onu da qeyd etdi ki, ağızdakı qoxunun yaranmağının bir çox səbəbləri ola bilər. “Ağızda quruluq hər hansı xəstəliyin əlaməti ola bilər. Odur ki ağız qoxusu ilə mübarizədə qoxunu yaradan səbəb araşdırılmalıdır. Məsələn diafraqmal yırtıq zamanı mədə diafraqmadan döş qəfəsinə ..sıxılır.., mədə möhtəviyyatı qida borusuna atılır və bu zaman ağızdan qəbul olunmuş qidanın qoxusu gəlir. Tənəffüs yollarının infeksiyaları da öz növbəsində ağızdan gələn xoşagəlməz qoxuya səbəb olur. Burun tənəffüsü mümkün olmadığı üçün ağızdan nəfəs alındığı zaman ağız boşluğunda bakteriyaların çoxalması üçün münbit şərait yaranır. Bu səbəbdən həkim müayinəsi mütləqdir. Bundan başqa bəzi dərman preparatları (allergiya əleyhinə, sidikqovucu, antidepressant, sakitləşdirici və hipertoniya xəstəliyi zamanı istifadə olunan dərmanlar) ağız suyu ifrazını azaldır. Pəhriz saxlayan şəxslərdə də ağız qoxusu qaçılmazdır. Buna səbəb ağızda olan quruluq və yağların parçalanması nəticəsində əmələ gələn asetondur. Pəhriz saxlayan şəxslər xüsusilə ağız boşluğu gigiyenasına diqqət etməli və mümkün qədər bol maye qəbul etməlidir. Bəzi qadınlarda menstruasiya öncəsi ağızdan xoşagəlməz qoxu hiss olunur. Səbəb olaraq hormonal dəyişikliklər göstərilir. Hekiminizde muayine olunun ve daima saglam qalın”.
İsti yay günlərində əksər insanlar təmiz havadan çox kondisoner işləyən ortamlarda vaxt keçirdirlər. Bəs, uzun müddət kondisoner işləyən qapalı məkanlarda vaxt keçirtməyin insan sağlamlığına nə kimi ziyanları ola bilər? Həm istidən, həm də kondisonerin zərərindən qorunmağın başqa yolları varmı? Mövzu ilə bağlı Rəşid Mahmudov Moderator.az-a danışdı: “Kondisoner insan orqanizimi üçün çox zərərlidir. Sanki insanı soyuducuya qoyursan. Biri var havanı soyudasan, kondisioneri soyudub girəsən ora. Bir otağı soyutduqdan sonra orada otura bilərsiniz. Amma soyuq havanın sizi vurması bədəni qurudur. Kondisioner istifadəsi qorxuludur. Həmin zərərlərdən biraz da olsa qorunmaq üçün onu düzgün işlətməyi bacarmaq lazımdır. Əks halda insanlarda bir çox problemlərin yaranmağına yol aça bilər. Həmin zərərlərdən də qorunmaq üçün kondisoneri qoşduğunuz otağda onu söndürdükdən sonra vaxt keçirtmək daha məqsədəuyğundur. Əks halda kondisoner bütün insan əzələlərini qıc edir və başqa-başqa problemlərə yol açır”.
"Hər hansı bir böyrək xəstəliyi zamanı tibbi yardım mütləqdir, əks halda həyati təhlükəsi olan nəticələr yarana bilər". Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı uroloq-androloq Stanislav Sosnovski xəbərdarlıq edib. Uroloqun sözlərinə görə, yuxusuzluq, daimi yorğunluq hissi, yaddaş problemləri, qaşınma və dərinin quruması da böyrəklə bağlı problemlərin olduğuna işarə edə bilər. "Əgər siz tez-tez tərləyirsinizsə, enerji çatışmazlığından əziyyət çəkirsinizsə və tez yorulursunuzsa, bu həmişə həkimə müraciət etmək üçün bir səbəbdir. Böyrək xəstəlikləri zamanı sadalanan əlamətlər ilk ortaya çıxanlar arasındadır", - deyə həkim bildirib. Böyrək xəstəliyi zamanı dəri problemləri bədəndəki mineralların və mikroelementlərin balansının pozulması səbəbindən başlayır. "Siz həmçinin qan hissi, metal dadı və ağız qoxusuna qarşı da diqqətli olmalısınız", - Sosnovski əlavə edib. Bundan əlavə, böyrək problemləri şişkinlik, nəfəs darlığı və qan təzyiqi problemlərinə, həmçinin bütün bədəndə narahatlıq və ağrıya səbəb ola bilər.
İnsanlarda xəstəliklərin yaranmasının ilkin səbəblərindən biri də düzgün qidalanmama, orqanizm üçün təhlükəli və zərərli qida məhsullarının müntəzəm istifadəsidir. Bir sıra belə qida məhsulları və içkilər var ki, kiçik ərzaq mağazalarından tutmuş iri marketlərə kimi hər addımbaşı onlara rast gəlirik. Bu məhsulları istehsal edənlərin "peşəkar"lığı isə ondan ibarətdir ki, həmin məhsullar zərərli olduğu qədər də insana dadlı və ləzzətli gəlir. Nəticədə isə pulumuzu verib əvəzində xəstəlik alırıq. Sağlamlıq üçün zərərli olan qida məhsulları hansılardır? Kolbasa və sosislər. Danılmaz faktdır ki, əksər insanlar tənbəlliyi ucbatından və əlavə əziyyətdən can qurtarmaq üçün günortalar ayaqüstü kolbasa və sosislərlə qidalanmağa üstünlük verirlər. Unutmaq lazım deyil ki, bu cür ət məhsullarının tərkibinə qatılmış əlavələr, iç piyləri, müxtəlif aromatizatorlar, dadverici komponentlər, hətta donuz dərisi insan sağlamlığı üçün yaxşı heç nə vəd etmir. "Bəh-bəh" reklamlara uyub bu qida məhsullarına aludə olmayın. Qazlı və şirin içkilər. Sözsüz ki, kolbasa və sosisləri yedikdən sonra üstündən qazlı, şirin içkilərin içilməsinin də nə qədər "ləzzətli" olduğu hamımıza yaxşı məlumdur. Tərkibi bir toplum kimyəvi maddələrlə, şəkər və şəkər əvəzedicilərlə, rənglərlə zəngin olan bu cür içkilərin özü opqanizm üçün təhlükəli olmaqla yanaşı, o, həm də əvvəlcə qəbul olunmuş qida məhsullarındakı zərərli maddələrin orqanizmə rahat yayılmasına şərait yaradır. Bu içkilərin göz oxşayan rənglərinə, "gəl-gəl" deyən görünüşünə aldanmayın. Mayonez və ketçup. Mayonez və ketçubun damağımıza xüsusi dad verdiyini hamımız yaxşı bilirik. Amma bu dadın arxasında dayanan təhlükə və zərərlərdən çoxumuz xəbərsizik. Onların tərkibində olan kimyəvi rəngləyicilər, müxtəlif əlavələr bir çox xəstəliklərin inkişafında fəal iştirak edir. Odur ki, damağınızın dadını başqa faydalı qida məhsulları ilə əvəzləsəniz xoşagəlməz problemlərdən uzaq olarsınız. Çipsi. İnsanlar üçün çipsilər qida məhsulundan daha çox sevimli məşğuliyyətə çevrilib. Xüsusilə, televizor qarşısında saatlarla əyləşməyi sevənlər çoxsaylı çeşiddə satılan çipsilərlə asudə vaxtlarını daha "dadlı" keçirirlər. Ancaq bu vərdişdən əl çəkmək istəməyənlər onu bilməlidirlər ki, sevimli çipsiləri damarların kirəcləşməsindən, maddələr mübadiləsinin pozulmasından savayı onların mədəsində də ciddi xəstəliklərin yaranmasına səbəb olacaq. Konservləşdirilmiş qida məhsulları. Konservləşdirilmiş qida məhsullarından istifadə etmək rahat olsa da onlar çox qısa bir zamanda daxili orqanları narahat edir. İstənilən qida məhsulunun konservləşdirilməsində müxtəlif kimyəvi maddələr iştirak edir. Bu isə ən ciddi xəstəliklərin yaranmasının başlanğıcı ola bilər. Şokolad batonları. Şokolad batonları orqanizm üçün ən zərərli qida məhsullarından biridir. Belə şokoladlar orqanizmi yüksək kalori ilə yükləməkdən savayı, tərkibindəki kimyəvi maddələrlə sağlamlığımız üçün təhlükə yaradır. Özü şirin olsa da yeyildikdə nəticəsi acı olur. Tez hazırlanan qida məhsulları. Tez hazırlanan qida məhsullarının siyahısında orqanizm üçün faydalı nə isə tapmaq mümkün deyil. Fastfudlar, dönər, hanburqer, kartof frisi və bu kimi ayaqüstü yeməklər sağlamlığa zərbə vuran qida məhsulları arasında birincilər sırasındadır. Yuxarıda adları sadalanan qida məhsullarının orqanizm üçün zərərini nəzərə alaraq onlardan vaxtında imtina etməyi bacarın. Pulunuzu faydalı qida məhsullarına xərcləyin./Medianews.az
İsti yayı yaxşı keçirmək üçün çoxlu maye qəbul etmək vacibdir. Sozcu.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunun üçün müxtəlif qidaları qəbul etmək şərtdir. Həmin qidaları təqdim edirik: Təzə sıxılmış meyvə suyu: İsti havalarda maye ehtiyacını təzə sıxılmış meyvə suları ilə ödəyə bilərsiniz. Gündə yarım və ya 1 stəkan meyvə suyu içilə bilər. Meyvə suyunun təzə olmasına və tərkibində şəkər olmamasına diqqət edin. Təbii qazlı su: Suyu təbii qazlı su ilə əvəz edə bilərsiniz. Gündə 1 butulka qazlı su içə bilərsiniz. Lakin mədə xəstəliklərindən əziyyət çəkənlərə qazlı su içmək tövsiyə olunmur. Qazlı suyu acqarına içmək olmaz. Ayran: Ayran ən sağlam içkisidir. Aşağı düşən təzyiqi normaya salmaq üçün ayranın içinə azca duz əlavə edə bilərsiniz. Çay: Antioksidant özəlliyi olan çayın bu özəlliyini itirməməsi üçün onu 5-7 dəqiqə dəmləmək lazımdır. Çay iftardan sonra dəmiri yuyub apardığından dolayı içmək tövsiyə edilmir. Yeməkdən 50 dəqiqə sonra açıq və limonlu çay içə bilərsiniz. 4-5 stəkandan artıq olmaz. Qəhvə: Gündə 1 stəkan qəhvə günlük kofein ehtiyacını ödəyir. Yay aylarında açıq qəhvə içmək daha doğru olar. Su: Həyat mənbəyi olan suyu gündə ən az 7 stəkan içmək lazımdır. Su içmək ürəyinizi bulandırırsa, içinə meyvə dilimləri ata bilərsiniz. Süd: Bir stəkan ilıq süd içmək gün ərzində susamağa qoymur. Şaftalı kompotu: Şaftalını suda qaynatdıqdan sonra suyunu süzün. İçinə çox az şəkər əlavə edin. Daha sonra soyuducuda saxlayın. Şaftalı suyu mədə və bağırsaqlara yaxşı təsir etdiyi kimi susamağa da qoymur. Pomidor suyu: Pomidor suyu da susamağa qoymayan qidalar arasında gəlir. Tərkibində maqnezium, lif, kalium və kalsium var. Kefir: Kefiri hazırladıqdan sonra soyuducuya qoyun. Kefir həm gün ərzində tox saxlayır, həm də susamağa qoymur. Xurma: Tərkibindəki maqnezium, kalium və dəmir orqanizmi enerji ilə təmir edir. Gün ərzində susamağa qoymur.