Redaktor seçimi

"Zəlzələ təkcə Türkiyə deyil, planetin 12 regionunu əhatə edəcək..." - ŞOK PROQNOZ...

"Mən mübaliğə etmirəm və qorxu yaymağa da cəhd etmirəm. Bu, yalnız xəbərdarlıqdır..." Türkiyədə yeni dağıdıcı zəlzələnin tarixi açıqlanıb... Türkiyədə fevral ayında baş vermiş zəlzələni proqnozlaşdıran Niderlanddan olan seysmoloq Frank Huqerbits yeni xəbərdarlıqla çıxış edib.  Onun fikrincə, mümkündür ki, martın 3-dən 7-dək güclü yeraltı təkanlar baş versin. Təkanların maqnitudu 7 və ya 8 baldan çox olacaq. Sozcu.az xəbər verir ki, bu barədə SSGEOS (Solar System Geometry Survey) elmi institut tərəfindən yayılan videoda deyilir. Məlumatı "Komsomolskaya pravda" nəşri yayıb. "Mən mübaliğə etmirəm. Mən qorxu yaymağa cəhd etmirəm. Bu, yalnız xəbərdarlıqdır", - alim bəyan edib. O, qeyd edib ki, zəlzələlər bu tarixlərdə təkcə Türkiyədə deyil, planetin 12 regionunu əhatə edəcək. Risk zonasında Yunanıstan, İndoneziya, Pakistan, Portuqaliya, Şimali Amerikanın bir hissəsi, Filippin, Yaponiya və Kamçatka olacaq. Mümkün zəlzələ barəsində təkcə Huqerbits deyil, başqa alimlər də xəbərdarlıq edir. Onların fikrincə, zəlzələ Türkiyənin şimal-qərbində İstanbul rayonunda baş verə bilər, Avropanın "Avroaktiv" internet nəşri yazıb. Qəzet  xatırladır ki, İstanbul ölkənin ən böyük şəhəridir və əhalisi 16 milyon nəfər təşkiı edir. Bu şəhər bütün ölkə boyunca keçən qırılmalar ətrafının üzərində dayanıb. Nəşrin sorğu etdiyi ekspertlər hakimiyyətin diqqətini meqapolisin təbii fəlakətə hazırlığa yönəltməyə çağırış edib. Hələ 2006-cı ildə o zaman İstanbul Texniki Universitetində Avrasiya Yer haqqında elmlər İnstitutunun direktoru olmuş professor Okan Tuysuz İstanbulda dağıdıcı zəlzələnin qaçılmaz olduğunu deyib. "Biz maqnitudu bilirik. Biz yeri də bilirik. Biz yalnız bunun nə zaman baş verəcəyini bilmirik. Lakin 65 faiz ehtimalla İstanbulda 2030-cu ilədək 7, 6 bal maqnitudlu zəlzələdən zərər çəkəcək. Bu isə böyük ehtimal deməkdir", - o, "The Guardian" qəzetinə deyib. Xəbər verildiyi kimi,l fevralın 6-da Türkiyənin cənub-şərqində Qəhrəmanmaraş əyalətində Suriya sərhəddi yaxınlığında 7, 8 və 7, 6 maqnitudlu güclü zəlzələ baş verib. Bundan sonra mindən çox afterşok qeydə alınıb. Son məlumatlara görə, iki ölkədə qurbanların sayı 51 mini ötüb.

Almaniyada qətlə görə tutulmuş azərbaycanlıya ömürlük həbs cəzası verildi

Almaniyanın Detmol Şəhər Məhkəməsi adam öldürməkdə təqsirləndirilən azərbaycanlı Elçin Ağayevlə bağlı yekun qərarını verib. E.Ağayev məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib. Yekun qərardan əvvəl son dəfə E.Ağayevin birlikdə yaşadığı Ukrayna vətəndaşı Olqa adlı qadın “Skype” vasitəsi ilə məhkəmə prosesinə qoşulub. Xatırladaq ki, qətl hadisəsi ötən il iyunun 18-də Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, azərbaycanlı E.Ağayev 39 yaşlı Andrey F.Rintelneri qısqanclıq zəminində balta ilə qətlə yetirməkdə şübhəli bilinir. Daha sonra o, Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Bu il yanvarın 8-də Detmol Şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib.

Vasif Talıbovun mandatı ləğv olunur? - AÇIQLAMA

Naxçıvan Ali Məclisinin keçmiş sədri, Milli Məclisin deputatı Vasif Talıbov mütəmadi olaraq parlamentin iclaslarına qatılmır. Qüvvədə olan qanunvericiliyə görə, onun məsələsinə intizam komitəsində baxılmalı və bu, ümumi yığıncağın müzakirəsinə verilməlidir. V. Talıbovun illərdir Milli Məclisin binasında görünməməsinə rəğmən, onun barəsində hər hansı bir qərarın qəbul edilməməsi çoxsaylı suallar doğurur. Parlament V. Talıbovun məsələsini niyə müzakirə etmir? Qanunvericiliyin tələbinə uyğun olaraq, keçmiş “xan”ın mandatı geri alına bilərmi? Yenisabah.az-a açıqlamasında Milli Məclisin intizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, hələ ki bu barədə məlumat yoxdur: “Bununla bağlı hələ ki bir xəbər yoxdur, ola da bilməz. Əsasnamə ilə ona hələ heç bir söz deyilməyib. İndiyə qədər iki iclas olub. Onun mandatının ləğv olunub-olunmayacağı gələcəkdə müəyyənləşəcək. Gözləmək və dözmək lazımdır”.

Moskvada polislərə pulemyot-pistolet paylandı -Hətta ayaqyoluna da cüt getmək tapşırıldı...

Moskvada (Rusiya) milli qvardiyaçılardan birinə hücumdan sonra polis əməkdaşlarına yeni silahlar verilib və onlardan yalnız cüt-cüt gəzmək, hər yerdə zirehli - gülləkeçirməz köynək geyinmək tələb olunur. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" nəşri məlumat yayıb. Sankt-Peterburqda milli qvardiyanın əməkdaşına hücumdan sonra Moskva polisi yeni silah kimi Rusiyanın "PP2000" pistolet-pulemyot silahını alıb. Jurnalistlər öyrəniblər ki, əməkdaşlardan sayıqlıqlarını artırmaq və zirehli köynək geyinməyi unutmamaq tələb olunub. Rəhbərlik həm də asayiş keşikçilərindən daha az məqsədsiz hərəkət etmələrini və yalnız cüt-cüt gəzmələrini tələb edir. Hətta tualetə tək getmək tövsiyə edilmir. Qeyd edək ki, fevralın 24-də, cümə günü səhər saatlarında 50 yaşlı Tiqran Xaçikyan metronun "Qostiniy dvor" ərazisində Rusiya milli qvardiya zabitinin mədə nahiyəsinə bir neçə dəfə atəş açıb. Erməni saxlanılıb. Onun üzərində iki tapança, travmatik silah, iki "Molotov" kokteyli, əl qumbarası və bir xəncər tapılıb. Dindirilmə zamanı Xaçikyan milli qvardiyaya atəş açmaq istəmədiyini, lakin "OMON"(xüsusi təyinatlı polis dəstəsi) maşınlarını yandırmağı planlaşdırdığını bildirib.

Vətəndaşları əlillik təqaüdləri düzəldəcəyi vədi ilə aldadan şəxs həbs olundu

Şirvanda dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Cavid Astanov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, C.Astanov şəhər sakini olan üç vətəndaşın etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 8500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, C.Astanov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər C.Astanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

"Lavrovun nə azarı var Azərbaycanda?!" - Rəsul Quliyevdən rusiyalı nazirin gəlişinə SƏRT REAKSİYA - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyev "TV Müsavat"ın efirində qonaq olub. Sozcu.az  xəbər verir ki, Rəsul Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya nəzərdə tutlan səfərindən danışıb.  Ətraflı videoda:

Rusiya parçalansa, postsovet dövlətlərin taleyi... - Putindən ŞOK AÇIQLAMA

“Əgər biz bu yolla getsək (Rusiyanın süqutu və parçalanması), hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının və hər şeydən əvvəl, əlbəttə ki, rus xalqının taleyi kəskin şəkildə, sadəcə olaraq, köklü şəkildə dəyişə bilər”. Publika.az xəbər verir ki, bunu Rusiya pezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib. Onun fikrincə, Qərb dövlətləri Rusiyanı və digər postsovet dövlətlərini “kassifikasiya etmək” niyyətindədirlər. "Rusiya sivil xalqların qondarma ailəsinə qəbul edilə bilər, ancaq ayrı-ayrılıqda, hər bir hissəsi ayrıca. Qərb Rusiyanın süqutunu və onun keçmiş hissələri üzərində nəzarəti bərqərar etməyi hədəfləyir. Belə bir ssenaridə rus xalqı indiki formada qorunub saxlanmaya bilər və onun yerinə muskovitlər, urallar və başqaları peyda olacaq”, - Putin qeyd edib. O, əmindir ki, bu, yalnız “bu hissələrin ətrafında sıxışdırıb öz nəzarəti altına almaq” üçün ediləcək. “Rusiya xalqı birləşəndə ​​bizim tayı-bərabərimiz yoxdur. Bu, bizim bütün nailiyyətlərimizin və bütün qələbələrimizin əsas şərtidir”, - Putin vurğulayıb.

Xocalı sakini 31 il əvvəldən danışır: "Gözümün qabağında meyitlər küçələrə səpələnirdi"

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Saday Rzayev yaşadığı acı və dəhşətli günlərin xatirələrini "Report"un Qarabağ bürosuna danışıb. `Qeyd edək ki, Saday Rzayev Xocalı sakinidir. Xocalıda yerli özünümüdafiə batalyonuna yazılanlardan biri olub. 1992-ci ilin fevralında şəhərin müdafiəsi yalnız yerli sakinlərin gücü hüsabına təmin edilirdi. Xocalı sakinləri əlavə qüvvələrin gəlməsi ümidi ilə şəhərətrafı səngərlər qazaraq müdafiəni möhkəmləndirməyə başlasalar da, bu, düşmənin zirehli texnikasının qarşısını ala bilməzdi. "Fevralın 25-də gecə səngərdə olmuşam. Hava qaralandan sonra ermənilər tərəfdən hərəkətlilik başladı. Ermənilər və o vaxtı orada olan Sovet ordusunun əsgərləri başladılar şəhəri mühasirəyə almağa. Zirehli texnikalar hər tərəfdən mühasirə halqasını daraldırdılar. Texnikalardan biri Noragux istiqamətində meşədən çıxıb bizim olduğumuz post tərəfə gəldi. Hava qaranlıq olsa da, tankın üstündə əsgərləri gördüm. Təxminən 8 rus əsgəri varıydı. Onların danışığından artıq şəhərə hücum olacağını təxmin elədik. Tank üzümlük deyilən ərazi ilə şəhər istiqamətində hərəkətə başladı". Saday kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi. "Texnika şəhəri tam mühasirəyə alandan sonra havaya 3 raket atıldı. Mən komandirimiz Tofiq müəllimə dedim ki, bu, müharibə işarəsidir. İki dəqiqədən sonra başladılar şəhəri bombalamağa. O gecə sanki göydən od yağırdı. Şəhər elə bombardman edildi ki, sanki cəhənnəm yaşanır. Gözümün qabağında insanların meyitləri küçələrə səpələnirdi. Yaralıların heç birinə kömək edə bilmirdim. Qan su yerinə axırdı. Bu dəhşətli hadisələrin hamısı gözümün qabağında olub. Başa düşdük ki, avtomatla tankın qarşısına çıxa bilməyəcəyik. Ən yaxşısı qalan insanları şəhərdən çıxarmaqdır". Saday Rzayev deyir ki, dəhşətli gecədə düşmən əlinə keçən Xocalı sakinlərindən biri də onun 13 yaşı oğlu olub. "Qarqar çayı vasitəsilə qaçmağa başladıq. Hardasa 200-300 nəfər canını qurtara bildi. Qalanları həyatını itirdi. Sakinlərdən əsir düşənlər oldu. Oğlum da daxil olmaqla, 35 nəfər evlərdən birinin zirzəmisində ermənilərə girov düşdülər. Xocalının işğalından 6 gün sonra bildim ki, oğlumu Milli Qəhrəman Allahverdi Bağırov bir neçə sakinlə birgə girovluqdan azad edib". 31 il əvvəl Xocalıda olmuş hər bir azərbaycanlı bu günü 31 saniyə əvvəl olubmuş kimi xatırlayır. Hazırda onlar o acılı illərdən geri qalan xatirələrini, düşmən tapdağından azad edilərək abadlaşan Xocalıda yaşamaqla əvəzləmək istəyirlər. Xocalılılar doğma yurdlarına tezliklə qayıdacaqlarına inanırlar.