"Zəlzələ təkcə Türkiyə deyil, planetin 12 regionunu əhatə edəcək..." - ŞOK PROQNOZ...

"Mən mübaliğə etmirəm və qorxu yaymağa da cəhd etmirəm. Bu, yalnız xəbərdarlıqdır..."

Türkiyədə yeni dağıdıcı zəlzələnin tarixi açıqlanıb...

Türkiyədə fevral ayında baş vermiş zəlzələni proqnozlaşdıran Niderlanddan olan seysmoloq Frank Huqerbits yeni xəbərdarlıqla çıxış edib. 

Onun fikrincə, mümkündür ki, martın 3-dən 7-dək güclü yeraltı təkanlar baş versin. Təkanların maqnitudu 7 və ya 8 baldan çox olacaq.

Sozcu.az xəbər verir ki, bu barədə SSGEOS (Solar System Geometry Survey) elmi institut tərəfindən yayılan videoda deyilir. Məlumatı "Komsomolskaya pravda" nəşri yayıb.

"Mən mübaliğə etmirəm. Mən qorxu yaymağa cəhd etmirəm. Bu, yalnız xəbərdarlıqdır", - alim bəyan edib. O, qeyd edib ki, zəlzələlər bu tarixlərdə təkcə Türkiyədə deyil, planetin 12 regionunu əhatə edəcək.

Risk zonasında Yunanıstan, İndoneziya, Pakistan, Portuqaliya, Şimali Amerikanın bir hissəsi, Filippin, Yaponiya və Kamçatka olacaq.

Mümkün zəlzələ barəsində təkcə Huqerbits deyil, başqa alimlər də xəbərdarlıq edir. Onların fikrincə, zəlzələ Türkiyənin şimal-qərbində İstanbul rayonunda baş verə bilər, Avropanın "Avroaktiv" internet nəşri yazıb.

Qəzet  xatırladır ki, İstanbul ölkənin ən böyük şəhəridir və əhalisi 16 milyon nəfər təşkiı edir. Bu şəhər bütün ölkə boyunca keçən qırılmalar ətrafının üzərində dayanıb.

Nəşrin sorğu etdiyi ekspertlər hakimiyyətin diqqətini meqapolisin təbii fəlakətə hazırlığa yönəltməyə çağırış edib.

Hələ 2006-cı ildə o zaman İstanbul Texniki Universitetində Avrasiya Yer haqqında elmlər İnstitutunun direktoru olmuş professor Okan Tuysuz İstanbulda dağıdıcı zəlzələnin qaçılmaz olduğunu deyib.

"Biz maqnitudu bilirik. Biz yeri də bilirik. Biz yalnız bunun nə zaman baş verəcəyini bilmirik. Lakin 65 faiz ehtimalla İstanbulda 2030-cu ilədək 7, 6 bal maqnitudlu zəlzələdən zərər çəkəcək. Bu isə böyük ehtimal deməkdir", - o, "The Guardian" qəzetinə deyib.

Xəbər verildiyi kimi,l fevralın 6-da Türkiyənin cənub-şərqində Qəhrəmanmaraş əyalətində Suriya sərhəddi yaxınlığında 7, 8 və 7, 6 maqnitudlu güclü zəlzələ baş verib. Bundan sonra mindən çox afterşok qeydə alınıb. Son məlumatlara görə, iki ölkədə qurbanların sayı 51 mini ötüb.

Share on Facebook