Moskvada (Rusiya) milli qvardiyaçılardan birinə hücumdan sonra polis əməkdaşlarına yeni silahlar verilib və onlardan yalnız cüt-cüt gəzmək, hər yerdə zirehli - gülləkeçirməz köynək geyinmək tələb olunur.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" nəşri məlumat yayıb.
Sankt-Peterburqda milli qvardiyanın əməkdaşına hücumdan sonra Moskva polisi yeni silah kimi Rusiyanın "PP2000" pistolet-pulemyot silahını alıb.
Jurnalistlər öyrəniblər ki, əməkdaşlardan sayıqlıqlarını artırmaq və zirehli köynək geyinməyi unutmamaq tələb olunub. Rəhbərlik həm də asayiş keşikçilərindən daha az məqsədsiz hərəkət etmələrini və yalnız cüt-cüt gəzmələrini tələb edir. Hətta tualetə tək getmək tövsiyə edilmir.
Qeyd edək ki, fevralın 24-də, cümə günü səhər saatlarında 50 yaşlı Tiqran Xaçikyan metronun "Qostiniy dvor" ərazisində Rusiya milli qvardiya zabitinin mədə nahiyəsinə bir neçə dəfə atəş açıb. Erməni saxlanılıb. Onun üzərində iki tapança, travmatik silah, iki "Molotov" kokteyli, əl qumbarası və bir xəncər tapılıb. Dindirilmə zamanı Xaçikyan milli qvardiyaya atəş açmaq istəmədiyini, lakin "OMON"(xüsusi təyinatlı polis dəstəsi) maşınlarını yandırmağı planlaşdırdığını bildirib.