Redaktor seçimi

Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar xidmətdən məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin anası tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Elçin Babayev tənqid edildi – “İnkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq?”

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı müzakirələrə səbəb olub. Rektorun "reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır" deməsi birmənalı qarşılanmayıb. Təhsil eksperti Nabatəli Qulamoğlu da Pravda.az-a açıqlamasında Elçin Babayevin fikirlərini tənqid edib. “Hər yolla istəyirlər ki, gerçəkləri, həqiqətləri gizlətsinlər. Başqası sürətlə inkişaf edirsə, lap elə olsun. Sən ona çatmamısansa, deməli, geri qalmısan. Bu, nə deməkdir? Əslində, təhsilimizin geri qalması, dövlət universitetlərinin dünya reytinq cədvəllərində aşağı yer tutması müxtəlif səbəblərlə bağlıdır. Səbəblərdən ən başlıcası budur ki, Azərbaycan hökuməti təhsilə “Lenin burjuaziyaya baxan kimi” baxır. Təhsilə ayırdığı maliyyə kifayət etmir, təhsilə lazımlı kadrlar gətirmir, korrupsiya baş alıb gedir. Korrupsiya olan yerdə inkişaf ola bilməz. Bu, birmənalıdır. Elçin Babayev orda bir söz deyib, guya hardasa hansısa hakimiyyət nümayəndəsinin xoşuna gəlsin ki, “bu kişi qanadlı bir söz dedi”. Əslində o, qanad deyil, qanad bağlamaqdır - olmayan bir şeyə yalandan qanad bağlamaq. Qəti şəkildə belə bir fikri inkar edirəm. Lap sürətlə inkişaf edirlər, sən də inkişaf elə. Niyə inkişaf etmirsən? İndi biz nə edək? Gedək inkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq? Həmin zamanı götürək? Yadıma gəlir, vaxt var idi, müəllim çatmırdı, dördüncü sinfi bitirmiş uşaqları məktəbdə müəllim qoyurdular, hesab dərsi keçirdi. Həmin zamanla müqayisə edək? Məsələn, Xəzər Universiteti qismən müstəqildir, çalışırlar, təbii ki, maliyyələri çoxdur, məmurlar tərəfindən həddindən çox güclü maliyyələşir. Xəzər Universitetini çıxmaqla Azərbaycandakı bütün universitetlər, demək olar, bu vəziyyətdədir. Reytinq cədvəllərində Azərbaycan universitetlərinin yer tutmamasının səbəbi lazımi təhsil resurslarının, kadrlarının, təhsilə marağın olmamasıdır”. N.Qulamoğlu Elçin Babayevin “sürəli inkişaf” deyərkən Qazaxıstan kimi ölkələri misal gətirməsinə isə belə cavab verib: “Guya Qazaxıstan sürətli inkişaf edib? Tamamilə yanlış fikirdir. Qazaxıstanla əlaqəm var. Onlarda da elə bir inkişaf yoxdur. Bizdən bir o qədər də fərqlənmirlər. Yeganə fərq budur ki, bizə nisbətən təhsilə babat pul qoyurlar. Pul ayırmadınsa, heç bir sahə inkişaf etmir, bu, təbiidir”.

Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Nazir bildirib ki, bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır: “Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır”.

"Rusiya terrorun sinoniminə çevrilib və məğlubiyyətin və ədalətli cəzanın nümunəsi olacaq"- Zelenski

"Dağıntılar, silah qalıqları, yerdə mərmilərdən yaranan çüxurlar-bunlar Rusiyanın avtoportretidir..." "Bu ilin əvvəlindən təkcə Xarkova düşmən 40-dan çox raket zərbəsi endirib..." Rusiya müxtəlif silahlardan bir məqsədlə istifadə edir-həyatı məhv etmək və Ukraynada bəşəri heç nə saxlamamaq.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski matın 11-də gecə müraciətində bəyan edib. Zelenski deyib ki, hər gün atəşlərə məruz qalan yaşayış məntəqələrinə dəstək vermək istəyir. "Bu, bizim Xerson vilayətimiz və məğlubiyyətə görə düşmənin qisas aldığı Xerson şəhərimizdir. Bu, bizim Zaporojyemizdir. Bu, Donbas və Luqanskın Rusiyanın, sadəcə, yandırıb külə döndərməyə cəhd etdiyi şəhərlərimizdir. Bu, Xarkov vilayəti və Xarkov şəhəridir. Bu ilin əvvəlindən təkcə Xarkova düşmən 40-dan çox raket zərbəsi endirib. Bu, Nikopol və Marqanetsdir,  bizim Dnepropetrovsk vilayətimizdir. Bizim Sumı, Çerniqov vilayətimizdir", - prezident deyib. Dağıntılar, silah qalıqları, yerdə mərmilərdən yaranan çüxurlar-bunlar Rusiyanın avtoportretidir, Zelenski əlavə edib. "Bu gün Rusiyanın atəşləri Xersonda, sadəcə, mağazaya ərzaq dalınca gedən insanların həyatına son qoyub. Üç ukraynalı həlak olub. Onların doğmalarına başsağlığı verirəm. Zaporojyedə Rusiya raketi şəhərin həyati əhəmiyyətli obyektinə düşüb. Sərhəd rayonlarında işğalçılar kəndlərimizi atəşlərə məruz qoyaraq insanları qorxutmağa və yurdlarından qovmağa cəhd edir", - dövlət başçısı deyib. Lakin o, əlavə edib ki, Rusiya atəşlərə məruz qoyduğu ərazilərdə olmayacaq. "Bu ölkə terrorun sinoniminə çevrilib və məğlubiyyətin və bu terrora görə ədalətli cəzanın nümunəsi olacaq", - Zelenski bəyan edib. Ukrayna cəbhəsində vəziyyət-nələri bilmək lazımdır? Martın 11-də axşam Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı məlumat verib ki, düşmən Ukraynanın şərqində hücumunu davam etdirib və uğursuzluğa düçar olub. Qeyd etmək lazımdır ki, hazırda qarşıdurmanın episentri Donetsk vilayətinin Baxmut şəhəridir. USQ Şərq qruplaşmasının spikeri Sergey Çerevatının sözlərinə görə, cari sutka ərzində cəbhənin Baxmut sahəsində düşmən 157 dəfə ukraynalı döyüşçülərin mövqelərini yaylım atəşli reaktiv sistemlərdən və müxtəlif növ artilleriyadan atəşlərə məruz qalıb. 50-dən çox döyüş olub. Döyüş əməliyyatları zamanı düşmən tərəfindən 221 nəfər məhv edilib, 314 nəfər yaralanıb.

"Azərbaycana qarşı təhdidlər artdıqca İranın "boğulması" daha da intensivləşəcək"

Səfirliyimizdəki reallığı cavablamağa sözü olmayan qonşumuz, sərhədlərimizin "təhlükədə olduğu mesajı"nı verir və artıq hər şey təhlükəyə doğru yol alır. Bu sözləri "Unikal"a açıqlamasında politoloq Həşim Səhrablı son aylarda daha da artan İran təxribatlarını şərh edərkən deyib.  Siyasi şərhçinin sözlərinə görə, İran artıq de-fakto müharibə elan edir: "İran-Azərbaycan qarşıdurması hər iki tərəfə ölümcül yaralar vəd edir. Amma fars "mollakratiyası" hesablamır ki, bizim düşmənimizdən çox tərəfdaşımız, onların isə, sadəcə böyük çoxluqda düşməni var. Ən əsası, Azərbaycana qarşı təhdidlər artdıqca İranın "boğulması" daha da intensivləşəcək. Hər şeyin sonunda İran adlı dövlət olmayacaq". 

Müsavat Partiyasnın müttəfiqləri Türkiyəni ziyarət ediblər

Müsavat Partiyasının üzv olduğu, Avropa parlamentində çoxsaylı üzvləri ilə təmsil olunan ALDE nin prezidenti İlhan Kiçik Türkiyədə səfərdə olub.  Dövlət rəhbərləri ilə görüşüb. Atatürkün anıtqəbrini ziyarət edib.  Zəlzələ bölgəsinə səfər edərək faciə yaşamış, depremdən zərər çəkmiş sakinlərlə görüşüb.  Fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağı təkliflərini  təmsil olunduğu beynəlxalq strukturlara təqdim edəcək.  Türkiyə tək deyil. Dünyanı azad, insanları xoşbəxt görmək istəyənlər Türkiyənin, bu ağır günlərdə, böyük fəlakətlə üzləşmiş Türkiyə xalqının yanındadır. Arif Hacılı, Müsavat Partiyasının başqanı

"Qaçqınkom"la bağlı QƏRAR

“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 yanvar tarixli 1 nömrəli Qərarında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Kollegiyanın üzvləri aşağıdakı kimidir: Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının I ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının II ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının III ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının IV ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının V ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə və təminat şöbəsinin müdiri Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru.

Rüşvət alan gömrük polkovnikləri azadlığa buraxıldı - Dəymiş ziyanı ödəyiblərmiş...

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər. Bildirilib ki, bu əsasla cinayət işlərinə xitam verilib, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Qeyd edilib ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ötən ilin iyul keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Əliyev sülh müqaviləsindən danışdı: Beş prinsip...

İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib. “Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyə Prezident İlham Əliyev deyib.

Büdcə belə talanır: 1 ssenari, 1 aparıcı, 100 dənə şara 40 min manat...

5 nömrəli Uşaq Vərəm Sanatoriyası cari ilin fevral ayının 27-də və mart ayının 2-də 3 lot üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Sozcu.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 82.715 manat təşkil edib. Dövlətin pulu nəyə xərclənir? Sanatoriyanın keçirdiyi satınalmalarda şişirdilmiş rəqəmlərə rast gəlinir. Belə ki, Sanatoriyanın “İstehlakyönlü müxtəlif xidmətlər” lotu üzrə yekun vurduğu satınalma “8 mart” qadınlar günü münasibəti ilə keçiriləcək tədbirlə bağlıdır. Bu satınalmanın məbləği 40.168 manatdır. Satınalmanın qalibi isə “VİOLET-F” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “VİOLET-F” MMC 2022-ci ilin iyul ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Bəşirov Fuad Əlişah oğludur. “VİOLET-F” MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur. Dövlətin 40 min manatdan artıq vəsaitini tibb müəssisəsinin hansı işlərə xərclədiyinin siyahısına nəzər yetirək: 1. Ssenarinin yazılması və tədbirin hazırlanması 2. Musiqi qrupunun iştirakı (5 nəfər) 3. Zalın bazədilməsi, gül çələngi (təbii güllərdən) 4. Helium şarlar (rəngli) (100 ədəd) 5. Aparıcı 1 nəfər 6. Səsgücləndirmə musiqi alətləri, mikrofonun quraşdırılması və kirayəsi Qeyd edilən işlərə büdcədən 40 min manat vəsaitin xərclənməsi səlahiyyətli orqanların ixtiyarına buraxıb keçək sanatoriyanın digər satınalmalarına… “Otkad”da adı hallanan MMC ilə işbirliyi? 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının 2023-cü ilin fevral ayının 27-də “Çirkab mayelərin daşınması” və “İçməli suyun alınması” lotu üzrə yekun vurduğu satınalmalarda da çox ciddi şübhəli məqamlar var. Bu satınalmaların ümumi məbləği 42.547 manat təşkil edir. Hər iki lotun qalibi “OPPONENT-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “OPPONENT-2019” 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 9, mənzil 56 ünvanıdır. “OPPONENT-2019” MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ruhin Səxavət oğludur. Əldə etdiyimiz məlumata görə əslən Cəbrayıl rayonundan olan Allahverdiyev Ruhin Səxavət oğlu Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydiyyatdadır. Onun adına xeyli sayda MMC-lərin rəsmiləşdirildiyi və bu MMC-lərin dövlət satınalmalarında “otkad” məqsədlərlə istifadə edildiyi deyilir. Qlobal.az məsələ ilə əlaqədar 5 nömrəli Uşaq Vərəm Sanatoriyasından mövqe öyrənə bilməyib. Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının direktoru Cavadova Ruhəngiz Kamil qızıdır.(Qlobal.az)

Akşener: “Pul almışamsa, şərəfsizəm“

Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener "Millət İttifaqı"nı tərk etməsi və daha sonra geri dönməsi ilə müşayiət olunan 2 günlük zaman kəsiyində baş verənlərdən danışıb.  Sozcu.az xəbər verir ki, "HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan Akşener ittifaqı tərk etməsi ilə bağlı açıqlama verdiyi brifinqdəki nitqinin sərt olmasına aydınlıq gətirib.  "Sərt idi və sərt olmalı idi. O mətni mən özüm yazmışam. 28 ildir aktiv siyasətlə məşğulam. Sərt olaraq ifadə edilsə də, konkret olmasına diqqət yönəltdim. Çox konkret idi, bəli. Qədərindən artıq konkretlik insanları əsəbiləşdirə bilər", - deyə o söyləyib.  Akşener Kılıçdaroğlunun hiddətlənərək ayağa qalxması məsələsinə də toxunub. "Heç kim ayağa qalxmamışdı. Amma gərginlik yaşanmışdı. Mən fikrimi açıq və net söyləmişdim. Davutoğlu və Babacan araya girib ortalığı sakitləşdirdi. Amma Temel bəyin də "Sizdən çəkdiyimiz bəsdir" deməsi də həqiqətə uyğun deyil. O yaş qrupundan olan insanlar səbr məsələsində peşəkarlaşıblar. Kemal bəyi də səbrli insan kimi tanıyıram... 5 nəfər imzaladı, o formada da elan oluna bilərdi. Sonra bir "nəfəs alaq" dedik. Getdim dostlarla məsləhətləşməyə. Belə qərar çıxdı. Hər kəs üçün ən yaxşısı oldu", - deyə İYİ Partiya sədri ittifaqı tərk etməzdən əvvəlki son toplantının təfərrüatlarını açıqlayıb. (Qeyd edək ki, bu barədə ilk açıqlamasında Akşener Kılıçdaroğlunun onun bələdiyyə sədrlərinin namizədliyinin də müzakirə olunması barədə təklifindən hiddətlənərək ayağa qalxdığını və vəziyyətin gərginləşdiyini demişdi. Ali Babacanın müavini isə onu təkzib edərək bu cür hadisə baş vermədiyini bəyan etmişdi - red.)  Partiya sədri CHP-HDP yaxınlaşmasına da münasibət bildirib: "Səmimi deyirəm. Türkiyədə hər partiyanın bir-biri ilə əlaqələrinə digər partiyalar sayğı göstərməlidir. Biz bu günə qədər bunu etmişik. Amma iddia olunduğu kimi guya o masada HDP-nin də var olması gerçək deyil. Dialoq isə başqa şeydir. CHP HDP ilə görüşə bilər, amma bizim olduğumuz masaya əsla gətirə bilməz. Nazir alış-verişi kimi bir məsələ də mümkün deyil. "Sizin səs faizinizlə HDP-nin səs faizi fərqlidir, sizə gülə-gülə, sağ olun" desəydilər, masadan qalxardıq". Akşener Ərdoğana yaxın iş adamlarından pul aldığı üçün ittifaqı tərk etməsi ilə bağlı iddiaları təkzib edib: "Pul məsələsinə gəlsək, əgər mən Ərdoğanın çevrəsindən və ya başqa bir Allah qulundan belə bir məsələ ilə bağlı 1 lirə, 5 lirə pul almışamsa, dünyanın ən şərəfsiz insanıyam. Maaşımdan başqa heç bir gəlirim olmayıb mənim. Hər şeyim də açıqdır. Bu günə qədər Ərdoğan mənlə danışmaq üçün heç nə etməyib. Mənim də onunla gizli bir görüşüm olmayıb. Hətta zəlzələ vaxtı necə görüşdüyümüzü də televiziya vasitəsilə danışdım".  Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub./Modern.az  

“Ermənilər bayrağımızın altından keçsin, desin ki, Azərbaycan vətənimdir...”

“Ermənilərə sosial müavinətlərin veriləcəyi bağlı səslənən fikirlərin hamısı siyasətdir. Onsuz da ermənilər heç buna gedən də deyillər. Bizimkilər də bunu deməyə məcburdurlar. Ona görə də millət bir balaca gözləsə, daha yaxşı olar”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. O, siyasi şərhçi Zərdüşt Əlizadənin “Qarabağ ermənilərinin hakimiyyətimiz altına keçməsi üçün onlara 30 il ərzində yığılıb qalan müavinətlərini verməliyik” fikirlərinə münasibət bildirib.  N.Cəfəroğluya görə, bu, sadəcə olaraq dövlətin siyasətidir ki, beynəlxalq təşkilatlara mövqeyimizi göstərək:  “Biz buna dözməliyik, görək, axırı nə olacaq. İndi buna nə hə, nə də yox demək olar. Hazırda elə şeylər də var ki, biz bunun içərisində deyilik, amma dövlət rəsmiləri xarici siyasətimizdə o qədər əziyyətlər çəkir ki, biz nəsə əldə edək”.  “Hesab edirəm ki, ağıllı insanlar gözləməli və fikirləşməlidirlər ki, dövlətin qorunması, habelə bütövlüyü üçün nə vacibdirsə, onu da etməliyik. Xalqımız təmkinli olmalıdır”, - əlavə edib.  “Əgər onlar bizim Konstitusiyamızı qəbul edəcəklərsə, qanunlarımızla oturub-duracaqlarsa, bayrağımızın altından keçəcəklərsə, ən əsası isə Xankəndinin Azərbaycan ərazisi olduğu həqiqəti ilə barışacaqlarsa, onda əhalimiz olduğu üçün biz də onlara hansısa güzəşlər edə bilərik. Amma açıq ürəklə desinlər ki, Azərbaycan mənim dövlətimdir və mən bu dövlətin vətəndaşıyam”, - yekunlaşdırıb.