"Dağıntılar, silah qalıqları, yerdə mərmilərdən yaranan çüxurlar-bunlar Rusiyanın avtoportretidir..."
"Bu ilin əvvəlindən təkcə Xarkova düşmən 40-dan çox raket zərbəsi endirib..."
Rusiya müxtəlif silahlardan bir məqsədlə istifadə edir-həyatı məhv etmək və Ukraynada bəşəri heç nə saxlamamaq.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski matın 11-də gecə müraciətində bəyan edib.
Zelenski deyib ki, hər gün atəşlərə məruz qalan yaşayış məntəqələrinə dəstək vermək istəyir.
"Bu, bizim Xerson vilayətimiz və məğlubiyyətə görə düşmənin qisas aldığı Xerson şəhərimizdir. Bu, bizim Zaporojyemizdir. Bu, Donbas və Luqanskın Rusiyanın, sadəcə, yandırıb külə döndərməyə cəhd etdiyi şəhərlərimizdir.
Bu, Xarkov vilayəti və Xarkov şəhəridir. Bu ilin əvvəlindən təkcə Xarkova düşmən 40-dan çox raket zərbəsi endirib. Bu, Nikopol və Marqanetsdir, bizim Dnepropetrovsk vilayətimizdir. Bizim Sumı, Çerniqov vilayətimizdir", - prezident deyib.
Dağıntılar, silah qalıqları, yerdə mərmilərdən yaranan çüxurlar-bunlar Rusiyanın avtoportretidir, Zelenski əlavə edib.
"Bu gün Rusiyanın atəşləri Xersonda, sadəcə, mağazaya ərzaq dalınca gedən insanların həyatına son qoyub. Üç ukraynalı həlak olub. Onların doğmalarına başsağlığı verirəm.
Zaporojyedə Rusiya raketi şəhərin həyati əhəmiyyətli obyektinə düşüb. Sərhəd rayonlarında işğalçılar kəndlərimizi atəşlərə məruz qoyaraq insanları qorxutmağa və yurdlarından qovmağa cəhd edir", - dövlət başçısı deyib.
Lakin o, əlavə edib ki, Rusiya atəşlərə məruz qoyduğu ərazilərdə olmayacaq.
"Bu ölkə terrorun sinoniminə çevrilib və məğlubiyyətin və bu terrora görə ədalətli cəzanın nümunəsi olacaq", - Zelenski bəyan edib.
Ukrayna cəbhəsində vəziyyət-nələri bilmək lazımdır?
Martın 11-də axşam Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı məlumat verib ki, düşmən Ukraynanın şərqində hücumunu davam etdirib və uğursuzluğa düçar olub.
Qeyd etmək lazımdır ki, hazırda qarşıdurmanın episentri Donetsk vilayətinin Baxmut şəhəridir.
USQ Şərq qruplaşmasının spikeri Sergey Çerevatının sözlərinə görə, cari sutka ərzində cəbhənin Baxmut sahəsində düşmən 157 dəfə ukraynalı döyüşçülərin mövqelərini yaylım atəşli reaktiv sistemlərdən və müxtəlif növ artilleriyadan atəşlərə məruz qalıb.
50-dən çox döyüş olub. Döyüş əməliyyatları zamanı düşmən tərəfindən 221 nəfər məhv edilib, 314 nəfər yaralanıb.