Səfirliyimizdəki reallığı cavablamağa sözü olmayan qonşumuz, sərhədlərimizin "təhlükədə olduğu mesajı"nı verir və artıq hər şey təhlükəyə doğru yol alır.
Bu sözləri "Unikal"a açıqlamasında politoloq Həşim Səhrablı son aylarda daha da artan İran təxribatlarını şərh edərkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, İran artıq de-fakto müharibə elan edir: "İran-Azərbaycan qarşıdurması hər iki tərəfə ölümcül yaralar vəd edir. Amma fars "mollakratiyası" hesablamır ki, bizim düşmənimizdən çox tərəfdaşımız, onların isə, sadəcə böyük çoxluqda düşməni var. Ən əsası, Azərbaycana qarşı təhdidlər artdıqca İranın "boğulması" daha da intensivləşəcək. Hər şeyin sonunda İran adlı dövlət olmayacaq".