Redaktor seçimi

DİM: Ali məktəblərə sənəd verənlərin sayı artıb

Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olub. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, bu il 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib: "Ötən il bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib. Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84159 nəfər cari ilin, 23029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98119 nəfər Azərbaycan bölməsi, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib. Bu il buraxılış imtahanlarında (3 fənn üzrə) iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində keçirilən ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da yenidən imkan yaradılacağı qeyd olunub. Onlar 15 aprel – 5 may tarixləri arasında aparılacaq sənəd qəbulunda iştirak edə biləcəklər". Martın 5-də və 12-də keçirilən buraxılış imtahanları haqqında məlumat verən Məleykə Abbaszadə bu il məzunların sayının daha çox olmasını diqqətə çatdırıb: "11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub".

Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxası

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və yaxın ətrafının başı üzərindəki “qara bulud”lar hələ çəkilməyib. Ötən il dekabrın 21-də könüllü şəkildə vəzifəsindən istefa verən Naxçıvan “xan”ı onu və ailə üzvlərini gözləyən təhlükəni tam dəf edə bilməyib. Vasif Talıbov mandatını və azadlığını qoruya bilsə də, ailə üzvləri bu təhlükədən tam olaraq sığortalanmayıblar. Atasından əvvəl tutduğu vəzifədən könüllü şəkildə imtina edən Seymur Talıbovun həbs təhlükəsi ilə üzləşdiyi bildirildi. Qeyd edək ki, Talıbovların süqutuna kimi Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor postunu tutan Seymur Talıbov bir müddət əvvəl ölkəni tərk edib. Sabiq prorektorun Dubayda olduğuna dair məlumatlar var. Yaxın ətrafı gənc Talıbovun ailə biznesini idarə etmək üçün Dubaya yollandığını bildirsə də, bunun əksini iddia edənlər də var.  Vasif Talıbovun “vurulmasından” sonra ailənin düşdüyü situasiyanı göz önündə canlandıran bəzi müşahidəçilər Seymur Talıbovun Dubaya işgüzar məqsədlə səfər etdiyinə inanmırlar. Onların qənaətinə görə Talıbovların sonbeşiyi olan Seymur gələcək təhlükədən yayınmaq üçün Dubaya qaçmaq məcburiyyətində qalıb. Xatırladaq ki, Hesablama Palatası martın 14-də Naxçıvan Dövlət Universitetində yoxlamalara başlayıb. Qurumun ciddi pozuntular aşkarlayacağı heç kimdə şübhə doğurmur. Naxçıvan hakimiyyətində təmsil olunan vəzifəli şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, universitetdə yoxlamaların aparılacağı ilə bağlı Seymur Talıbovdan əvvəldən məlumat olub. Hesablama Palatası onun bir çox qanunsuz əməllərinin üstünü açacağını başa düşən keçmiş prorektor vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görüb. Mənbə Seymur Talıbovun taleyi ilə bağlı qərarın yoxlamalar başa çatdıqdan sonra veriləcəyini bildirib.(yeni sabah)

Mənzillərin qapısında yığılıb qalan qəbzlər oğrulara işarədir - Kriminalist

“Mənzil oğurluğu ilə məşğul olanların öz “peşəkarlıqları” olur. Hansı evə girmək niyyətləri varsa, bəzən ülgücü ortadan bölüb qapıya qoyurlar, bəzən kibrit çöpü, yaxud dəftərxanada işlədilən “skrepka”. Oğruların “kəşfiyyat xarakterli” soyğunları çox olur. Özləri üçün qapıya nişanlar qoyurlar. İki gün sonra gəlib görürlər  ki, həmin nişana toxunulmayıb. Deməli, evdə heç kim yoxdur". Sozcu.az Pravda-ya istinadla xəbər verir ki, bunu “Polisə dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev deyib. O əlavə edib: "Eynilə mənzillərin qapısında yığılıb alan qəbzlər də soyğunçular üçün bir işarədir. Bu, ev yiyəsinin mənzildə olmamasından xəbər verir. Təbii ki, belə “eyhamlar” vətəndaşın əmlakının talan edilməsinə şərait yaradır. Sərhədlərin delimitasiyası kimi, bu da delimitasiyanın olmasıdır - “evdə heç kim yoxdur” nişanıdır. Belə halda oğrular sərbəst şəkildə qapıdan mənzilə daxil ola bilirlər. Birinci mərtəbədirsə, pəncərədəki barmaqlıqları dağıdaraq da mənzilə keçmələri mümkündür. Ona görə də kommunalla bağlı qəbzlərin qapıya gəlməsi düzgün deyil. Buna birdəfəlik son qoymaq lazımdır”. Ş. Əliyev bildirib ki, bəzi binalarda blokun qapısı kodlaşdırılıb: “Lakin kimsə aidiyyəti qurumların işçiləri üçün qapını açır. Bina sakinləri onların binaya necə daxil olduqlarını bilmirlər. Bütün bu şübhələrin qarşısını almaq üçün onlayn qaydaya keçmək, prosesi asanlaşdırmaq lazımdır. Bu şəkildə qapını döymək, vətəndaşlarla sıx təmasda olmaq korrupsiya əlamətləridir və qarşısı alınmalıdır. Ümumiyyətlə, bu, sovetdən qalma adət-ənənədir. Artıq dünya inkişaf edir, innovasiya sahəsində müəyyən yeniliklər var. Kommunal ödənişlərin bu səpgidə həyata keçirilməsi qüsurludur. Su, qaz, işıqla bağlı qapıdan asılan qəbzlər sonradan itə bilər və vətəndaşa müvafiq qaydada cərimələr gələ bilər. Belə halda vətəndaş çıxılmaz vəziyyətdə qalır. Məhkəmə təcrübəsində də belə hallara rast gəlinib. Ona görə də bir az xaotik mənzərə yaranır. Əvvəllər hətta mənzil istimar idarələri qapı-qapı düşüb, su pulu, qaz pulu yığırdılar. Bəzən çek də verilmirdi. Amma bu qədər problem də yaşanmırdı. İndi artıq vəziyyət o qədər qəlizləşib ki, aidiyyəti qurumlar öz səlahiyyətlərini müəyyən mənada yenə də köhnə qayda ilə həyata keçirirlər. Bu da kifayət qədər dövlət büdcəsinə daxilolmaların qarşısını alır. Ona görə də bu, konstitusion vəzifəyə çevrilməlidir. Konstistusiyada bu barədə qeyd olunub. Vəzifəni icra edən şəxs kiminsə qapısını döyüb, “supulu” istəməli deyil. Mərkəzləşmiş, onlayn qayda olmalıdır. Bu prosedur qaydaları bütün dünyada həyata keçirilir”.

Bakıdan sülhlə bağlı yeni təkliflər almışıq - Paşinyan

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb: “Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.

“İstəyirlər ki, uşaq sualın cavabını bilməsin və kəsilsin” - Şok açıqlama

Martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarından sonra cəmiyyət iki yerə bölünüb. Hazırda test üsulunun ləğv edilməsini tələb edənlərlə yanaşı, bunun ciddi fəsadlara səbəb olacağını düşünənlər arasında mübarizə gedir. Birincilər hesab edirlər ki, testin tətbiqi əzbərçiliyə gətirib çıxarır və nəticədə şagirdlər fundamental biliklərə yiyələnə bilmirlər.  İkincilər isə test üsulunun ləğv edilməsinin təhsildə rüşvətxorluğun yayılmasına səbəb olacağından narahatdırlar.  Vəziyyətdən çıxış yolu nədir? Ənənəvi qaydada davam edək, yoxsa sovet dövründəki proseduru tətbiq edək?  Yenisabah.az-a açıqlamasında tanınmış rejissor, “SOY Production”ın rəhbəri Oqtay Əliyev deyib ki, bu gün nə sovet dövrünü tətbiq etmək, nə də hazırkı test üsulunda qalmaq lazımdır: “Çünki test üsulunda daha çox əzbərçilik var. Onlar bir müddət nə var əzbərliyirlər, ikinci-üçüncü kursdan sonra isə 80-85% tələbə hamısını unudur. Abituriyentlər sadəcə olaraq sualın cavabını bilir, lakin məsələnin mahiyyətinə enmir. Onlar sadəcə qısa-qısa ensiklopedik savad əldə edirlər”. Onun sözlərinə görə, uşaqların belə ensiklopedik savadla da çox şeydən xəbərləri olmur:  “Təbii ki, savadlı uşaqlarımız var, amma bu gün biz savavsızlığa doğru gedirik. O ki qaldı sovet dövründəki partiya və katib uşaqlarının istədiyi ixtisasa qəbul olmasına, nəzərinizə çatdırım ki, sovet dövründə hüquq fakültəsinə vəzifəli şəxslərin uşaqlarının qəbul olması qəti qadağan idi. Yaxud Xalq Təsərrüfatı İnstitutuna da, həmçinin... Sadəcə olaraq, bu ixtisaslara fəhlə, kəndli və kolxozçuların uşaqlarıı qəbul oluna bilərdi. Katib uşaqları tarix fakültəsinə girəndən sonra tarixdən çıxıb milisdə işləyirdilər. Amma hüquq fakültəsi və xalq təsərrüfatına qəti qadağa qoyulmuşdu”.  Onun fikrincə, sovet dövrünün də mənfi cəhətləri var idi:  “Orada da rüşvət və tapşırıqlar mövcud idi. Anarın bir əsəri var: “Şəhərin yay günləri”. Orada görürük ki, o-bu gəlir qapısına, rüşvət verir ki, uşağı qəbul olsun.  Bunun ortaq bir çıxış yolunu tapmaq lazımdır. Məsələn, bu gün Asan Xidməti görürük. İmtahan sistemində də Asan Xidmət kimi bir strategiya olmalıdır. İndi Asan Xidmətdəki pəncərələrin hamısı vaxtilə bir rüşvət yuvası və pəncərəsi idi. Adicə şəxsiyyət vəsiqəsi, pasport, çıxarış alanda da pul istəyirdilər. İndi bunların biri də yoxdur. Deməli, təhsildə də alternativ nələr isə etmək olar”.  “O ki qaldı imtahanların suallarına, tanış-biliş deyir ki, elə suallar qoyublar ki, hələ uşaqlar onu keçməyib. Mart ayında mayda uşağa keçirilməsi planlaşdırılan hansısa bir fənnin sualını qoymaq o deməkdir ki, bu uşaq sualın cavabını bilməsin və kəsilsin. Məsələn, aprel ayında Mirzə Fətəli Axundovu keçirlər. Bu uşağa isə qəbulda o haqda sual düşüb, hansı ki, bu adam onu oxumayıb və keçməyib”, - əlavə edib.  “Ona görə də belə nüansları aradan qaldırmaq lazımdır. Məndən olsa, institutların qapısını taybatay açmaq lazımdır ki, hamı oxusun. Sadəcə təhsili elə etmək lazımdır ki, yanvar semestrində artıq orada sadəcə savadlılar qalsın, bacarmayanlar da getsin. Heyfim ona gəlir ki, 680-700 bal yığan uşaqlar universitetə girəndən sonra hamısını unudur. Özləri də özlərinə heyfslənir ki, mən bu boyda əziyyəti axı nəyə çəkdim? Biz universitetlərdəki təhsildən başlamalıyıq. Onsuz da universitetlərdə keçirilən təhsilin səviyyəsini də bilirik. Bunları dəyişməliyik”, - yekunlaşdırıb. 

“Gəmiqaya Holdinq”də daha bir parçalanma

Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Avtonəqliyyat” MMC-dən (VÖEN - 0201375131) ayrılma olub. “Gəmiqaya Avtonəqliyyat” MMC tərkibindən "Ofis Hold-75" MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib. Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub. Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur. Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.(yeniavaz.com)

Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar xidmətdən məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin anası tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Elçin Babayev tənqid edildi – “İnkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq?”

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı müzakirələrə səbəb olub. Rektorun "reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır" deməsi birmənalı qarşılanmayıb. Təhsil eksperti Nabatəli Qulamoğlu da Pravda.az-a açıqlamasında Elçin Babayevin fikirlərini tənqid edib. “Hər yolla istəyirlər ki, gerçəkləri, həqiqətləri gizlətsinlər. Başqası sürətlə inkişaf edirsə, lap elə olsun. Sən ona çatmamısansa, deməli, geri qalmısan. Bu, nə deməkdir? Əslində, təhsilimizin geri qalması, dövlət universitetlərinin dünya reytinq cədvəllərində aşağı yer tutması müxtəlif səbəblərlə bağlıdır. Səbəblərdən ən başlıcası budur ki, Azərbaycan hökuməti təhsilə “Lenin burjuaziyaya baxan kimi” baxır. Təhsilə ayırdığı maliyyə kifayət etmir, təhsilə lazımlı kadrlar gətirmir, korrupsiya baş alıb gedir. Korrupsiya olan yerdə inkişaf ola bilməz. Bu, birmənalıdır. Elçin Babayev orda bir söz deyib, guya hardasa hansısa hakimiyyət nümayəndəsinin xoşuna gəlsin ki, “bu kişi qanadlı bir söz dedi”. Əslində o, qanad deyil, qanad bağlamaqdır - olmayan bir şeyə yalandan qanad bağlamaq. Qəti şəkildə belə bir fikri inkar edirəm. Lap sürətlə inkişaf edirlər, sən də inkişaf elə. Niyə inkişaf etmirsən? İndi biz nə edək? Gedək inkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq? Həmin zamanı götürək? Yadıma gəlir, vaxt var idi, müəllim çatmırdı, dördüncü sinfi bitirmiş uşaqları məktəbdə müəllim qoyurdular, hesab dərsi keçirdi. Həmin zamanla müqayisə edək? Məsələn, Xəzər Universiteti qismən müstəqildir, çalışırlar, təbii ki, maliyyələri çoxdur, məmurlar tərəfindən həddindən çox güclü maliyyələşir. Xəzər Universitetini çıxmaqla Azərbaycandakı bütün universitetlər, demək olar, bu vəziyyətdədir. Reytinq cədvəllərində Azərbaycan universitetlərinin yer tutmamasının səbəbi lazımi təhsil resurslarının, kadrlarının, təhsilə marağın olmamasıdır”. N.Qulamoğlu Elçin Babayevin “sürəli inkişaf” deyərkən Qazaxıstan kimi ölkələri misal gətirməsinə isə belə cavab verib: “Guya Qazaxıstan sürətli inkişaf edib? Tamamilə yanlış fikirdir. Qazaxıstanla əlaqəm var. Onlarda da elə bir inkişaf yoxdur. Bizdən bir o qədər də fərqlənmirlər. Yeganə fərq budur ki, bizə nisbətən təhsilə babat pul qoyurlar. Pul ayırmadınsa, heç bir sahə inkişaf etmir, bu, təbiidir”.

Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Nazir bildirib ki, bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır: “Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır”.

"Rusiya terrorun sinoniminə çevrilib və məğlubiyyətin və ədalətli cəzanın nümunəsi olacaq"- Zelenski

"Dağıntılar, silah qalıqları, yerdə mərmilərdən yaranan çüxurlar-bunlar Rusiyanın avtoportretidir..." "Bu ilin əvvəlindən təkcə Xarkova düşmən 40-dan çox raket zərbəsi endirib..." Rusiya müxtəlif silahlardan bir məqsədlə istifadə edir-həyatı məhv etmək və Ukraynada bəşəri heç nə saxlamamaq.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski matın 11-də gecə müraciətində bəyan edib. Zelenski deyib ki, hər gün atəşlərə məruz qalan yaşayış məntəqələrinə dəstək vermək istəyir. "Bu, bizim Xerson vilayətimiz və məğlubiyyətə görə düşmənin qisas aldığı Xerson şəhərimizdir. Bu, bizim Zaporojyemizdir. Bu, Donbas və Luqanskın Rusiyanın, sadəcə, yandırıb külə döndərməyə cəhd etdiyi şəhərlərimizdir. Bu, Xarkov vilayəti və Xarkov şəhəridir. Bu ilin əvvəlindən təkcə Xarkova düşmən 40-dan çox raket zərbəsi endirib. Bu, Nikopol və Marqanetsdir,  bizim Dnepropetrovsk vilayətimizdir. Bizim Sumı, Çerniqov vilayətimizdir", - prezident deyib. Dağıntılar, silah qalıqları, yerdə mərmilərdən yaranan çüxurlar-bunlar Rusiyanın avtoportretidir, Zelenski əlavə edib. "Bu gün Rusiyanın atəşləri Xersonda, sadəcə, mağazaya ərzaq dalınca gedən insanların həyatına son qoyub. Üç ukraynalı həlak olub. Onların doğmalarına başsağlığı verirəm. Zaporojyedə Rusiya raketi şəhərin həyati əhəmiyyətli obyektinə düşüb. Sərhəd rayonlarında işğalçılar kəndlərimizi atəşlərə məruz qoyaraq insanları qorxutmağa və yurdlarından qovmağa cəhd edir", - dövlət başçısı deyib. Lakin o, əlavə edib ki, Rusiya atəşlərə məruz qoyduğu ərazilərdə olmayacaq. "Bu ölkə terrorun sinoniminə çevrilib və məğlubiyyətin və bu terrora görə ədalətli cəzanın nümunəsi olacaq", - Zelenski bəyan edib. Ukrayna cəbhəsində vəziyyət-nələri bilmək lazımdır? Martın 11-də axşam Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı məlumat verib ki, düşmən Ukraynanın şərqində hücumunu davam etdirib və uğursuzluğa düçar olub. Qeyd etmək lazımdır ki, hazırda qarşıdurmanın episentri Donetsk vilayətinin Baxmut şəhəridir. USQ Şərq qruplaşmasının spikeri Sergey Çerevatının sözlərinə görə, cari sutka ərzində cəbhənin Baxmut sahəsində düşmən 157 dəfə ukraynalı döyüşçülərin mövqelərini yaylım atəşli reaktiv sistemlərdən və müxtəlif növ artilleriyadan atəşlərə məruz qalıb. 50-dən çox döyüş olub. Döyüş əməliyyatları zamanı düşmən tərəfindən 221 nəfər məhv edilib, 314 nəfər yaralanıb.

"Azərbaycana qarşı təhdidlər artdıqca İranın "boğulması" daha da intensivləşəcək"

Səfirliyimizdəki reallığı cavablamağa sözü olmayan qonşumuz, sərhədlərimizin "təhlükədə olduğu mesajı"nı verir və artıq hər şey təhlükəyə doğru yol alır. Bu sözləri "Unikal"a açıqlamasında politoloq Həşim Səhrablı son aylarda daha da artan İran təxribatlarını şərh edərkən deyib.  Siyasi şərhçinin sözlərinə görə, İran artıq de-fakto müharibə elan edir: "İran-Azərbaycan qarşıdurması hər iki tərəfə ölümcül yaralar vəd edir. Amma fars "mollakratiyası" hesablamır ki, bizim düşmənimizdən çox tərəfdaşımız, onların isə, sadəcə böyük çoxluqda düşməni var. Ən əsası, Azərbaycana qarşı təhdidlər artdıqca İranın "boğulması" daha da intensivləşəcək. Hər şeyin sonunda İran adlı dövlət olmayacaq". 

Müsavat Partiyasnın müttəfiqləri Türkiyəni ziyarət ediblər

Müsavat Partiyasının üzv olduğu, Avropa parlamentində çoxsaylı üzvləri ilə təmsil olunan ALDE nin prezidenti İlhan Kiçik Türkiyədə səfərdə olub.  Dövlət rəhbərləri ilə görüşüb. Atatürkün anıtqəbrini ziyarət edib.  Zəlzələ bölgəsinə səfər edərək faciə yaşamış, depremdən zərər çəkmiş sakinlərlə görüşüb.  Fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağı təkliflərini  təmsil olunduğu beynəlxalq strukturlara təqdim edəcək.  Türkiyə tək deyil. Dünyanı azad, insanları xoşbəxt görmək istəyənlər Türkiyənin, bu ağır günlərdə, böyük fəlakətlə üzləşmiş Türkiyə xalqının yanındadır. Arif Hacılı, Müsavat Partiyasının başqanı