Redaktor seçimi

Saatı beş manata olan avtodaynacaq paytaxtın hansı küçəsindədir?

Saatı beş manata olan avtodayanacaq paytaxtın hansı küçəsindədir? Bu günlərdə Belediyye.info daxil olan məlumatda paytaxtda bir saatı beş manata olan avtodayanacağın fəaliyyətə başladığı deyilirdi. Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsi 75 ünvanında fəaliyyətə başlayan avtodayanacaq əlli avtomobil üçün nəzərdə tutulub.  Tanınmış  bir supermarketin qarşısında fəaliyyət göstərən avtodayanacağın ilk bir saatı pulsuzdur. Novbəti bir saatı beş manat, iki saatdan artıq dayananlar üçün isə 10 manat müəyyən edilib. Ərazidə bizdə müşahidə apardıq. Ən müasir avadanlıqla təchiz edilmiş dayanacaqda qiymətlərin digər dayanacaqlardan dəfələrlə baha olması təəssüf və təəccüb doğurur. Paytaxtın bütün ərazilərində fəaliyyət göstərən ən müasir avtodayanacaqlarda saatı bir manata olduğu halda, maraqlıdır, bu dayanacaqda qiymət niyə və hansı əsasla baha müəyyən edilib. Nəzərə alaq ki, dayanacaq ümumi istifadə olunan ərazidə fəaliyyət göstərir. Yəni bu dayanacaq üçün hər hansı formada kapital qoyuluşu olmayıb. Sadəcə girişə çıxışa şlaqbaum yerləşdirilib. Yaxşı belə olan halda niyə bəs beş manat. Müşahidələrimiz göstərdi ki, burda supermarketdə daxil olan şəxslərin müəyyən qismi bir saat ləngiyə bilər. Lakin dayanacağın əsas maliyyəsi  yaxınlıqdakı sirkə gələn şəxslərdən daxil olur. Bunu orda çalışanlarda təsdiq etdi. Hər halda bu dayanacaq qiymətinin bu qədər baha olması yolverilməzdir. Maraqlıdır, dayanacaq rüsümunu ödəyənlərin hər birindən on qəpik yalnız bələdiyyə büdcəsinə ödənilməli olduğunu onu işlədənlər bilirlərmi? Bəzi dayancaqlardakı qiymətlərlə tanış olaq. "Park Bulvar"ın yeraltı dayanacaqdakı qiymətlər aşağıdakı kimidir:  1 saat - 1 AZN 1-3 saat - 2 AZN 3-8 saat - 3 AZN 8-12 saat - 6 AZN 12-15 saat - 10 AZN  Yeni açılan "Metropark" ticarət mərkəzinin dayanacağı tamamilə pulsuzdur. "Amay" ticarət mərkəzinin yeraltı dayanacağında 1 manat verməklə bir sutka avtomobili orada saxlamaq olar. "Nərgiz" ticarat mərkəzinin yeraltı dayanacağında 1 saat avtomobil saxlamağın qiyməti 1 manatdır. "Nizami" metrosu tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacaq da əhali arasında kifayət qədər populyardır. Bu dayanacağın qiymətləri aşağıdakı kimidir:  6 saat - 1 AZN 12 saat - 2 AZN 24 saat - 4 AZN Həmin dayanacaqda aylıq abunə haqqı 100 manatdır. "Park Center" ticarət mərkəzində avtomobil dayanacağının qiymətləri aşağıdakı kimidir:  1 saat - 1 AZN 1-3 saat - 2 AZN 3-6 saat - 4 AZN 6-12 saat - 6 AZN 12-24 saat - 8 AZN Hər halda düşünməyə dəyər. Ancaq inanırıq ki, müvafiq orqanlar bu məsələ ilə bağlı öz sözlərini deyəcək və qiymətlərin niyə belə baha olmasına bir aydınlıq gətirəcəklər.

Ağdaşda qənnadı fabrikindən oğurluq edən, azyaşlıya qarşı soyğunçuluq törədən şəxslər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayon ərazisində oğurluq edən və azyaşlıya qarşı soyğunçuluq cinayəti törədən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şəhər ərazisində yerləşən qənnadı fabrikindən ümumi dəyəri 15 000 manat olan motorların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Həsən Həsənov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladıqlarını dəyərindən dəfələrlə ucuz qiymətə metal qəbulu məntəqəsinə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə motorlar da satdığı yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə Ağdaş şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən ümumi dəyəri 1 200 manat olan dəmir materiallar, elektrik naqili və digər məişət əşyaları oğurlayan rayonun Yuxarı Zeynəddin kənd sakini Rövşən Cavadov saxlanılıb, onunla əlbir olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı isə azyaşlının mobil telefonunu soyğuçuluq yolu ilə ələ keçirən 16 yaşlı rayon sakini, eləcə də yeni tikilməkdə olan evdən elektrik naqillərini oğurlayan daha iki yeniyetmə saxlanılıb. Soyğunçuluqla ələ keçirdiyi mobil telefon saxlanılan şəxsin üzərindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Ukrayna kəşfiyyatı: "Həlledici döyüşlərə hazırlaşırıq"

“Ukrayna həlledici döyüşə hazırlaşır”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov “RBK Ukraina”ya müsahibəsində deyib. O bildirib ki, Ukraynanın müasir tarixi üçün əlamətdar döyüşlər yaxın vaxtda başlayacaq: “Bu, faktdır. Hamı bunu başa düşür. Biz istəyirik ki, Qərb silah tədarükünü intensivləşdirsin, amma bu olmasa belə, biz əlimizdə olan silahlarla irəli gedəcəyik”. Budanov həlledici döyüşlər kimi xarakterizə etdiyi əməliyyatların konkret nə vaxt başlayacağını açıqlamayıb. Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski əks-hücum əməliyyatlarının yaxın vaxtda başlayacağını bildirmişdi.

Erməni kilsəsi Azərbaycanda məskunlaşdırılmış hayklara 300 ton yardım yolladı...

Erməni apostol kilsəsi Azərbaycan Respublikasının  Qarabağ iqtisadi rayonunun bir hissəsində iki əsrdən çoxdur Rusiya imperiyası tərəfindən məskunlaşdırılmış və hazırda həmin imperiyanın "sülhməramlı" adlanan ordusunun himayəsində bəslənən hayklara daha 300 ton humanitar yük göndərib. Sozcu.az xəbər verir ki, bu haqda "Armenianreport" məlumat yayıb. "Bütün ermənilərin katolikosu II Qareginin səyləri və onun vasitəçiliyi ilə Dağlıq Qarabağa vaxtaşırı 300 ton humanitar yük, o cümlədən zəruri ərzaq və uşaq qidası göndərmək mümkün olub", - erməni kilsəsinin sosial xidmət mərkəzinin direktoru keşiş Markos Manqasaryan belə deyib.  Keşiş Manqasaryan yükün göndərilməsində Rus Pravoslav Kilsəsinin də rolunu qeyd edərək, iki bacı kilsənin xüsusilə humanitar xidmətdə bir-birinə yardım etdiyini vurğulayıb. Xatırladılır ki, erməni kilsəsi mütəmadi olaraq Qarabağa yardım göndərir.moderator

İki qardaş itkin düşdü

Xaçmazda iki qardaş itkin düşüb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Vətənə getmək üçün ziyalı çobanlara yalvarır

Kənd Təsərrüfatı Nazirliyinin yaz mövsümünü açıq elan etməsi ilə  işğaldan azad olunan dağ rayonlarına fermerlərin qeydiyyatına başlanılıb. 30 ildir ki, doğma yurdundan didərgin düşən bu rayonların sakinləri isə müxtəlif vasitələrlə ata yurdlarını görməyə cəhd edir. Ancaq bir çox hallarda bunun qarşısı yarandığından haqlı narazılıq baş qaldırır. Gununsesi.info-nun xəbərinə görə, Kəlbəcərdən olan şair Elşən Əzim də mövcud durumla bağlı narazılığını ifadə edib. O, bildirir: Kəlbəcərə getmək üçün gərək ən azı 200 qoyunun və ya 40 pətək arın ola. Qəribə tendensiya yaranıb. Ziyalı çobana yalvarır ki, məni dola qoyunlarının başına, özünə çoban götür, gedim vətəni görüm. Bir sanballı ağsaqqllal gənc arıçıya boğaz çəkir ki, sən o milçəklərinin əziz canı, məni özünə körüktutan götür, son nəfəsimdə vətəni görüm. Görəsən, bu rəzil qayda-qanun hansı beyinin məhsuludur? Mən də bir təklif verim: 200 qoyunu və ya 40 qutu milçəyi olmayan adamların oğlunu əsgər aparmasınlar.

Allah tutduğunuz orucları qəbul etsin! - Britaniya səfiri

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld Ramazan bayramı ilə bağlı təbrik yazıb. Sozcu.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib. "Dünya və Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah tutduğunuz orucları qəbul etsin!", - o qeyd edib.

20 günlük şirkət 80 minlik tenderi necə udur? – MÜƏMMA

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri Üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Sozcu.az xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 79 min 84 manat 60 qəpik olan tender müsabiqəsinin qalibi “Lord333” MMC (VÖEN- 1406329811) olub. “Lord333” MMC Şəhər Nümayəndəliyinin sifarişilə Göygöl şəhərində 86 ədəd küçə işıqlandırma sisteminin təmiri və yenilərinin quraşdırılması işlərini həyata keçirəcək. Nizamnamə kapitalı 10 manat olan “Lord333” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 MKR, ev 23, m. 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Əli Məhəmməd oğludur. Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Lord333” MMC tender müsabiqəsinin başlamasından cəmi 20 gün əvvəl dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi 22.02.2023-cü il tarixində başlayıb, tenderin qalibi olan “Lord333” MMC isə 01.02.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. Cəmi 20 gün əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (işıqlandırma sisteminin təmiri və quraşdırılması) qalib olması başa düşülən deyil. “Lord333” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 80 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

"Müraciətim kifayət etmirsə, desinlər, əfv yazmağa, kommunikasiyaya hazıram"

Xəbər verdiyimiz kimi, ictimai fəal Bəxtiyar Hacıyev haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha iki ay – iyunun 28-nə qədər uzadılıb. Sozcu.az "Meydan TV"yə istinadla xəbər verir ki, aprelin 20-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva bu barədə qərar qəbul edib. Qapalı keçirilən məhkəmə prosesində Bəxtiyar Hacıyevin özü də iştirak edib. Məhkəmədə Baş prokuror Kamran Əliyevin Bəxtiyar Hacıyevlə bağlı istintaq müddətinin uzadılmasına dair 19 aprel 2023-cü il tarixli qərarı təqdim olunub. Bəxtiyar Hacıyev və vəkili Baş prokurorun qərarına etiraz edib. Onlar bildirib ki, bu qərar yetərincə əsaslandırılmayıb. İstintaqın uzadılmasının səbəbləri məlum deyil, qərarda da bu haqda əsaslandırma əksini tapmayıb. Bəxtiyar Hacıyev onu da bildirib ki, həbsindən öncə kiməsə təsir göstərməyib, istintaqdan yayınmayıb, nə vaxt çağırılıbsa, həmişə gedib ifadə, izahat verib. Bundan sonra da nə təsir göstərmək, nə də yayınmaq niyyətindədir. “Mənim həbsdə saxlanma müddətimin uzadılması üçün göstərilən əsaslar absurddur”, – Bəxtiyar Hacıyev bildirib. O əlavə edib ki, bir müddət öncə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Bəxtiyar Hacıyev vurğulayıb ki, bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazırdır: “Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.

Anar Əsədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldı

Anar Əsədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Sozcu.az xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyasının başqanı hazırda Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, partiya sədri istintaq hərəkətləri ilə əlaqədar Baş İdarəyə dəvət olunub. O, Anar Əsədlinin yaxın dəqiqlərdə buraxılacağını deyib. Qeyd edək ki, A.Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər onu borclarını qaytarmamaqda ittiham edirlər. Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub./APA

ABŞ və İsrail nümayəndə heyəti Şuşaya səfər edib

ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər. Qonaqlar şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi və mədəni abidələrlə tanış olublar. Belə ki, qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abidələri ziyarət ediblər. Səfərdə məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır. Xatırladaq ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərində səfər ediblər.

"Azərbaycan əsgərlərinin Bakıya qaytarılması müzakirə olunmur" - Xaçatryan

“Ermənistanda saxlanılan iki Azərbaycan əsgərinin Bakıya qaytarılması müzakirə olunmur”. Sozcu.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Armen Xaçatryan deyib. O, Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgərlərinin Bakıya qaytarılması ehtimalını istisna edib. Xaçatryan Azərbaycan hərbçilərinin ermənilərlə dəyişdirilməsi məsələsinə toxunub. O, azərbaycanlıların Ermənistan ərazisində olduqları zaman törətdikləri iddia edilən “cinayətlər”dən danışıb.konkret