Kənd Təsərrüfatı Nazirliyinin yaz mövsümünü açıq elan etməsi ilə işğaldan azad olunan dağ rayonlarına fermerlərin qeydiyyatına başlanılıb.
30 ildir ki, doğma yurdundan didərgin düşən bu rayonların sakinləri isə müxtəlif vasitələrlə ata yurdlarını görməyə cəhd edir.
Ancaq bir çox hallarda bunun qarşısı yarandığından haqlı narazılıq baş qaldırır.
Gununsesi.info-nun xəbərinə görə, Kəlbəcərdən olan şair Elşən Əzim də mövcud durumla bağlı narazılığını ifadə edib.
O, bildirir:
Kəlbəcərə getmək üçün gərək ən azı 200 qoyunun və ya 40 pətək arın ola. Qəribə tendensiya yaranıb. Ziyalı çobana yalvarır ki, məni dola qoyunlarının başına, özünə çoban götür, gedim vətəni görüm. Bir sanballı ağsaqqllal gənc arıçıya boğaz çəkir ki, sən o milçəklərinin əziz canı, məni özünə körüktutan götür, son nəfəsimdə vətəni görüm.
Görəsən, bu rəzil qayda-qanun hansı beyinin məhsuludur?
Mən də bir təklif verim: 200 qoyunu və ya 40 qutu milçəyi olmayan adamların oğlunu əsgər aparmasınlar.