Saatı beş manata olan avtodaynacaq paytaxtın hansı küçəsindədir?

Saatı beş manata olan avtodayanacaq paytaxtın hansı küçəsindədir? Bu günlərdə Belediyye.info daxil olan məlumatda paytaxtda bir saatı beş manata olan avtodayanacağın fəaliyyətə başladığı deyilirdi. Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsi 75 ünvanında fəaliyyətə başlayan avtodayanacaq əlli avtomobil üçün nəzərdə tutulub.  Tanınmış  bir supermarketin qarşısında fəaliyyət göstərən avtodayanacağın ilk bir saatı pulsuzdur. Novbəti bir saatı beş manat, iki saatdan artıq dayananlar üçün isə 10 manat müəyyən edilib.

Ərazidə bizdə müşahidə apardıq. Ən müasir avadanlıqla təchiz edilmiş dayanacaqda qiymətlərin digər dayanacaqlardan dəfələrlə baha olması təəssüf və təəccüb doğurur.

Paytaxtın bütün ərazilərində fəaliyyət göstərən ən müasir avtodayanacaqlarda saatı bir manata olduğu halda, maraqlıdır, bu dayanacaqda qiymət niyə və hansı əsasla baha müəyyən edilib. Nəzərə alaq ki, dayanacaq ümumi istifadə olunan ərazidə fəaliyyət göstərir. Yəni bu dayanacaq üçün hər hansı formada kapital qoyuluşu olmayıb. Sadəcə girişə çıxışa şlaqbaum yerləşdirilib. Yaxşı belə olan halda niyə bəs beş manat.

Müşahidələrimiz göstərdi ki, burda supermarketdə daxil olan şəxslərin müəyyən qismi bir saat ləngiyə bilər. Lakin dayanacağın əsas maliyyəsi  yaxınlıqdakı sirkə gələn şəxslərdən daxil olur. Bunu orda çalışanlarda təsdiq etdi.

Hər halda bu dayanacaq qiymətinin bu qədər baha olması yolverilməzdir. Maraqlıdır, dayanacaq rüsümunu ödəyənlərin hər birindən on qəpik yalnız bələdiyyə büdcəsinə ödənilməli olduğunu onu işlədənlər bilirlərmi?

Bəzi dayancaqlardakı qiymətlərlə tanış olaq.

"Park Bulvar"ın yeraltı dayanacaqdakı qiymətlər aşağıdakı kimidir:

 1 saat - 1 AZN

1-3 saat - 2 AZN

3-8 saat - 3 AZN

8-12 saat - 6 AZN

12-15 saat - 10 AZN

 Yeni açılan "Metropark" ticarət mərkəzinin dayanacağı tamamilə pulsuzdur.

"Amay" ticarət mərkəzinin yeraltı dayanacağında 1 manat verməklə bir sutka avtomobili orada saxlamaq olar.

"Nərgiz" ticarat mərkəzinin yeraltı dayanacağında 1 saat avtomobil saxlamağın qiyməti 1 manatdır.

"Nizami" metrosu tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacaq da əhali arasında kifayət qədər populyardır. Bu dayanacağın qiymətləri aşağıdakı kimidir:

 6 saat - 1 AZN

12 saat - 2 AZN

24 saat - 4 AZN

Həmin dayanacaqda aylıq abunə haqqı 100 manatdır.

"Park Center" ticarət mərkəzində avtomobil dayanacağının qiymətləri aşağıdakı kimidir:

 1 saat - 1 AZN

1-3 saat - 2 AZN

3-6 saat - 4 AZN

6-12 saat - 6 AZN

12-24 saat - 8 AZN

Hər halda düşünməyə dəyər. Ancaq inanırıq ki, müvafiq orqanlar bu məsələ ilə bağlı öz sözlərini deyəcək və qiymətlərin niyə belə baha olmasına bir aydınlıq gətirəcəklər.

Share on Facebook