Redaktor seçimi

Qarabağdan “son erməni sakin” çıxdı: Bəs, “liderlər”?

Erməni mediası bu gecə Qarabağdan “son erməni sakinlərin” çıxdığı haqda məlumat yayıb. Sozcu.az xəbər verir ki, “Son erməni sakinlər Qarabağdan çıxdı” başlığı ilə paylaşılan məqalələrdə Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan və digərləri – separatçı-terrorçu qurumun “deputatları”, o cümlədən Əsgəranda olduğunu bildirib, ünvanını elan edən qatil, azərbaycanlı əsirlərə xüsusi amansızlıqla davranan və onları doğrayan Vitali Balasanyanın adı yoxdur. Ermənistanın “Hraparak” nəşri isə onların hələ də Qarabağda olduğunu iddia edib. Maraqlıdır ki, “Son erməni sakin də Qarabağdan çıxdı” yazan erməni mediası da bu terrorçu-separatçıları “sakin” hesab etmir.axar)

Qarabağdakı xunta rejiminin başçıları harda gizlənib? - Rus barmağı...

"Erməni qatillərin həbsi davam edir: növbədə qondarma rejimin “keçmiş rəhbərləri” - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyandır; erməni mənbələr onların gizləndiyini yazır, ehtimal olunur ki, Xankəndidən kənardadırlar; sülhməramlıların bazasında olması da istisna edilməməlidir". Sozcu.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı özünün facebook hesabında yazıb. Nərimanlı daha sonra qeyd edib: "Lakin Samvel Şahramanyanın Bakıdan onların Ermənistana keçməsinə şəraitin yaradılması xahişini etdiyi, bu xahişin rədd edildiyi məlumatları da var. Azərbaycan kəşfiyyatının bu şəxslərin hərəkətlərini daim nəzarətdə saxladığı deyilir. Xocalı qatillərinin, əli qana batmış olanların hamısının tezliklə Ruben Vardanyan kimi başıaşağı, Davit Manukyan kimi üzüdivara dayanacağını gözləyirik. Bu, Azərbaycanın haqqıdır". 

Xankəndi hazırda: Ermənilər şəhəri zibilləyib tərk edirlər - FOTOLAR

Xankəndidən yayılan son fotolarda şəhərin zibil içində olması diqqət çəkir.  Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardan da göründüyü kimi, ermənilər Xankəndidən çıxarkən zibillərini şəhərboyu yollara sərərək gedirlər.  Həmin fotoları təqdim edirik:

Xankəndində idarəetmə quruluşu BU FORMADA OLACAQ – Azərbaycan pasportları...

Xankəndində və ətraf ərazilərdə tədricən və mərhələli şəkildə Azərbaycanın suveren hüquqları yenidən bərpa edilir. İnteqrasiya prosesində əsas işlərdən biri dövlət strukturlarının və qurumların Xankəndi şəhərində və ətraf ərazilərdə fəaliyyətə başlamasıdır. Bəs görəsən yaxın gələcəkdə həmin ərazilərdə idarətmə sistemi hansı qaydada aparılacaq və proses necə başlayacaq? Mövzu ilə bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb. “Hələki mövcud vəziyyətdə Xankəndində Fövqəladə Hallar Nazirliyinin yanğından xilasetmə qrupları fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyinin polis əməkdaşları patrul xidməti həyata keçirir. Artıq bununla bağlı bəzi görüntülər də paylaşılmaqdadır. Görünən odur ki, Azərbaycanın dövlət strukturları yavaş-yavaş Xankəndinə və ətraf ərazilərə yerləşməyə başlayıb. Dünən qondarma rejimin başında duran şəxsin özlərini yanvarın 1-dən buraxacaqlarını elan etdilər. Əslində mən bu addımı ciddi qəbul etmirəm, çünki artıq uzun müddət idi ki, orada qondarma rejimdən çox cinayətkar xunta fəaliyyət göstərirdi. Düşünürəm ki, yaxın zamanlarda o da sıradan çıxarılacaq. Xankəndində yavaş-yavaş dövlət orqanlarının müvafiq strukturlarının təsis edilməsi prosesi başlayır. Hesab edirəm ki, öncə təhlükəsizlik orqanlarının fəaliyyəti formalaşdırılacaq. Bu gün üçün önəmli olan məsələ polis, FHN, DTX, səhiyyə orqanları və digər əsas strukturların fəaliyyətə başlamasıdır. Eyni zamanda digər orqan və strukturların da tədricən köçürülməsi işi həyata keçirilməlidir. Əlavə olaraq onu da qeyd edim ki, separatçı rejimin uzun müddət qala biləcəyini düşünmürəm və inanıram ki, Azərbaycan tərəfi yaxın zamanlarda Xankəndindən separatçı xuntanı çıxaracaq. Növbəti mərhələdə Qarabağda yaşayan erməni əsilli vətəndaşlara Azərbaycan pasportlarının verilməsi prosesi də başlaya bilər”.

" Sovet KQB'si ilə üz-üzə kəfən geyinərək dayanmış - Ağamalı Sadiq Əfəndi

Biz övladlarımıza qaniçən bir imperiyada kölə kimi yaşamağı miras qoya bilmərik"  Ağamalı Sadiq Əfəndi  Ağamalı Sadiq Əfəndi XX əsrin son 50 illiyində adı ən çox xatırlanmağa və anılmağa layiq olan adamlardandır. Təmiz mənəviyyatı, vicdanı, fədakarlığı, qorxmazlığı və cəsarəti ilə yaddaşımızda heykəlləşmiş Ağamalı Sadiq qələmi ilə yalanları sökdüyü kimi həmçinin bizim azadlığımız naminə əvəzsiz döyüş cəngavəri idi.  Ona verilən sualların birini belə cavanlandırmışdı: "Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, biri-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”. 80-lərin sonu 90-ların əvvəlində ən cəsarətli addımlar Ağamalı Sadiq Əfəndiyə məxsusdur. Şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan uzaq olduğuna görə bəlkə də adı sizlərə elədə çox tanış gəlmir. Amma tanıyanlar bilir ki, ən çətin gündə, birinci cəsarətli addımlar ona məxsus olub. 1989-cu ilin iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayondakı mənzilinin həyətində keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Ağamalı Sadiq Əfəndinin Bakının 8-ci mikrorayonundakı evi AXC-nin qeyri-rəsmi ( rəsmi onsuzda qərargahı mövcud deyildi) qərargahı elan olunmuşdu. Bu ev AXC-nin bir çox sonrakı nəşrləri kimi bülletenlərinin də redaksiyasına çevrilmişdi.  AXC təsis edildikdən sonra hökumət bir müddət ona qərargah vermək istəmirdi. 1989-cu ilin ilk kütləvi mitinqlərinin birində AXC-yə müraciət etmək üçün bir neçə ünvan və bir neçə telefon nömrəsi elan olunur. Bu ünvanlardan biri Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayonda yerləşən evi idi. Ağamalı Sadiq fövqəladə vəziyyətlərin insanı idi. Sanki Tanrı onu bunun üçün yaradıbmış. 1990-cı ilin 20 yanvarından sonra Azərbaycan mətbuatının bütün ağır yükü onun çiyinləri üzərində hərəkət etməyə başladı.  Həmin günlərdə Ağamalı Sadiq Əfəndi "Fövqəladə Vəziyyət" qəzetini nəşr etdirir. Həmin qəzet tək milli mətbu nəşr idi. İnsanlar baş verənləri, olanları, AXC qərarlarını oradan oxuyurdular.  Qəzetin yayılmasında iştirak edən Nofəl o günləri belə xatırlayır: “Hələ Meydan hərəkatı dövründə AXC rəhbərliyi 8-ci mikrorayondakı evimizin nömrəsini, 61-26-42-ni AXC-nin Redaksiya Komissiyasının qərargahı kimi elan etmişdi. “FV – ÇP” və digər bütün qəzetlər bu evdə müzakirə olunar, səhifələnər, lazımı materiallar fədakar insanların köməyi ilə toplanıb nəşrə hazırlanardı. Demək olar ki, 5 otaqlı evimiz mənzil-qərargah idi və bura gələn qonaqların çay süfrəsini həmişə anamız təşkil edirdi. O, böyük məclislər yola salmışdı. AXC İdarə Heyətinin iclasları da burada mütəmadi keçirilirdi.  Oğlu Nofəl: “Elan olunmuş ev telefonumuza təhdid və provokasiya xarakterli zənglər də olurdu. Hətta bir neçə dəfə anam dəstəyi götürdükdə “Yığışdırın o qəzetləri, yoxsa sizi öldürərik, məhv edərik” ifadələri ilə təhdid olunmuşdu. Sovet imperiyasına qarşı mübarizənin gərginliyi Ağamalı bəyin səhhətində dərin fəsadlar yaratdı. Ağamalı Sadiq Əfəndini vaxtsız itirsək də onun tək bizdən getmədiyini hər zaman hiss etdik. Daim el üçün, vətən üçün yaşadı. Müstəqil, azad Azərbaycan onun böyük idealı idi” Ceyhun Nəbi 

Saakyan, Qukasyan və Arutyunyan Xankəndidədir – Azadlıq radiosu

Hazırda Xankəndidəki keçmiş qondarma qurumun “prezidenti” elan olunan Samvel Şahramanyan Azərbaycan tərəfi ilə separatçıların hərbi-siyasi rəhbərliyinin Qarabağı təhlükəsiz tərk etməsi məsələsi ilə bağlı danışıqlar aparır. “Azadlıq” radiosuna hökumətyönlü dairələrin bildirdiyinə görə, qondarma qurumun üç keçmiş rəhbəri - Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan, həmçinin keçmiş “xarici işlər naziri” David Babayan həbs olunmaq təhlükəsi altındadır. Bundan başqa, Reuters mənbələrinin məlumatına görə, Azərbaycanda müxtəlif ittihamlarla həbs etmək istədiyi iki yüzə yaxın erməninin siyahısı var. Adının çəkilməsini istəməyən qondarma qurum nümayəndəsi Azadlıq Radiosuna deyib ki, problemin amnistiya və ya başqa mexanizmlə həll ediləcəyi bəlli deyil.Musavat.com

Qarabağı tərk edən ermənilərin sayı 78 mini ötdü

Qarabağı tərk edən ermənilərin ümumi sayı 78 354 nəfərdir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib. O, qeyd edib ki, bu, 28 sentyabr saat 22:00-a olan məlumatdır.

"Dövlətimiz də, ordumuz da hələ Moskvanın davranışlarıyla ehtiyatlı olmalıdır...”

“Bu qəfil dönüşə, metamorfozaya  Rusiyanı iki amil vadar etdi: birincisi, Azərbaycan dövlətinin və ordusunun gücü, ikincisi isə...” Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev Moderator.az əməkdaşıyla söhbətində Azərbaycan ordusunun  son uğurlu antiterror əməliyyatından sonra yaranmış hərbi-siyasi situasiya haqda danışıb. -Cənab general, siz həm Rusiyada ali, akdemik hərbi təhsil alarakən, həm də I Qarabağ savaşı zamanı  Azərbaycan ərazisində, o cümlədən Qarabağın dağlıq hissəsində yerləşən rus-sovet hərbçiləri ilə ünsiyyətdə olmusuz, onların psixologiyasına, Moskva tərəfindən qoşunların idarəçilik texnologiyasına yaxşı bələdsiniz. Görəsən, necə oldu ki, dünənədək, yəni son təxminən 3 il ərzində Qarabağdakı separatçı silahlı birləşmələrə silah-sursat təminatında dəstək verən, onlara təlim keçən Rusiya “sülməramlı”ları birdən-birə 2023-cü il sentyabrın 19-20-dən bəri bizim, ordumuzun “yanında” durdu və öz silahlandırdığı separatçı-terrorçuları bu dəfə bizimlə bərabər tərksilah etməyə, eyni zamanda 2020-ci ilin 44 günlük savaşından sonra Ermənistandan geri- Qarabağa daşıdığı köçkün erməniləri bu dəfə öz helikopterləri ilə yenidən Ermənistana yola salmağa başladı? Bu metamorfozaya nə səbəb oldu? -Zənnimcə, bu qəfil dönüşə, metamorfozaya  Rusiyanı iki amil vadar etdi: birincisi, Azərbaycan dövlətinin və ordusunun gücü, ikincisi də, Paşinyanın timsalında Ermənistanın Kremldən qəti şəkildə Qərbə, Amerikaya tərəf üz döndərməsi…  Bununla belə, hesab edirəm ki, dövlətimiz də, ordumuz da hələ Moskvanın davranışlarıyla ehtiyatlı olmalıdır. Məsələn, ermənilərin kütləvi şəkildə Yuxarı Qarabağdan Ermənistana köçməsi Rusiyaya sərf edən bir məsələdir. Nəyə görə? Ona görə ki,  10 minlərlə köçkünün İrəvana axışması ilə Moskva tərəfindən Paşinyanın devrilməsi və onun yerinə artıq Azərbaycanın ərazi bütövlüyünü tanımayan, “artsaxı” “azad” etməyə çalışan Köçəryan, Sərkisyan tipli bir fiqurun gətirilməsi şansı artacaq. Yadımıza salaq ki, 1988-1992-ci illərdə Ermənistan, Yuxarı Qarabağ və ətraf rayonlardan elə həmin Rusiyanın dəstəyi ilə erməni silahlı birləşmələrinin hücum və qətliamları nəticəsində yüz minlərlə soydaşımızın didərgin düşərək Bakıya axışması ölkəmizdə bir neçə dəfə ardıcıl hakimiyyət dəyişikliyinə və xaosa səbəb oldu. İkincisi, Rusiya “sülhməramlı”larının komandanlığı maksimum çalışacaq ki, Xankəndində də ermənilərin xeyli hissəsi qalsın. Çünki əgər Xankəndindən ermənilərin hamısı köçsə, o halda Rusiya “sülhməramlı”larına ehtiyac qalmayacaq və onlar da tezliklə Azərbaycan torpağını tərk etməyə məcbur olacaqlar. Odur ki, ruslar bütün vasitələrlə; erməniləri dilə tutmaqla, onlara qayğı göstərməklə və s. onlardan azı 15-20 min nəfərin Xankəndində qalmasını təşkil edəcəklər… Bu da bizim üçün ikinci bir problem yarada bilər… Amma  hətta ermənilərlə yanaşı, “sülhməramlı”lar da bir neçə il Xankəndində, Xocalıda qalsa belə, bizim onların qarşısında üstünlüyümüz ondadır ki, artıq Xankəndi də daxil olmaqla Yuxarı Qarabağın bir çox strateji məntəqələri, o cümlədən Ağdərə, Sırxavənd, Xankəndi ətrafındakı Kərkicahan, Malıbəyli, Xəlfəli və s. hərbi cəhətdən nəzarətimizə götürülüb… Mən dövlətimizin o siyasətini də alqışlayıram ki, Qarabağdakı ermənilərə müraciət edirik ki, kimlər Azərbaycan vətəndaşlığını qəbul edib yaşayırsa, qalıb yaşasınlar, onların bütün hüquqları təmin ediləcək…Qoy bütün dünya anlasın ki, Azərbaycan öz torpağındakı ermənilərə qarşı heç bir etnik təmizləmə, soyqırımı həyata keçirmir… Bütün hallarda həm Rusiya ilə, onun “sülhməramlı”larıyla, həm də ermənilərin arasındakı revanşist, separatçı, işğalçı xislətli qruplarla ehtiyatlı olmalıyıq ki, gələcək üçün torpaqlarımızda separatizmin heç bir közərtisi də qalmasın…  -Hətta belə bir versiya da var ki, 44 günlük savaşdan sonra olduğu kimi, indi də Qarabağda  vəziyyət bir az stabilləşən kimi Rusiya Qarabağdan köçmüş on minlərlə erməninin yenidən Azərbaycan torpaqlarına qayıtması üçün çalışa bilər… -Ola bilər. Bu da mümkündür. Ancaq bu dəfə onların qayıtması çətin olacaq. Çünki  2020-2021-ci illərdə Ermənistanla sərhədimizdə “Laçın” sərhəd-nəzarət məntəqəsi qurulmamışdı və “sülhməramlı”lar öz bildiklərini edirdilər.  Lakin indi həmin məntəqə var və Ermənistandan gələn hər bir erməni oradan keçib Xankəndinə gələ bilməyəcək… - Tacəddin müəllim, o da mümkündür ki, Qarabağdan köçmüş ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığını qəbul edərək burada yaşamaq istədikləri haqda müraciət edə bilərlər və bu halda biz onları sərhəddən buraxmalı olarıq… Və belə bir durumda, eyni zamanda Ermənistanda Paşinyanın yerinə yenidən Qarabağ klanının hakimiyyətə gətiriləcəyi halda gələcək üçün Azərbaycan torpaqlarında yenidən separatizm təhlükəsi yarana bilər…  -Bəli, Rusiyadan da, Ermənistandan da bizə qarşı hər cür təhlükə gözləmək olar. Amma yaxşı ki, dövlətimiz və ordumuz 1990-cı illərdəkindən qat-qat güclüdür… Bu gün milyarder Vardanyanın həbsi və Bakıya gətirilməsi siyasi baxımdan çox əhəmiyyətli hadisədir. İnşallah, inanıram ki, bunun davamı da olacaq və  digər separatçı-terrorçu erməni liderləri də həbs edilərək Azərbaycan məhkəmələri qarşısında cavab verəcək…Sadəcə,  bundan sonra da ayıq, ehtiyatlı və qətiyyətli olub düşmənlərin hər cür hiylə və təxribatlarının qarşısını almaq gərəkdir… 

O, azərbaycanlı tələbəni zorlayan Xocalı qatilidir - Alim

Erməni terrorçu Vitali Balasanyanın həbsi xəbəri yayılan kimi erməni və bizim bəzi sosial mediadan istifadə edənlər başlayıblar yazmağa ki, bəs, Vitali Azərbaycana pislik etməyib, Allahverdi Bağırov ilə dostluq edib, xocalıları geri qaytaran odur və s. Bunlar hamısı yalandır. Sozcu.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev bildirib. O qeyd edib ki, Vitali ilə Allahverdi nə müharibədən öncə, nə də müharibə vaxtı dostluq edib: “Rəhmətlik Allahverdi hər zaman deyirdi ki, bu alçağın dini-imanı puldur, anasını da satar pula görə. Bu sözləri deyən Qarabağın Aslanı Allahverdinin onunla dostluq etməsinə inana bilərsiz? Vitalinin həyatında cəmi bir dostu olub. Onunla birgə Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən, birlikdə Xocalı soyqırımını həyata keçirdiyi Serj Sərkisyan. Onlar 90-cı illərdən Qarabağda erməniləri döyüşə qatmaq üçün iş görüblər. Müharibəyə getmək istəməyən ermənilərin qız-gəlinlərini Serjlə birlikdə zorlayıb, qorxu yaradıblar. Xocalıda insanlığa sığmayan vəhşətlər törədiblər. Körpə qızların və qadınların qızıl əşyalarını Serj, kişilərin qızıl əşya və dişlərini isə Vitali toplayıb. Balasanyan “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub. Əgər belə dost idisə, Allahverdinin getdiyi kənddən geri qayıdan yoluna necə mina basdırırdı? Demək, Vitali, sadəcə, pul qazanmağı düşünüb - meyit və əsir satmaqla”. Alim vurğulayıb ki, illərdir mediada yayılan bu yanlış xəbərə konkret cavab verir: “Vitali Balasanyan ilə Allahverdi Bağırov ilk dəfə Xocalı faciəsi baş verəndən sonra tanış olublar. Özü də Əsgəran yaxınlığında, 19-cu postda. Onların arasında əvvəldən heç bir dostluq olmayıb. Bu münasibətlər isə Allahverdinin əsirləri və girovları geri qaytarması üçün qurulub. Xocalı sakini, səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan rabitəçi xanım Dürdanə Ağayeva müsahibəsində deyir: “O vaxt ermənilər əsirlərin müqabilində benzin, siqaret tələb edirdi. Amma Allahverdi Bağırov heç vaxt ermənilərin tələb etdiklərini anamdan istəməyib ki, məni azad etsin. Özü Ağdam camaatından ermənilərin istədiklərini yığıb verib, bizləri azad edib”. Vitalinin Allahverdi ilə bağlayan yalnız onun arada Ağdama, sovet dövründə Bağırovlar ailəsinə məxsus restorana gəlib, yemək yeməsi olub. Erməni mediasında yazılır ki, guya Vitali Allahverdinin Ağdam rayonu ərazisindəki məzarını da dağıdılmaqdan qoruyub. Lakin onun yalanı sonradan üzə çıxdı. Ağdam işğaldan azad edildikdən sonra şahidi olduq ki, Allahverdi Bağırovun məzarı demək olar ki, dağıdılıb və erməni vandalizminə məruz qalıb. Vitalinin Allahverdi ilə heç bir dostluq əlaqəsi olmadığını bu faktdan da görmək olar”. Vitali Balasanyan haqda alim qeyd edib ki, o, Qarabağda 5 mart 1959-cu ildə doğulub: “Uşaqlığı da, gəncliyi də orada keçib. 1990-cı ildən Əsgərandakı silahlı birləşmələrə komandanlığı məhz Balasanyan edirdi. Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını təsdiq edən kadrlar da hazırda əlimizdə var. Digər video-müsahibəsində o etiraf edir: “1988-ci ilin 22 fevralında məşhur Əsgəran hadisələrinin təşkilatçı, atəş açan, öldürən, yaralayan mən olmuşam”. Bayrağı təhvil verməyib təslim olan cəsur döyüşçü Natiq Qasımovu əsir alan da, dindirən də, işgəncə verən də Vitali Balasanyandır. 1988-ci il 20 fevralda Xankəndi Mərkəzi Xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. Bundan cəmi iki gün sonra azərbaycanlılar və ermənilər arasında birbaşa qarşıdurma atışmaya çevrildi. Nəticədə iki azərbaycanlı gənc həyatını itirdi. Məhz bu zorlamanın və iki azərbaycanlının qətl edilməsinin başında da bu Vitali dururdu. Bunu özü "News.am” saytına müsahibəsində də etiraf edib. 366 saylı rus motoatıcı alayının köməkliyi ilə dinc insanlara qarşı törədilən vəhşilikdə “əfsanəvi general” ünvanı qazanan Vitali bəşəriyyətin rast gəlmədiyi yırtıcıdır. Bütün bu faktlar sübut edir ki, Vitali Balasanyan qatildir, terrorçudur və ən ağır cəza almalıdır. Bu qatili ilə Allahverdi Bağırovun guya dost olduğu haqda nağılları isə bitirin!”kult)

“Tərtər işi”: 12 il 6 ay cəza istənilən polkovnik Xankəndidə antiterror əməliyyatındadır

Sentyabrın 28-də Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə ittiham olunan 5 nəfər – general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi təyin olunub. Globalinfo.az-a daxil olan məlumata görə məhkəmə prosesi növbəti dəfə təxirə salınacaq. Səbəb isə ötən 2 həftə ərzində dəyişməyib – iş üzrə təqsirləndirilən şəxs statusunda mühakimə olunan polkovnik-leytenant Ziya Kazımov Qarabağda həyata keçirilən antiterror əməliyyatlarında komando qruplarından birinin komandiridir. Azərbaycan və Türkiyə hərbi təhsil ocaqlarında ali təhsil almış Ziya Kazımov hazırda komando qrupu ilə birgə Xankəndi ətrafında separatçı tör-töküntülərinin zərərsizləşdirilməsini həyata keçirir. Bu səbəbdən də Sumqayıta gəlib prosesə qatıla bilmir. Bundan əvvəlki, sentyabrın 14-ə təyin olunan prosesə də bu səbəbdən qatıla bilməmişdi. Ötən gün onun vəkili məhkəməyə müraciət edərək müvəkkilinin döyüş tapşırığını yerinə yetirməsi səbəbilə prosesin qeyri-müəyyən vaxta kimi təxirə salınmasını xahiş edib. Ümumilkdə isə artıq proses sona çatmaq üzrədir. Təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini deyiblər. Növbə general-mayor Bəkir Orucovdadır. O və vəkilləri çıxış etməlidirlər. Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə kompleksində keçirilən proseslərdə Ziya Kazımovun epizoduna dair 62 zərərçəkmiş, 35 şahid və 4 təqsirləndirilən şəxs ifadə verib və onun günahsız olduğunu deyiblər. Bununla belə prokuror Vüsal Mehrəliyev Ziya Kazımova 12 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Hazırda iş üzrə məhkəmə istintaqı bitib. İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb, müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər – leytenant Adil Sabirli həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib. Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.

Ərdoğan son 10 ildə ilk dəfə Misir səfirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də Misir səfiri Əmir Süleyman Abdülməcid əl-Hamaminin etimadnaməsini qəbul edib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası rəsmi açıqlama yayıb. Administrasiyanın dərc etdiyi şəkillərə əsasən, əl-Hamami qəbula ailəsi ilə birgə gəlib. O, 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Diplomat əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib. Bundan əvvəl Ərdoğan Hindistanda misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə danışıqlar aparıb, Türkiyənin dövlət başçısı iki ölkə arasında mayeləşdirilmiş təbii qaz və nüvə enerjisi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin böyük əhəmiyyətini qeyd edib. Bildirilib ki, görüş zamanı prezidentlər ikitərəfli əlaqələr, ticarət həcminin artırılması, regional və qlobal məsələləri müzakirə ediblər.

ERMƏNİNİN İKİ ÜZÜ – Osipyan 20 gün əvvəl nə demişdi, indi nə deyir? + VİDEO

Antiterror əməliyyastından sonra Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyərək Qarabağ ərazindən köçən ermənilərin Laçın yolunda yaratdığı tıxaca baxanda adamın gözü qaralır. Tam dolu minik, yük avtomobilləri aramla Azərbaycanın dövlət sərhədinin çıxışına doğru irəliləyir. Kameralar baş verənləri çəkir, göstərir.  Qarabağda yaşayan və ora ərazilərimizə sonradan köçürülən erməniləri çoxumuz ilk dəfə görürük, əksəriyyəti yoxsul, səfalət çində olan insanlardır. Onların qorxaq, miskin və rəzil simalarının arxasında gizlədə bilmədikləri, güclə seziləcək bir nifrət də var, onu hiss etməmək mümkün deyil... Bu aralar Həkəri nəzarət buraxılış məntəqəsində xidmət aparan Azərbaycan sərhədçilərinin işi çox ağırdır. Minlərlə adamın qeydiyyatını aprmaq, yola salmaq fasiləszi iş rejimi tələb edir. Azərbaycanlı jurnalistlər də tarixin bu qiymətli dövrünü zənginləşdirmək üçün Laçın yolundadırlar, fürsətdən istifadə edib köç edən ermənilərə mikrofon uzadırlar. Hamısı “ağıllanıb”, Azərbaycan xalqını tərfiləyirlər, keçmiş günləri yada salırlar, hətta aralarında düşdükləri duruma görə özlərini söyənlər də tapılır... İlk baxışdan hər şey sadə və məntiqlidir, qeyri-adi durum yoxdur. Onların tərifləri, duaları adamda ikrahdan başqa heç bir hiss yaratmır. Məlumdur ki, qeyri-səmimidirlər. Zəif olanda məzlum, yaltaq, güclü olanda qəddar, amansız, qaniçən olurlar. Meşəli qətlimanını törədənlərdən biri, indi Bakıda istintaq təcridxanasında məhkəməsini gözləyən Vaqif Xaçatryan azərbaycanlı həmkəndlilərini öldürməmişdimi?! O, indi saxlanılma şəraitdən razılıq edir, Azərbaycan Prezidentinə minnətdar olduğunu deyir... Vaqif ermənilərin ümumiləşmiş obrazıdır, necə ki, onlardan biri azərbaycanlı jurnalistlərə bəh-bəhlə müsahibə verən Osipyan Slava (Vyaçeslav) Sərkisoviç Xankəndidə “artsax”ın möhtəşəm mübarizəsindən dəm vurur, Laçın yolunda isə Azərbaycana yaltaqlanır. Sərkisoviç sentyabrın 7-də “Hayk media”ya deyir: “Biz artsaxlılar dözümlüyük və cəsarətliyik. Biz dözməliyik, hər şeyə müqavimət göstərmək lazımdır. Qəhrəman artsaxlılar, xatırlayın ki, bizim babalarımız necə yaşayıb. Onlar da bizim kimi olublar, onların da həyatı bizim həyatımıza bənzəyir, lakin onlar qalib gəldilər, biz də qalib gələcəyik”. Sentyabrın 25-də Qarabağdan qaçan həmin Sərkisoviç Azərbaycanın internet kanalına isə başqa şey deyir: “Qorbaçovun beli qırılsın, bütün bunları o edib ki, iki xalq belə olub. Mən Xankəndidə, Bakıda yaşamışam, İrəvanda da olmuşam. -Azərbaycanlılar haqda nə deyə bilərsiniz? -Nə deyə bilərəm ki? Təqsirkar bizik, Allah eləsin müharibə olmasın, hər şey yaxşı olsun. Bakıda oxumuşam, qalmışam, Bakıda çoxlu dostlarım var, onları bu gün də xatırlayıram...”(azpolitika) Ətraflı videoda: