Rusiyanın dərinliklərinə daha uzunmənzilli zərbələr endirmək üçün sistemlər hazırlanır

Rusiyanın dərinliklərinə daha uzunmənzilli zərbələr endirmək üçün sistemlər hazırlanır.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Xüsusilə, prezidentdən Ukraynanın Rusiya Federasiyasının arxa cəbhəsinə xarici silahlarla zərbələr endirmək məqsədilə icazə alması üçün nəyə ehtiyac olduğu soruşulub.

“Proses davam etdirilir. Birincisi, həmişə belə olub: Kim bir addım irəli gedirsə, daha sonra iki addım geri çəkilir. Belə siyasətdir. Ukrayna üçün açıq olan şeylər əvvəl bağlı idi və mümkün deyildi”, - deyə Zelenski cavabında bildirib.

Share on Facebook