"Onu bir də görsəm deyərdim ki..." - Polad Həşimovun anası

“İkinci Qarabağ müharibəsi başlayanda övladlarımız “Biz Polad Həşimovun qisasını almağa gedirik” deyib getdilər. Sağ olsunlar. Getdilər, torpaqlarımızı azad etdilər”.

Sozcu.az bildirir ki, bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

O, Polad Həşimov kimi qəhrəman övladın anası olmağı ilə fəxr etdiyini bildirib:

“Fəxr edirəm ki, bizim ailəmizdə Polad kimi övlad dünyaya gəlib. Bütün Türk dünyası bunu deyir. Polad bir də dünyaya gəlsə idi, ona deyərdim ki, sənin balaların körpədir, sən yaşa, mən sənin əvəzinə gedərəm”.

Share on Facebook