İran Qarabağı Suriyaya çevirmək istəyir — "4 min silahlı göndərir"

Tehran may ayına qədər İran İnqilab Keşikçiləri və şiə silahlı birləşmələrindən ibarət 4000 nəfərlik qüvvəni Qarabağa köçürməyi planlaşdırır. Bu sensasional iddia "Türkiyə” qəzetində nəşr edilən Yılmaz Bilgənin "İran Qarabağı ikinci Suriyaya çevirmək istəyir” adlı məqaləsində qeyd edilib. O yazısında qeyd edib ki, Ermənistanın təhlükəsizliyini əsas prioritet, İrəvanı isə qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. İddialara görə, Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə milislərindən ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani ötən fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan Asaeb Əhlil Haq, Hərəkat ən-Nüceba və Hizbullah kimi qruplaşma komandirlərinə 4000 nəfərlik təlim keçmiş və səhra təcrübəsi olan qüvvə hazırlamağı tapşırıb. Qarabağı Suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran yezidilərlə birlikdə Suriya və İraqdan minlərlə PKK silahlısını Azərbaycan ərazisinə qatmaq üçün Qarabağa gətirməyi düşünür.//Azxeber.com

Ərdoğanın təşəbbüsünə Zelenski nöqtə qoydu

Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyimi təsəvvür edə bilmirəm. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiya prezidenti ilə ünsiyyət üçün belə hallar yoxdur. Çünki o, sözünün üstündə durmur. Bizim ona heç bir etimadımız yoxdur”, - Zelenski bildirib. O qeyd edib ki, diplomatik vasitələrdən istifadə etməyə başlamazdan əvvəl Rusiyanın Ukrayna ərazisini tərk etməsini təmin etmək lazımdır. Qeyd edək ki, Türkiyə lideri Ərdoğanın Putin və Zelenskini apreldə istanbulda görüşdürmək istədiyi barədə məlumat yayılıb.

“Laçın yolundan silah daşınmasını istəmirik” - Klaardan ermənilərə tərs şillə

“İlk növbədə, hesab edirəm ki, Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyası tamamilə legitimdir. Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Bu bir məqam”.  Sozcu.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.  “Şəffaflıq tamamilə qanunidir. Məncə, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitənin olması müzakirələrin və danışıqların mövzusudur. Düşünürəm ki, bunun bir neçə yolu var. İnanıram ki, bunlardan bəziləri keçmişdə müzakirə olunub. Məsələn, rusların bu əraziyə nəyin gəldiyini və getdiyini daha yaxşı yoxlaya bilməsi üçün yoxlama məntəqəsində bəzi əlavə avadanlıqlarının olması. Yenə də düşünürəm ki, bunun bir neçə yolu var, məncə, bunun ətraflı müzakirə olunması vacibdir. Hesab edirəm ki, Ermənistanda belə bir fikir var ki, bunlar (Laçın və Zəngəzur – red.) iki ayrı məsələdir. Bunlardan biri 2020-ci ilin Noyabr Bəyanatının bir bəndində əksini tapan Laçın dəhlizidir, daha sonra isə 2020-ci il Bəyanatının digər bəndində əksini tapan Azərbaycanla Naxçıvan arasında əlaqələnmə məsələsi var. Deməli, bu mənada bəyanatda bunlar müxtəlif hissələrdə qeyd olunub və yanaşma fərqlidir. Amma sonda bu sual danışıqların, müzakirələrin mövzusudur. Təbii ki, bizim fikrimiz budur ki, şəffaflığın olması, həqiqətən, qanunidir, eyni zamanda, insanlar üçün, Qarabağ erməniləri üçün təhlükəsiz hərəkət edə bilmək hissi də vacibdir”, - Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb. 

Ombudsman: Qadınların pensiya yaşı azaldılsın

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilir. Sozcu.az xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir. Məruzə zamanı bir sıra təkliflər irəli sürülüb. Təkliflərdən biri Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi olub. “Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac var", - ombudsman təklif edib. Eyni zamanda insan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsi təklif olunub. Həmçinin zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaq və gənc yaşda olan şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkə və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına neqativ təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilib. Bundan başqa məruzədə bir neçə təklif yer alıb.//Modern.az

Gəncədə baş həkim vəzifəsindən azad olunub

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılıb. O, yaş həddinə görə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, H.Abdullayev uzun illər həmin xəstəxanda çalışıb. O, bölgə üzrə tanınmış həkimlərdən biridir.

Buraxılış imtahanıyla bağlı DİM-ə İTTİHAM: “Suallar çətin idi”

Dünən 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Əlli mindən çox şagird öz biliyini yoxlayıb.  Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşməyib. Bəzi abituriyentlər sualların çətin olduğunu iddia ediblər.  Bu iddia nə dərəcədə əsaslıdır? Doğrudanmı, DİM abituriyentləri çətin suallarla sınağa çəkib?  Təhsil üzrə ekspert Kamran Əsədov Yenisabah.az-a açıqlamasında bildirib ki, ötən gün abituriyentlərə vaxt itkisinə səbəb olan suallar ünvanlanıb: “Məsələyə bir neçə istiqamətdən baxmaq olar. Abituriyentlər çox vaxt itirirlər, psixoloji gərginlik yaşayırlar. Riyaziyyat fənnindən təqdim olunan suallar müəyyən edilmış vaxt ərizində abituriyent tərəfindən cavablandırılacaq suallar deyildi. Bu fəndən səhv suallar tərtib olunmuşdu. Riyaziyyat fənninə aid suallarda çətinlik vardı.  Azərbaycan dili fənnindən mətn sualları kifayət qədər geniş idi, oxumaq çox vaxt tələb edirdi.  İnglis dilində dinləmə mətni ilə bağlı problem var idi” - deyə təhsil eksperti imtahanla bağlı fikirlərini bildirib.  Buraxılış imtahanının çətin olduğunu deyən Kamran Əsədov fikrini belə tamamlayıb: “Bu qədər çətin imtahana ehtiyac yoxdur. Çünki, şagirdlərin hamısı ali məktəbə hazırlaşmır, bəziləri kollece qəbul olmaq istəyir, bəziləri isə ancaq attestat almaq fikrindədir. Bunları nəzərə alaraq, buraxılış imtahanlarını asanlaşdırmaq lazımdır ki, hər bir şagird burda nəticə əldə edə bilsin". 

Tanınmış vəkil icra başçısına səsləndi: “Sən çardaq sökənsən?”

“Balakən Rayon İcra Başçısı indi də insanları qeyri-prosessual münasibətlərə cəlb etmək üçün camaatın həyətyanı sahəsində tikdiyi və xüsusilə də yayın istisində həyatlarının çox hissəsini keçirdiyi  çardaqları (naves) sökməklə hədələyir. Gah kanalizasiya xəttini bəhanə edir, gah da ölkə başçısının göstərişi olduğunu deyir. Bu adam çoxdan həbs olunmalı adamdır. Bir çox boş torpaq sahələri onun tərəfindən zəbt edilib. İnsanları canından bezdirərək üsyana sürükləyir...” Sozcu.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aqil Layıc bildirib. “Bu adam barəsində ölçü niyə götürülmür?! Adama sual verirəm sən çardaq sökənsən? Sənə məhkəmə aktı olmadan bu səlahiyyəti kim verir? Sənin Əsasnaməndə belə bir səlahiyyət varmı? Aiddiyyatı qurumların diqqətinə çatdıraraq xahiş edirəm ki, gözdən uzaq bu rayonun icra başçısı haqqında ölçü götürəsiniz”, - o qeyd edib.

Sabah buraxılış imtahanıdır: Abituriyentlər nələrə diqqət etməli?..

Sabah və martın 12-də 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Abituriyentlər uğur qazanmaq üşün necə davranmalı, hansı qaydalara düzgün riayət etməlidirlər?  Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenisabah.az-a açıqlamasında tələbə olmaq istəyən abituriyentlərin ən çox diqqət etməli olduğu məqamlara toxunub:  “Abituriyent dövrü yüksək psixoloji həssaslıq mərhələsi hesab olunur. Burada əsas məsələ hazırlıq zamanınən düzgün bölüşdürülməsi, məqsədə doğru düzgün fokuslanma və hədəflər paketini dolğun müəyyənləşdirməkdir. Abiturient öncə bilməlidir ki, universitet hər kəsin dediyi kimi həyata əhəmiyyətli bir məsələ yox, sadəcə, əmək bazarına uyğun kadr hazırlamalı olan müəssisədir. Abirutiyent özünü əmək bacarığının tələblərinə necə cavab verəcəyi barəsində düşünməli və istəklərinin bacarıqları ilə nə dərəcədə adekvat olduğunu müəyyən etməlidir. Hazırlıq prosesi hədəfin sağlam müəyyən olduğu zaman daha effektli keçir". Tədqiqatçı vurğulayıb ki, abituriyent özü-özünün ən yaxşı konsultantı olmalıdır. Bilməlidir ki, bir abituriyentin ən böyük səhvi hər kəsin nə düşündüyünə önəm verməsi və özünü ətrafın görmək istədiyi bir obraza çevirməsidir: "Valideyn basqısı, qohum-qonşu gözləntisi həssas mərhələdən keçən və həssas yaş qrupuna aid bir gənc üçün əlavə basqıdır. Bu, onun nəticələrinə birbaşa təsir göstərir. Uğur qazanmaq istəyən abituriyent öncə özünü bu basqıdan xilas etməlidir”.  “Əmək bazarının tələbini incələmək abituriyenti gələcəyə daha motivasiyalı, daha məqsədli edə bilər. O, özünü tapdığı ixtisasın ardınca getmək və həmin ixtisası cəmiyyətə necə təqdim etmək barəsində düşünməlidir. Bu zaman özünü saysız “test məmləkətindən” xilas edib daha praktiki bir fərd kimi hiss edə bilər”,-deyə, təhsil tədqiqatçısı əlavə edib.  Elmin Nuri sabah buraxılış imtahanı verəcək abituriyentləri diqqətli olmaöa səsləyib. Qeyd edib ki, hHər bir abituriyentin psixoloji hazırlığı 3 məhlədən keçir: imtahan öncəsi, imtahan prosesi zamanı və imtahandan sonrakı: "Valideynlər isə övladlarının ancaq imtahan prosesi zamanı psixoloj hazırlığından narahatlıq keçirirlər. Bu, tamamilə yanlışdır. Yalnız imtahan öncəki mərhələdə şagirdin psixoloji hazırlığı çox şeyi həll edir.  Lakin reallıqla barışmalıyıq. Bu gün heç bir valideyn, yaxud, müəllim abituriyenti psixoloji baxımdan hazırlamır. Hər kəs imtahan prosesi zamanı bunun vacib olduğunu qeyd edir. Odur ki, biz də sabahkı buraxılış imtahan prosesi zamanı riayət olunmalı bir neçə psixoloji detalı qeyd edək: abituriyent imtahan prosesi başladığı ilk dəqiqələrdə tamamilə sakitliyi ələ almalı, hətta bir dəqiqəlik göz məşqi, gözlərini yummaqla özünü sanki hər şeydən təcrid etməlidir. İnanın, sabah az qala, hər bir abituriyent imtahana xüsusi basqı altında daxil olacaq. Özündən xəbərsiz, şüuraltı olaraq, “valideynlərim görəsən, indi nə düşünür?”, “zəif cavablasam, onlara nə deyəcəyəm?!”, “onlar bəs buna necə reaksiya verəcəklər?!”, “bəs, qonşuda mənimlə bir hazırlaşan sinif yoldaşımın anası bizə gəlib nə soruşacaq?” - bəlkə də sizə qəribə gəlir, amma əmin olun ki, hər 10 abituriyentdən 8-i imtahana məhz bu suallarla birlikdə daxil olur. Bu suallar onun elə ilk düşmənidir, ondan ayrılmayan uğursuzluq rəqibidir. Bir dəqiqəlik gözünü yumub hər şeyi və hər kəsi unutmaq və toplanılan bilik bazası ilə sual kitabçasına baxmaq lazımdır. Şagird yalnız bu zaman fokuslana, diqqətin cəmləyə bilər.  İkincisi, “Sual kitabçaları”na və “Buraxılış vərəqələri”nə məhz onun yolunu çoxdandır ki, gözləyən və onu uğura səsləyn bir dost kimi baxsınlar. Kabus kimi yox! “Sual kitabçaları”ndakı hər bir suala tranpilin kimi baxan şagird daxilən daha rahat və sərbəst olar. Beyin məsələlərin həllinə daha yaxşı köklənər. Çox zaman imtahan prosesi zamanı xüsusi vərəqələri dolduran zaman texniki səhvə yol verilir. Bunların hamısı elə imtahanın yaratdığı şok effektidir. Şagird sabahkı buraxılış imtahanında vərəqələrə sakit şəkildə, dostyana toxunmalı və onu dolduran zaman suallar barədə, “Sual kitabçası” barədə düşünməməlidir.   Üçüncüsü, ilk olaraq, asan suallar cavablandırılmalıdır. Onlara verilən hər düzgün cavab şagirddə narahatlıq və gərginliyi daha da azaldacaq. Üstəlik yaddaşın yolunu açacaq və beynin iş mexanizminin daha yaxşı çalışmasına səbəb olacaq.  Hər fənn üzrə suallar cavablandıqdan sonra 1 dəqiqəlik dincəlmək və bu qısa zaman kəsimində nəfəs məşqləri etmək lazımdır. Bir neçə dəfə dərindən nəfəs alıb-buraxmaq, beyin və göz əzələlərini gərginlikdən azad edəndən sonra növbəti fənnə aid suallara keçmək lazımdır". 

Azərbaycanda zəlzələ oldu

Bu gün Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda qeydə alınıb. Qeyd olunub ki, zəlzələ hiss olunmayıb.

ABŞ Bakıya nümayəndəsini göndərir

ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Lyuis Bono bu vəzifədə ilk dəfə regiona səfər edəcək. Səfər gələn həftə baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib. Prays bildirib ki, Vaşinqton böyük məsləhətçinin Cənubi Qafqaz ölkələrinə səfərlərinin müntəzəm olacağına ümid edir: “Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi ifadə etmək üçün ölkələrin liderləri ilə görüşməyi planlaşdırır. O, Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. Bono əvvəlcə Bakıya, sonra İrəvana və Tiflisə gedəcək. Regiona səfər Bonoya ABŞ Dövlət katibi, Ermənistan və Azərbaycan liderləri arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan dialoqu davam etdirməyə imkan verəcək”.

Hacı Şahinin ölümü araşdırılır - Rəsmi

1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Paşinyan Almaniyaya səfərə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Almaniyaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan 2-3 mart tarixlərini əhatə edəcək səfər çərçivəsində Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşəcək.