Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində bildirib.
O, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyib.
"Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi", - Paşinyan qeyd edib.