Buraxılış imtahanıyla bağlı DİM-ə İTTİHAM: “Suallar çətin idi”

Dünən 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Əlli mindən çox şagird öz biliyini yoxlayıb.  Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşməyib. Bəzi abituriyentlər sualların çətin olduğunu iddia ediblər.  Bu iddia nə dərəcədə əsaslıdır? Doğrudanmı, DİM abituriyentləri çətin suallarla sınağa çəkib?  Təhsil üzrə ekspert Kamran Əsədov Yenisabah.az-a açıqlamasında bildirib ki, ötən gün abituriyentlərə vaxt itkisinə səbəb olan suallar ünvanlanıb: “Məsələyə bir neçə istiqamətdən baxmaq olar. Abituriyentlər çox vaxt itirirlər, psixoloji gərginlik yaşayırlar. Riyaziyyat fənnindən təqdim olunan suallar müəyyən edilmış vaxt ərizində abituriyent tərəfindən cavablandırılacaq suallar deyildi. Bu fəndən səhv suallar tərtib olunmuşdu. Riyaziyyat fənninə aid suallarda çətinlik vardı.  Azərbaycan dili fənnindən mətn sualları kifayət qədər geniş idi, oxumaq çox vaxt tələb edirdi.  İnglis dilində dinləmə mətni ilə bağlı problem var idi” - deyə təhsil eksperti imtahanla bağlı fikirlərini bildirib.  Buraxılış imtahanının çətin olduğunu deyən Kamran Əsədov fikrini belə tamamlayıb: “Bu qədər çətin imtahana ehtiyac yoxdur. Çünki, şagirdlərin hamısı ali məktəbə hazırlaşmır, bəziləri kollece qəbul olmaq istəyir, bəziləri isə ancaq attestat almaq fikrindədir. Bunları nəzərə alaraq, buraxılış imtahanlarını asanlaşdırmaq lazımdır ki, hər bir şagird burda nəticə əldə edə bilsin". 

Tanınmış vəkil icra başçısına səsləndi: “Sən çardaq sökənsən?”

“Balakən Rayon İcra Başçısı indi də insanları qeyri-prosessual münasibətlərə cəlb etmək üçün camaatın həyətyanı sahəsində tikdiyi və xüsusilə də yayın istisində həyatlarının çox hissəsini keçirdiyi  çardaqları (naves) sökməklə hədələyir. Gah kanalizasiya xəttini bəhanə edir, gah da ölkə başçısının göstərişi olduğunu deyir. Bu adam çoxdan həbs olunmalı adamdır. Bir çox boş torpaq sahələri onun tərəfindən zəbt edilib. İnsanları canından bezdirərək üsyana sürükləyir...” Sozcu.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aqil Layıc bildirib. “Bu adam barəsində ölçü niyə götürülmür?! Adama sual verirəm sən çardaq sökənsən? Sənə məhkəmə aktı olmadan bu səlahiyyəti kim verir? Sənin Əsasnaməndə belə bir səlahiyyət varmı? Aiddiyyatı qurumların diqqətinə çatdıraraq xahiş edirəm ki, gözdən uzaq bu rayonun icra başçısı haqqında ölçü götürəsiniz”, - o qeyd edib.

Sabah buraxılış imtahanıdır: Abituriyentlər nələrə diqqət etməli?..

Sabah və martın 12-də 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Abituriyentlər uğur qazanmaq üşün necə davranmalı, hansı qaydalara düzgün riayət etməlidirlər?  Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenisabah.az-a açıqlamasında tələbə olmaq istəyən abituriyentlərin ən çox diqqət etməli olduğu məqamlara toxunub:  “Abituriyent dövrü yüksək psixoloji həssaslıq mərhələsi hesab olunur. Burada əsas məsələ hazırlıq zamanınən düzgün bölüşdürülməsi, məqsədə doğru düzgün fokuslanma və hədəflər paketini dolğun müəyyənləşdirməkdir. Abiturient öncə bilməlidir ki, universitet hər kəsin dediyi kimi həyata əhəmiyyətli bir məsələ yox, sadəcə, əmək bazarına uyğun kadr hazırlamalı olan müəssisədir. Abirutiyent özünü əmək bacarığının tələblərinə necə cavab verəcəyi barəsində düşünməli və istəklərinin bacarıqları ilə nə dərəcədə adekvat olduğunu müəyyən etməlidir. Hazırlıq prosesi hədəfin sağlam müəyyən olduğu zaman daha effektli keçir". Tədqiqatçı vurğulayıb ki, abituriyent özü-özünün ən yaxşı konsultantı olmalıdır. Bilməlidir ki, bir abituriyentin ən böyük səhvi hər kəsin nə düşündüyünə önəm verməsi və özünü ətrafın görmək istədiyi bir obraza çevirməsidir: "Valideyn basqısı, qohum-qonşu gözləntisi həssas mərhələdən keçən və həssas yaş qrupuna aid bir gənc üçün əlavə basqıdır. Bu, onun nəticələrinə birbaşa təsir göstərir. Uğur qazanmaq istəyən abituriyent öncə özünü bu basqıdan xilas etməlidir”.  “Əmək bazarının tələbini incələmək abituriyenti gələcəyə daha motivasiyalı, daha məqsədli edə bilər. O, özünü tapdığı ixtisasın ardınca getmək və həmin ixtisası cəmiyyətə necə təqdim etmək barəsində düşünməlidir. Bu zaman özünü saysız “test məmləkətindən” xilas edib daha praktiki bir fərd kimi hiss edə bilər”,-deyə, təhsil tədqiqatçısı əlavə edib.  Elmin Nuri sabah buraxılış imtahanı verəcək abituriyentləri diqqətli olmaöa səsləyib. Qeyd edib ki, hHər bir abituriyentin psixoloji hazırlığı 3 məhlədən keçir: imtahan öncəsi, imtahan prosesi zamanı və imtahandan sonrakı: "Valideynlər isə övladlarının ancaq imtahan prosesi zamanı psixoloj hazırlığından narahatlıq keçirirlər. Bu, tamamilə yanlışdır. Yalnız imtahan öncəki mərhələdə şagirdin psixoloji hazırlığı çox şeyi həll edir.  Lakin reallıqla barışmalıyıq. Bu gün heç bir valideyn, yaxud, müəllim abituriyenti psixoloji baxımdan hazırlamır. Hər kəs imtahan prosesi zamanı bunun vacib olduğunu qeyd edir. Odur ki, biz də sabahkı buraxılış imtahan prosesi zamanı riayət olunmalı bir neçə psixoloji detalı qeyd edək: abituriyent imtahan prosesi başladığı ilk dəqiqələrdə tamamilə sakitliyi ələ almalı, hətta bir dəqiqəlik göz məşqi, gözlərini yummaqla özünü sanki hər şeydən təcrid etməlidir. İnanın, sabah az qala, hər bir abituriyent imtahana xüsusi basqı altında daxil olacaq. Özündən xəbərsiz, şüuraltı olaraq, “valideynlərim görəsən, indi nə düşünür?”, “zəif cavablasam, onlara nə deyəcəyəm?!”, “onlar bəs buna necə reaksiya verəcəklər?!”, “bəs, qonşuda mənimlə bir hazırlaşan sinif yoldaşımın anası bizə gəlib nə soruşacaq?” - bəlkə də sizə qəribə gəlir, amma əmin olun ki, hər 10 abituriyentdən 8-i imtahana məhz bu suallarla birlikdə daxil olur. Bu suallar onun elə ilk düşmənidir, ondan ayrılmayan uğursuzluq rəqibidir. Bir dəqiqəlik gözünü yumub hər şeyi və hər kəsi unutmaq və toplanılan bilik bazası ilə sual kitabçasına baxmaq lazımdır. Şagird yalnız bu zaman fokuslana, diqqətin cəmləyə bilər.  İkincisi, “Sual kitabçaları”na və “Buraxılış vərəqələri”nə məhz onun yolunu çoxdandır ki, gözləyən və onu uğura səsləyn bir dost kimi baxsınlar. Kabus kimi yox! “Sual kitabçaları”ndakı hər bir suala tranpilin kimi baxan şagird daxilən daha rahat və sərbəst olar. Beyin məsələlərin həllinə daha yaxşı köklənər. Çox zaman imtahan prosesi zamanı xüsusi vərəqələri dolduran zaman texniki səhvə yol verilir. Bunların hamısı elə imtahanın yaratdığı şok effektidir. Şagird sabahkı buraxılış imtahanında vərəqələrə sakit şəkildə, dostyana toxunmalı və onu dolduran zaman suallar barədə, “Sual kitabçası” barədə düşünməməlidir.   Üçüncüsü, ilk olaraq, asan suallar cavablandırılmalıdır. Onlara verilən hər düzgün cavab şagirddə narahatlıq və gərginliyi daha da azaldacaq. Üstəlik yaddaşın yolunu açacaq və beynin iş mexanizminin daha yaxşı çalışmasına səbəb olacaq.  Hər fənn üzrə suallar cavablandıqdan sonra 1 dəqiqəlik dincəlmək və bu qısa zaman kəsimində nəfəs məşqləri etmək lazımdır. Bir neçə dəfə dərindən nəfəs alıb-buraxmaq, beyin və göz əzələlərini gərginlikdən azad edəndən sonra növbəti fənnə aid suallara keçmək lazımdır". 

Azərbaycanda zəlzələ oldu

Bu gün Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda qeydə alınıb. Qeyd olunub ki, zəlzələ hiss olunmayıb.

ABŞ Bakıya nümayəndəsini göndərir

ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Lyuis Bono bu vəzifədə ilk dəfə regiona səfər edəcək. Səfər gələn həftə baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib. Prays bildirib ki, Vaşinqton böyük məsləhətçinin Cənubi Qafqaz ölkələrinə səfərlərinin müntəzəm olacağına ümid edir: “Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi ifadə etmək üçün ölkələrin liderləri ilə görüşməyi planlaşdırır. O, Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. Bono əvvəlcə Bakıya, sonra İrəvana və Tiflisə gedəcək. Regiona səfər Bonoya ABŞ Dövlət katibi, Ermənistan və Azərbaycan liderləri arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan dialoqu davam etdirməyə imkan verəcək”.

Hacı Şahinin ölümü araşdırılır - Rəsmi

1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Paşinyan Almaniyaya səfərə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Almaniyaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan 2-3 mart tarixlərini əhatə edəcək səfər çərçivəsində Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşəcək.

Sumqayıtda təqaüd kartlarından oğurluq edən qadın tutulub

Sumqayıt şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, bu barədə kart sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Aysel Əliyeva tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və Sumqayıt şəhərində bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən daha bir nəfərin kartından 120 manat oğurladığını bildirib. A.Əliyeva əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. A.Əliyevanın Sumqayıt, eləcə də digər ərazilərdə digər analoji cinayətlər etdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Naxçıvanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hazırda "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı"nın sədr vəzifəsini müvəqqəti olaraq cəmiyyətin sədr müavini Qəzənfər Şıxəliyev icra edir. Qeyd edək ki, Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsinə 2020-ci il martın 6-da təyin edilib.

Laçın-Xankəndi yolundakı aksiyanın 78-ci günü...

Azərbaycanlı ekofəalların və könüllü gənclərin Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 78 gündür davam edir. Sozcu.az xəbər verir ki, aksiya iştirakçıları hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər. Aksiyanın məramı dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları üzərində rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər. Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Bəxtiyar Hacıyevin aclıq aksiyası Azərbaycan tarixinin qara səhifəsinə yazılacaq

Azərbaycan tarixində çox sayda aclıq aksiyaları keçirilib.  Ancaq Bəxtiyarın aclıq aksiyası həm müddətinə, həm də keçirilmə şərtlərinə görə digər aclıq aksiyalarından fərqlənir.  Aydın görünür ki, Bəxtiyar Hacıyev tələblərinin yerinə yetirilməsi naminə hətta həyatına qəsd etməyə hazırdır.  Bu aksiyanı bəlkə də yalnız yüz il əvvəl müsavatçıların Solovkidə keçirdiyi aclıq aksiyası ilə müqayisə etmək olar.  O zaman aclıq aksiyası 40 gündən çox davam etdi. Aksiyada iştirak edən müsavstçıların bir çoxu həlak oldu və bu hadisə sovet-kommunist rejiminin tarixinə qara hərflərlə yazıldı.  İndi Bəxtiyar Hacıyevin aclıq aksiyasının letal nəticəsi və ya onun sağlamlığında dönməz fəsadların yaranması Aərbaycanın çağdaş tarixinin qara səhifəsinə Elmar Hüseynovun qətli ilə eyni səhifədə yazılacaq.  Azərbaycan hakimiyyəti digər bütün amillərlə yanaşı bu amili də nəzərə almalı, Bəxtiyar Hacıyevi dərhal azad etməlidir! Arif Hacılı, Müsavat Partiyasının başqanı