90 saylı Ağsu Seçki Dairəsindən növbədənkənar Parlament seçkilərində iştirak edəcək Müsavat Partiyasının namizədi Zabit Bədəlov un 7 nəfərdən ibarət seçki qərargahı ilkin olaraq formalaşdırılıb. Anar Rəsullu Seçki qərargahının sədri seçilib.
Seçki qərargahının iclasında Ağsu rayonunda seçki dövründə baş verən bir çox məsələlər müzakirə edilib.
Zabit Bədəlovun seçki qərargahı namizədlər arasında yaradılan ayrıseçkiliyin seçki qanunlarına zidd olduğunu bəyan edərək, İcra Hakimiyyətini, kənd icra və bələdiyyə orqanlarını namizədlər arasından bərabərhüquqluq prinsipini pozmamağa çağırıb.
Seçki qərargahı bəyan edir ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Milli məclisə namizədlərdən biri olan Elçin Mirzəbəylinin birtərəfli şəkildə, seçki qanunlarına zidd olaraq təbliğatı aparılır və bu da seçkilərin şəffaf keçirilməsini şübhə altına alır.
Seçki qərargahı bildirir ki, İcra və bələdiyyə orqanlarının tapşırığı ilə digər namizədlərin şəkillərinin cırılması haqqında məlumatlar əldə edilib. Obyektlərinin qarşısına könüllü şəkildə namizədlərin şəkillərinin vuran obyekt sahiblərinə təzyiqlər edilir.
Zabit Bədəlovun seçki qərargahı Ağsu rayon rəhbərliyini seçkiyə müdaxilə etməməyə və bütün namizədlərə bərabər şəkildə şərait yatmağa çağırır.
Seçki qərargahı bütün namizədlərə demokratik mübarizə arzu edir. Ağsu rayon sakinlərinin iradəsinin qalib gəlməsi bizim arzumuzdur. Demokratik , hüququ dövlət hər birimizin haqqıdır.
Zabit Bədəlovun seçki qərargahı
10. 08. 2024