Qarabağdan Ermənistanın Amasya rayonuna köçən bir qrup erməni bələdiyyə rəsmisi haqda şikayət ərizəsi yazıb.
Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Bildirilib ki, ərazidə Qarabağ erməniləri üçün satınalmaları təşkil edən məsul şəxsdən şikayət olunub. Onlar tapşırılanın əksinə, ilkin tələbat malları ilə təmin edilmədiklərini bildirirlər.
Amasya rəsmisinə qarşı protokol tərtib edənlər Ağdərə və Xankəndidən köçən ermənilərdir.
Həmin şəxslər polis bölməsinə çağırılıb ifadələri alınıb və iş Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.
Qeyd edək ki, bu, Qarabağ erməniləri ilə bağlı ilk belə hal deyil. Onlar Ermənistanda iş tapa bilmədiklərini, universitetlərdə, yaşadıqları mühitdə psixoloji şiddətə, ayrı seçkiliyə məruz qaldıqlarını bildirirlər.