Ermənilərin yaydığı bu xəbər yalandır - MN

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.

Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib. Jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub. Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Buna qədər o, “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində işləyirdi.

İƏT missiyasının üzvü: “Ermənilərin Gəncədə törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətə çatdıracağıq”

“Burada ermənilərin törətdikləri cinayətlərin şahidi olduq”. “Report”un Qərb bürosunun xəbərinə görə, bunu Gəncədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Muhammad Sulaiman Laval deyib. O bildirib ki, Gəncəyə səfərin əsas məqsədi Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır: “Burada uşaqların, mülki şəxslərin həlak olmasından çox təəssüflənirik. Bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər ediblər. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq. Sozcu.az xəbər verir ki, proses sentyabrın 9-dək davam edəcək. Qeyd edək ki, builki qəbulun nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub.

“Təəssüf ki, bu günü separatçılara Xankəndində nəinki 2022-də, indi də bayram kimi yaşatdıq...”

“Kənar perspektivlərə ümidlənmək geridönməz problemlərə gətirib çıxara bilər...” “Perspektivdə daha kimlər “humanitar yük” şəllənib Laçın yoluna gələcək?..”  Qarabağda son üç ayda, xüsusilə də son günlərdə baş verənlər ilk baxışda belə təsəvvür yaradır ki, Ermənistan bu müddətdə Azərbaycana qarşı beynəlxalq diplomatik təzyiqləri ilə, dünən isə hərbi əməliyyatla təşəbbüsü əlində saxlamağa çalışır və biz də bu təzyiqlərə, təxribatlara  cavab verməklə, yəni müdafiə olunmaqla məşğuluq. Bu gün Paris meri, sabah Los- Anjeles meri, o birisi gün də dünyaya səpələnmiş ermənilərin səsini seçkilərdə qazanmaq istəyən hansısa ölkənin prezidentliyə namizədi “humanitar yük” şəllənib Laçın yoluna gələcək, bizi qınağa tuş edəcək, biz də təkzib verməklə məşğul olacağıq. Zamanı uzadan erməniyə də bu lazım deyilmi? Bu gün sentyabrın 2-də Xankəndindəkilər qondarma “müstəqillik gününü” qeyd etsinlər, o birisi ilə də hazırlıq görsünlər. Nəticədə ən yaxın əsas vəzifələr- erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağdakı yurdlarına qaytarılması.., gündəmdə deyil. Bu vəziyyət qalib dövlət üçün paradoksal situasiya deyilmi?..  İki il əvvəl, 2021-ci ilin sentyabrın 1-də, yəni separatçıların 44 günlük müharibədən təzə çıxıb, 2 sentyabr qondarma “müstəqilik gününün 30 illiyini” yas kimi qeyd etdiyi ərəfədə yazdığım yazının son abzasının təəssüf ki, hələ də aktual olduğunu qeyd etməyə məcburam: ” Yubiley təbriklərində həm İrəvan rəsmiləri, həm separatçı rejimin üzvləri birmənalı olaraq müstəqillik uğrunda mübarizənin davam etdiyini səsləndiriblər. Təbliğat olduğu anlaşılandır, amma reallıq da odur ki,  o yerlərdə hələ bizim  nəzarətimiz yoxdur və nə vaxt olacağı barədə rəsmi mövqe səslənməyib. İndi təsəvvür edin ki, qarşıdakı bir il ərzində heç nə dəyişmir, müharibədən sonra 10 aydır hansı proses gedibsə, daha bir il də davam edəcək. O zaman 2022- ci ilin 2 sentyabrına yasdan çıxmış erməninin Xankəndində təntənəli bayram tədbirinə hazırlaşdığının şahidi ola bilərik. Belə bir ildönümü düşmənə yaşatmamalıyıq”. Təəssüf ki, nəinki 2022-ci ildə, indi də separatçılara bu günü Xankəndində “bayram” kimi yaşatdıq. Əlbəttə, gün bütün siyasi xaos və iqtisadi məhrumiyyətlərlə düşmən üçün acınacaqlıdır, amma biz də istədiyimizə hələ çatmamışıq və ən əsası, aydın perspektivi təsəvvür etmədiyi üçün cəmiyyətimiz narahatdır.  Erməninin torpaq iddiasından imtina etmədiyi müharibə bitən gündən məlumdur və biz işimizi, siyasətimizi bu iddiaya görə müəyyənləşdirib zamanın uzanmasına imkan verməməliydik. İndi də gec deyil...  Rusiya hərbi kontingenti ən azı 2030-cu ilədək Azərbaycan ərazisində qalmağı planlaşdırır və hiss olunur ki, 2025-ci ilin noyabrına kimi indiyədək apardığı siyasəti – sülh müqaviləsinin imzalanmasına imkan verməməyi, Qarabağdan erməni silahlı qüvvələri çıxarmamağı, azərbaycanlı qaçqınların qayıdışına şərait yaratmamağı davam etdirməkdə qərarlıdır. Yəni, mövcud status kvonu dondurmaq və yalnız 2025-dən sonra, guya birgəyaşayış prosesinin tədricən başladılması və iki toplum arasında təhlükəsizliyi təmin etməyin zərurət olduğunu elan edib, qeyri-müəyyən müddətə Qarabağda qalmasını əsaslandırmaq siyasəti. Paralel olaraq status məsələsini də gündəmdə saxlayıb Azərbaycan dövlət nəzarətinin yaranmasını da bu faktora bağlayıb, başqa bir mərhələnin müzakirəsi kimi təqdim etmək. Təbii ki, belə olanda zaman 2030-u da aşacaq. Bu Rusiyanın planı, həm də problemidir. Ukrayna müharibəsi və Qərbin təzyiqi bu planın reallaşmasında böyük əngəldir. Bunun Qarabağ probleminə birbaşa təsiri olmasa da, dolayı amil olaraq qalır, amma məsələnin həllinin ən əsas oyunçusu yenə də özümüzük. Kənar perspektivlərə ümidlənmək geridönməz problemlərə gətirib çıxara bilər...  Biz bu planın qarşısını almalı, onun reallaşmasına imkan verməməliyik. Əks halda, bu gün yaşadığımız “rəngarəng” erməni təxribatları ilə, Fransa, İran müdaxilələri ilə tez-tez rastlaşmalı olacağıq. Bu rəngarəngliyə Arutunyanın istefasını və Xankəndində rejimin faktiki olaraq keçmiş rəhbərlərin və Vardanyanın əlinə keçdiyini də əlavə etməliyik. Əslində, Azərbaycan üçün istər Arutunyanın yerinə Köçəryanın, istərsə də Paşinyanın yerinə Sərkisyanın keçməsinin heç bir fərqi yoxdur. Biz maraqlarımızın tələbi nədirsə. onu həyata keçirməliyik. Maraqlarımızın əsasında isə bu gün Xankəndində fəaliyyət göstərən separatçı rejimin fəaliyyətinə son vermək, dövlət nəzarətimizi Qarabağın qalan hissəsində də bərpa etmək dayanır. Ermənistan isə Hindistan, Fransa, İran, Rusiya silahları ilə ordunu gücləndirdiyini gizlətmir və revanşist planlarını həyata keçirmək üçün əlverişli beynəlxalq şəraitin yaranması anını gözləyir. Hətta dünənki təxribat zamanı bizim üç hərbiçimizin yaralanmasını uğur kimi təqdim edirlər. Düşmənin ən kiçik siyasi və hərbi uğur qazanmasına imkan vermək olmaz...  Deyilənlər bədbinlik əlamətləri deyil, bizi gözləyən mümkün gərginliklər haqqında qabaqcadan informasiya verib, zaman itirmədən düşmənin və havadarlarının planlarını bəri başdan zərərsizləşdirmək və aradan qaldırmaq məqsədilə zəruri tədbirlərin görülməsini diqqətə çatdırmaqdır... moderator) İlham İsmayıl

Bağçalara növbəyə yazılma dayandırılır

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Səbəb 1-15 sentyabrda qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Britaniya Tayvanı müstəqil dövlət adlandırdı

Böyük Britaniya parlamenti ilk dəfə olaraq Tayvanı müstəqil dövlət adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri parlamentin hesabatlarına əsasən məlumat yayıb.

Bakı Xankəndiyə humanitar yardım göndərdi

09:28 Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib. Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək: “Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”. *** Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evlə bağlı protest verildi

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirə edilməməsi ilə bağlı qərardan kassasiya protesti verilib. Sozcu.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, söhbət Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən iki fərdi ev və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsindən gedir. R.Məmmədov məhkəmədə həmin evlərdən birini Xalq artisti Aygün Kazımovadan aldığını demişdi. İstintaq orqanı tərəfindən sözügedən əmlaklar üzərinə həbs qoyulsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi qərarı ləğv edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü əsaslı sayıb. Dövlət ittihamçısı hökm və qərarla razılaşmır, Ali Məhkəmədən əmlakların müsadirə edilməsini xahiş edir. Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Postda yoxlama: erməninin nərd taxtası götürüldü - Foto

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib. Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.

“Haylar hələ çox oyunlar oynayacaq... Anlamırlar ki, hamısı öz başlarında çatlayacaq...”

"Ermənistan və Qarabağdakı ermənilərin arasında elə də ciddi fərq yoxdur. Həm Qarabağa, həm də İrəvan xanlığı ərazilərinə ermənilər XIX əsrin 30-cu illərindən başlayaraq köçürülüblər..." “Mənə elə gəlir ki, nə Qərb, nə ABŞ, nə də Rusiya Cənubi Qafqazdakı maraqlarından vaz keçmək istəyəcək. Onların əlində hələ ki, erməni kimi bir alət var...” Bunu Moderator.az əməkdaşıyla qısa söhbətində Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı bunları söyləyib. -Qafar bəy, Qarabağdakı haylarla Ermənistandakı hayların etnopsixoloji xarakterində hansı fərqlər var? -Ermənistan və Qarabağdakı ermənilərin arasında elə də ciddi fərq yoxdur. Həm Qarabağa, həm də İrəvan xanlığı ərazilərinə ermənilər XIX əsrin 30-cu illərindən başlayaraq köçürülüblər. Özü də bir ərazidən köçürülmədiklərindən aralarında ləhcə fərqi ola bilər, amma bunların hamısı haylardır və mən bu fikirdəyəm ki, etnik ermənilərlə hay toplumu arasında genetik fərqlər vardır. Və qısa bir müsahibədə bunları açıb qoymaq çətin olardı. Erməni ermənidir və onun psixikasında, yaşam tərzində, ideoloji baxışlarında müəyyən fərqlər ortaya çıxa bilər, amma bəlli məsələlərdə biz bunları görmürük. Məsələn Türkə münasibət məsələsində harada yaşamasından asılı olmayarq erməninin bir prinsipi mövcuddur və onu dəyişdirmək çətin məsələdir... -Sizcə, həm Rusiya, həm də Qərb: Avropa, ABŞ məsələlərə müdaxilə etməkdən tamam kənara çəkilərsə və nəticədə Azərbaycan Ermənistan və Qarabağdakı haylarla təkbətək, üzbəüz qalarsa,  yenədəmi indiki kimi revanşist, irqçi, separatçı, işğalçı xislətli çıxışlar edərlər? Yoxsa zəifliklərini dərk edib qınlarına çəkilər və Azərbaycanın bütün sülh, barışıq təklifləri ilə razılaşarlar? - Mənə elə gəlir ki, nə Qərb, nə ABŞ, nə də Rusiya Cənubi Qafqazdakı maraqlarından vaz keçmək istəyəcək. Onların əlində hələ ki, erməni kimi bir alət var. Və ermənilər hələ çox oyunlar oynayacaq. Amma dərk etmirlər ki, bu oyunların hamısı onların - hayların öz başında çatlayacaq...  

“Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb” - Podolyak

“Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb”. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda danışıqlara çağırış və yaxud silah tədarükünün dayanıdırılması ilə bağlı məsələ gündəmə gətirilə bilər. “Rusiya müdafiə xətti dağılmağa başlayır. Ukrayna ordusu müəyyən uğurlarla cənuba doğru irəliləyir. Atəş nəzarəti altında olan "Krım quru dəhlizi"nə nəzarəti ələ keçirməyə bir addım da yaxınlaşır. Rusiyanın bütün dəstək xətləri, o cümlədən dəmir yolu xətləri təhlükə altındadır", - deyə M.Podolyak bəyan edib.