“Rusiya ordusu strateji mövqelərini itirmək həddinə çatıb”.
Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda danışıqlara çağırış və yaxud silah tədarükünün dayanıdırılması ilə bağlı məsələ gündəmə gətirilə bilər.
“Rusiya müdafiə xətti dağılmağa başlayır. Ukrayna ordusu müəyyən uğurlarla cənuba doğru irəliləyir. Atəş nəzarəti altında olan "Krım quru dəhlizi"nə nəzarəti ələ keçirməyə bir addım da yaxınlaşır. Rusiyanın bütün dəstək xətləri, o cümlədən dəmir yolu xətləri təhlükə altındadır", - deyə M.Podolyak bəyan edib.