09:28
Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq.
Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.
Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:
“Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.
***
Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.
Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.