“Haylar hələ çox oyunlar oynayacaq... Anlamırlar ki, hamısı öz başlarında çatlayacaq...”

"Ermənistan və Qarabağdakı ermənilərin arasında elə də ciddi fərq yoxdur. Həm Qarabağa, həm də İrəvan xanlığı ərazilərinə ermənilər XIX əsrin 30-cu illərindən başlayaraq köçürülüblər..."

“Mənə elə gəlir ki, nə Qərb, nə ABŞ, nə də Rusiya Cənubi Qafqazdakı maraqlarından vaz keçmək istəyəcək. Onların əlində hələ ki, erməni kimi bir alət var...”

Bunu Moderator.az əməkdaşıyla qısa söhbətində Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı bunları söyləyib.

-Qafar bəy, Qarabağdakı haylarla Ermənistandakı hayların etnopsixoloji xarakterində hansı fərqlər var?

-Ermənistan və Qarabağdakı ermənilərin arasında elə də ciddi fərq yoxdur. Həm Qarabağa, həm də İrəvan xanlığı ərazilərinə ermənilər XIX əsrin 30-cu illərindən başlayaraq köçürülüblər. Özü də bir ərazidən köçürülmədiklərindən aralarında ləhcə fərqi ola bilər, amma bunların hamısı haylardır və mən bu fikirdəyəm ki, etnik ermənilərlə hay toplumu arasında genetik fərqlər vardır. Və qısa bir müsahibədə bunları açıb qoymaq çətin olardı. Erməni ermənidir və onun psixikasında, yaşam tərzində, ideoloji baxışlarında müəyyən fərqlər ortaya çıxa bilər, amma bəlli məsələlərdə biz bunları görmürük. Məsələn Türkə münasibət məsələsində harada yaşamasından asılı olmayarq erməninin bir prinsipi mövcuddur və onu dəyişdirmək çətin məsələdir...

-Sizcə, həm Rusiya, həm də Qərb: Avropa, ABŞ məsələlərə müdaxilə etməkdən tamam kənara çəkilərsə və nəticədə Azərbaycan Ermənistan və Qarabağdakı haylarla təkbətək, üzbəüz qalarsa,  yenədəmi indiki kimi revanşist, irqçi, separatçı, işğalçı xislətli çıxışlar edərlər? Yoxsa zəifliklərini dərk edib qınlarına çəkilər və Azərbaycanın bütün sülh, barışıq təklifləri ilə razılaşarlar?

- Mənə elə gəlir ki, nə Qərb, nə ABŞ, nə də Rusiya Cənubi Qafqazdakı maraqlarından vaz keçmək istəyəcək. Onların əlində hələ ki, erməni kimi bir alət var. Və ermənilər hələ çox oyunlar oynayacaq. Amma dərk etmirlər ki, bu oyunların hamısı onların - hayların öz başında çatlayacaq...  

Share on Facebook