Parisdə artıq 2 Eyfel var

Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsi artıq bir deyil, ikidir. Sozcu.az musavat.com-a istinadən bildirir ki,şəhərdə qüllənin 1/10 ölçüsündə, bənzər daha bir Eyfel qülləsi inşa edilib. Qüllələr arasında məsafə isə 200 metrdir. Eifela adlanan balaca qüllənin boyu 32 metr, çəkisi isə 23 tondur. Filipp Maindron tərəfindən inşa edən balaca Eyfelin 10 aprelə qədər nümayiş etdiriləcəyi bildirib.

DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır

On bir ayın sultanı olan Ramazan ayında oruc tutmağın insan sağlamlığı üçün də bir çox faydaları var.  Sozcu.az lent.az-a istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis həkim Ahmet Aydın bildirib ki, oruc tutmaq qanda şəkər səviyyəsini aşağı salır. Onun sözlərinə görə, oruc tutmaq həmçminin alzermir və parkinson kimi nevroloji xəstəliklərin yaranması riskini azaldır: "Araşdırmalar nəticəsində məlum olub ki, oruc tutmaq idrak funksiyalarını və beyin strukturlarını yaxşılaşdırır. Beləliklə oruc tutan insanlar daha gec yaşlanır. Həmçinin xaricində həzm sistemimiz zərərli bakteriyalardan təmizlənir. Bir neçə gün oruc tutduqdan sonra mədə normal ölçüsü qədər kiçilir və zaman keçdikcə aclıq hissi azalır".

İmsakda yemədən oruc tutmaq olarmı?

Dinimizə görə sahura (obaşdanlıq) qalxmaq vacib deyil. Ancaq Ramazanda sahur yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir. Sozcu.az xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib. O bildirib ki, dinimizə görə sahura qalxmaq orucu bərəkətli edir: “Məhəmməd Peyğəmbər (s) bu barədə “Sahur yeməyini yeyin!” deyə buyurub. Bəzən insanlar sahur etmədən oruc tuturlar. Dinimiz bu əməli bəyənmir. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Gəlin özümüzdə sahura qalxmaq vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək”.

“WhatsApp” "Windows"da tamamilə dəyişdi

"WhatsApp" mesenceri "Windows" istifadəçiləri üçün yeni proqram təqdim edib. Belə ki, artıq "WhatsApp" "Zoom"la rəqabət apara biləcək, çünki bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insan iştirak edə bilər. "Windows" üçün yeni proqramı onu daha çox "WhatsApp"ın mobil analoquna bənzədib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, yeni versiya çoxlu cihaz sinxronizasiyasını da dəstəkləyir. Bu, o deməkdir ki, hətta telefonunuz olmadan da "Windows"da "WhatsApp"dan istifadə etməyə davam edə bilərsiniz. Yeni proqramda linklərin ön izləmələri və stikerlər kimi xüsusiyyətlər də mövcuddur. Ekspertlərin fikrincə, əlavə edilən funksiyalar onu əslində tamamilə yeni bir tətbiqə çevirib. "WhatsApp" qurucularından verilən məlumata görə, zaman keçdikcə videozənglərdə 8, audiozənglərdə isə 32 nəfərlik məhdudiyyət də aradan götürüləcək.

Bakıda alçanın fantastik qiyməti - Foto

Bakının böyük supermarketlərindən birində satılan alçanın qiyməti hər kəsi təəccübləndirib. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə alçanın kiloqramının 195 manat olduğu görünür. Bu qiymət isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. 

Ramazanın 4-cü gününün duası - İmsak və iftar vaxtı

Bu gün Azərbaycanda Ramazan ayının dördüncü günüdür. Sozcu.az xəbər verir ki, bu gün üçün imsak saat 05:07, iftar isə 19:13-ə təyin olunub. İmsak duası: “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Allah orucunuzu qəbul etsin!

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - SİYAHI

Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. 1992-ci ilin bu günündə “Azərbaycan Milli Qəhrəmanı” adı rəsmiləşdirilib. Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara “Xalq qəhrəmanı” deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri ad kimi rəsmiləşdi. 1991-ci ilin 18 oktyabr - Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda igid oğul və qızları keçmiş SSRİ-nin zamanında “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər. Onların ümumi sayı 42 nəfərdir. “Sovet İttifaqı Qəhrəmanı” adını alan ilk soydaşımız isə İsrafil Məmmədov olub. Bu ali adı iki dəfə qazanan isə tank diviziya komandiri general-mayor Həzi Aslanov olub. Müstəqilliyimizin bərpasının ikinci ilində -1992-ci ilin iyununda “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməyə başlanılıb. Müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb. Sozcu.az Bizim.Media -ya istinadən həmin siyahını təqdim edir: 1. Məhərrəm Seyidov 2. Əlif Hacıyev 3. Valeh Müslümov 4. Mehdi Abbasov 5. Albert Aqarunov 6. Mikayıl Cəbrayılov 7. Vüqar Hüseynov 8. Səfəralı Məmmədov 9. Nofəl Quliyev 10. Yuri Kovalyov 11. Yusif Əliyev 12. İlham Əliyev Ümumilikdə isə müstəqillik dövründə 218 qəhrəman soydaşımıza bu fəxri ad verilib. Sonuncu Milli Qəhrəmanlarsa 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olan general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev olublar. Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır: 1. Bəxtiyar Allahverdiyev 2. İntiqam Atakişiyev 3. İbad Hüseynov 4. Vahid Quliyev 5. Şahin Tağıyev 6. Fəxrəddin Cəbrayılov 7. Ehtiram Əliyev 8. Fariz Qəhrəmanov 9. Mədət Quliyev 10. Mirzə Quliyev 11. Zabit Quliyev 12. Fariz Mədətov 13. Mövsüm Məmmədov 14. Sahil Məmmədov

Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı

Bu gün Ramazan ayının ikinci günüdür. Sozcu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:13-də, iftar isə saat 19:10-dadır. Ramazan ayının 2-ci gününün duası: "Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin". "İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!" Allah orucunuzu qəbul etsin!

Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı

Bu ün Ramazan ayının birinci günüdür. Sozcu.az xəbər verir ki, imsak vaxtı 05:14, iftar isə 19:09-a təyin olunub. Birinci günün imsak vaxtı üçün duasını: “Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!” Tərcüməsi “Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Ramazan bayramı ilə əlaqədar bu tarixlərdə iş olmayacaq

Aprel ayında Ramazan bayramı münasibətilə 4 gün qeyri-iş günü olacaq. Aprel ayının 21, 22-i Ramazan bayramı qeyd olunacaq. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel istirahət günüdür. Beləliklə də, aprel ayında 12 gün qeyri-iş günü olacaq.

Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır

Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır. Qeyri-iş günləri martın 18-də başlayacaq və martın 26-da isə son qeyri-iş günü olacaq. Belə ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2023-cü il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Beləliklə, 18, 19 və 25, 26 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (18,19, 20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləridir. Növbəti iş günü martın 27-dir.

"WhatsApp"da statusa səsli mesaj yerləşdirmək mümkün olub

"WhatsApp" messencerində statusa səsli mesaj yerləşdirmək mümkün olub. Sozcu.az xəbər verir ki, bu barədə "Meta" şirkəti məlumat yayıb. Yeniləmə iOS istifadəçiləri üçün əlçatan olub. Bundan başqa, məlum olub ki, fotolardan mətnin kopyalanması da platformaya gələcək.