Elm adamları axşam yeməyinin gec saatlarda yeyilməsinin təhlükəsi olmadığını açıqlayıblar.
Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssislər bu qənaətə gəlmək üçün 80 min britaniyalı haqqında məlumatları təhlil ediblər.
Təcrübə zamanı iştirakçılar axşam yeməyini gec yedikdə daha enerjili olduqlarını bildiriblər.
Alimlərin fikrincə, gec yeməyin mənfi nəticələri var. Məsələn, çəki artımı, yuxusuzluq, erkən qocalma və s. Amma bunlara gecə qidalanma konkret səbəb deyil.
Eksperiment nəticəsində məlum olub ki, axşam yeməyini 21:30-da bitirmək olar, lakin əsas məsələ səhər yeməyinin gec yeyilməsidir. Mütəxəssislər bildiriblər ki, əslində səhər yeməyini bitirməyin normal vaxtı saat 11:30-dur. Bu, insanın daha gümrah və orqanizmin daha sağlam olması üçün əhəmiyyətlidir.