Zulu kralı, 48 yaşlı Misuzulu KaZvelitini zəhərlənmə şübhəsi ilə təcili xəstəxanaya çatdırılıb.
Sozcu.az oxu.az-a istinadən bildirir ki, bunu kral ailəsi administrasiyasının rəhbəri şahzadə Manqosutu Buthelezi bildirib.
"Kralı ziyarət edən müşavir Xaba qəflətən zəhərlənmə şübhəsi ilə ölüb. Eyni zamanda, onun da zəhərlənə biləcəyindən şübhələndiyimiz kral xəstələnib. O, dərhal Esvatinidə həkimə müraciət edib", - məlumatda deyilir.
Bildirilir ki, Kazvelitini hazırda həkim nəzarətindədir və özünü yaxşı hiss edir.