Azərbaycana gələn turist İslam dinini qəbul etdi

Rumıniyadan Azərbaycana gəlmiş turist İslam dinini qəbul edib.

Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli paylaşım edib.

Hacı Surxay bildirib ki, turist müsəlman olduqdan sonra adını dəyişmək qərarına gəlib:

“Rumınıyalı turistimiz bütün peyğəmbərlər, onların ailəsi ilə bağlı illərdir araşdırma aparıb sonda İslamı qəbul etmək qənaətinə gəlib. Bu gün İslamı qəbul etdi. Adını da dəyişdi, Təmir adını seçdi. Allah qardaşımıza ömür versin. Təbrik edirəm”.

İslamı qəbul edən turist də öz hisslərini ifadə edib:

“Məni qəbul etdiyiniz üçün çox sağ olun. Bu gün qardaşlarımızın yanından xoş təəssürat və imanla ayrılıram”.

Share on Facebook