Qurban Qurbanova dünyanın ən nüfuzlu Feyr Pley mükafatı təqdim olundu

“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu Feyr Pley mükafatı – “Joao Barotra” diplomuna layiq görülüb. Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə bu gün keçirilən təntənəli mərasimində Feyr Pley mükafatı Q.Qurbanova təqdim olunub. Xatırladaq ki, Q.Qurbanovun bu mükafata təqdimatını Azərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.

“Qarabağ” ev oyunlarını Xankəndidə keçirəcək

"Qarabağ" bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində keçirəcək. Sozcu.az xəbər verir ki, bu haqda Sportinfo.az-a mötəbər mənbələrdən məlumat daxil olub. Redaksiyamıza verilən informasiyaya görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb. "Köhlən atlılar" bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək. "Qarabağ" rəhbərliyi dünəndən bər Xankəndindədir. Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb. Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni xunta rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub. Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib. Əldə etdiyimiz informasiyasına görə, Ağdam təmsilçisinin nümayəndələrinin hələ 1 gün də orada qalmaları planlaşdırılır. Səfər birbaşa "Qarabağ"la əlaqədardır və bu məkanla tanışlıq xarakteri daşıyır. Gəlinən ilk rəydan məlumatlıyıq. Belə ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruz edib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir. Qazonla səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin "bayrağ"ının rənglərindədir. Hakimlər və paltardəyişmə otaqlarına "əl gəzdirilməlidir". Stadionun ərazisində ümumiyyətlə tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.

"Ten Haq qovulmalı, Ronaldo kapitan olmalı idi"

Jurnalist və teleaparıcı Pirs Morqan “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun 2023-cü ildə 42 matçda 46 qol vurmasına münasibət bildirib. Sozcu.az  xəbər verir ki, o, sosial şəbəkə hesabında deyib: "Ancaq o, guya "Mançester Yunayted"də problem idi. Ten Haqı qovmalı, Ronaldo "Mançester Yunayted"in kapitanı olmalı idi". Qeyd edək ki, Ronaldo ötən ilin noyabrında Morqanla qalmaqallı müsahibəsindən sonra klubdan ayrılmışdı. Portuqaliyalı hücumçu baş məşqçi Erik Ten Haqın ona hörmət etmədiyini vurğulamışdı.

"Qarabağ" "Neftçi"ni məğlub etdi

Bu gün Misli Premyer Liqasında 9-cu tura və birinci dövrəyə yekun vurulur. Sozcu.az xəbər verir ki, turun son və mərkəzi qarşılaşmasında "Neftçi" son çempion "Qarabağ"ı qəbul edir. Qeyd edək ki, turun digər matçları 6 və 7 oktyabr tarixlərində keçirilib. *** Juninyo qarşılaşmanın 46-cı dəqiqəsində "Qarabağ"ı hesabda önə çıxarıb: 0-1. *** Cica matçın 88-ci dəqiqəsində "Qarabağ"ın ikinci qoluna imza atdı. Matç 2-0 hesabı ilə də qonaq komandanın xeyrinə başa çatdı.

"Portuqaliya çempionatı sirkə çevrilib" - Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya çempionatından danışıb. Sozcu.az xəbər verir ki, o, "Record"a müsahibəsində deyib: “Portuqaliya futbolunda mübahisə? Bu, məni təəccübləndirmir. Bütün çempionatlarda mübahisələr olur, amma Portuqaliyada buna daha çox rast gəlinir. Bu pisdir. Və problemlərdən biri də budur. Hamı öz fikrini deyir, hamı müzakirə edir, 40 kanal danışır. Buna görə Portuqaliya çempionatı Premyer Liqa və ya Bundesliqa kimi tezliklə yüksək liqa olmayacaq. Mən portuqaliyalıyam və bu, məni narahat edir. İstərdim ki, liqamız ən yaxşılardan biri olsun. Düşünürəm ki, Səudiyyə Ərəbistanının çempionatı Portuqaliyadan daha yaxşıdır.  Səudiyyə Ərəbistanında çox hay-küy yoxdur, adların keyfiyyəti daha yaxşıdır. Ümid edirəm ki, Portuqaliya çempionatında hər şey daha yaxşı olacaq. Bilirəm çətindir. Bəlkə də qeyri-mümkündür. Son vaxtlar baş verənlər Portuqaliya çempionatını sirkə çevirib”. Ronaldo 2023-cü ilin yanvarından "Əl Nəsr"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

“Qalatasaray” iki yeni transferi açıqladı

Fransalı Tanguy Ndombele və kolumbiyalı Davinson Sançesin “Qalatasaray”a keçidi rəsmiləşib. Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat verilib. Futbolçuların keçidinin maddi tərəfləri də bəlli olub. Məlumata görə, bir illik icarə əsasında İstanbul klubunda çıxış edəcək Ndombelenin cari mövsüm üçün məvacibi 3,1 milyon avro olacaq. Əgər komanda onu almaq istəsə, o zaman 15 milyon avro ödəmək məcburiyyətində qalacaq. Bu məbləğ beş il ərzində beş dəfəyə ödəniləcək. Sançesə gəlincə, futbolçu ilə 4+1 illik razılaşma imzalanıb. O, “sarı-qırmızılar”ın heyətində ildə 3,2 milyon avro qazanacaq. Qeyd olunur ki, kolumbiyalı Türkiyə nəhənginə 9,5 milyon avroya başa gəlib ki, bu məbləğ də öz növbəsində beş il ərzində beş dəfəyə ödəniləcək.

Azərbaycanlı hakim Fransa – Portuqaliya oyununa təyinat alıb

Azərbaycanlı hakim Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununa təyinat alıb. O, bu gün baş tutacaq qarşılaşmanın birinci hakimi olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.

PSJ hücumçu transfer etdi

PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Sozcu.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Paris təmsilçisi "Lion"dan Bredli Barkolanı transfer edib. PSJ qarşı tərəfə 45 milyon avro ödəyib. Daha 5 milyon avro mümkün bonuslar kimi təqdim olunacaq. 20 yaşlı hücumçu ilə 5 illik (2028-ci il iyunun sonuna qədər) müqavilə imzalanıb.  Qeyd edək ki, Barkola 2022/2023 mövsümündə "Lion" üçün bütün yarışlarda 31 oyuna çıxıb, 7 qol vurub və 9 qolun ötürməsini verib. Futbolçunun keçmiş klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi idi.

ÇL-in oyunları bu kanallarda

Bu gün Çempionlar Liqasının pley-offunda keçiriləcək cavab oyunlarına Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə açıq yayımla baxmaq mümkün olacaq. Sozcu.az xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək: AZƏRBAYCAN "CBC Sport"  23:00. PSV - "Reyncers TÜRKİYƏ  TV 8.5 23:00. AEK - "Antverpen" RUSİYA "Matç TV" 23:00. PSV - "Reyncers" "Futbol 1" 23:00. AEK - "Antverpen" "Futbol 2" 23:00. "Kopenhagen" - "Rakov" "Futbol 3" 23:00. PSV - "Reyncers"

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq kanal müəyyənləşib. Sozcu.az Report-a istinadən xəbər verir ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Adıçəkilən telekanal görüşü günün proqramına da daxil edib. Həmin gün saat 18:45-dən etibarən “Matça doğru” verilişi efirdə olacaq, 20:00-dan isə oyun tamaşaçılara canlı yayımla təqdim olunacaq. Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

Mançini rəsmən Səudiyyə Ərəbistanı millisində

Roberto Mançininin Səudiyyə Ərəbistanı millisinə təyinatı rəsmiləşib. Sozcu.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti sosial şəbəkələrdə məşqçinin video təqdimatını yayıb. Daha əvvəl jurnalist Nikolo Şkira 58 yaşlı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanacağını yazıb. Qeyd edək ki, avqustun 13-də Mançini 5 il çalışdırdığı İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi

Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra növbəti UEFA reytinqi açıqlanıb. Sozcu.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-offunda “Olimpiya” ilə  ilk oyunda 2:0 hesablı qələbəsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Səfərdə qeydə alınan qələbə Azərbaycanın aktivinə 0,250 xal əlavə edib. Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. 28-ci pillədə olan Slovakiya ilə xal fərqi 0,375 əmsala bərabərdir. Qeyd edək ki, reytinqə 89,053 xalla İngiltərə başçılıq edir.