"Əl Nəsr" futbolçusu Seko Fofananı icarəyə verib.
Sozcu.az xəbər verir ki, afrikalı yarımmüdafiəçi mövsümün sonuna kimi "Əl İttifaq"da çıxış edəcək. Bu barədə "Əl-Nəsr"in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Fofana bu mövsüm 19 oyunda meydana çıxıb və 2 qol vurub. Onun "Əl Nəsr"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Fil Dişi Sahili millisinin üzvü “Mançester Siti”, “Fulhem”, “Bastiya”, “Udineze”, “Lans” klublarında da oynayıb.