"Real"ın bəzi futbolçuları Ançelottidən narazıdırlar

"Real"ın bəzi futbolçuları komandanın baş məşqçisi Karlo Ançelottidən narazıdır.  Sozcu.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Madrid klubunun bir neçə futbolçusu komandada oyun müddətinin azaldılmasından narazıdır. Xüsusilə, bu mövsüm daha çox oyun vaxtı alacağını gözləyən Luka Modriç "Real"dan mövqeyindən məmnun deyil. Arda Güler, Naço Fernandes, Nikolas Pas və Kepa Arrisabalaqa da özlərini klubda narahat hiss edirlər. "Real" hazırda La Liqada 26 turdan sonra 65 xalla liderdir.

“Qarabağ”ın itirəcək heç nəyi yoxdur, zövq alaq - Abuşov

“Qarabağ” elə bir mərhələyə gəlib çatıb ki, bizim üçün itirəcək heç bir şey yoxdur. Belə bir məqamda nədənsə qorxmaq da lazım deyil. Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov Avropa Liqasının 1/8 final mərhələsi üçün püşkatmanın nəticələrini şərh edərkən deyib. “Qurban Qurbanov yetərincə istedadlı və cəsarətli mütəxəssisdir. Maraqlıdır ki, bir müddət əvvəl Qurban bəy özü “Bayer”in düşərgəsində olub, Alonso ilə də fikir mübadiləsi aparmışdı. İndi həmin o səfərdən faydalanmağın zamanıdır”, - Abuşov bildirib. Ekspert rəqibin xeyli güclü, uzunmüddətli məğlubedilməz oyunlar seriyasına sahib olduğunu vurğulayıb: “Amma “Qarabağ” heç “Braqa” ilə görüşün də favoriti deyildi, çoxları hesab edirdi ki, təmsilçimiz Avropa Liqasının qrupuna vəsiqə qazanmaqla missiyasını bu mövsümlük başa vurub. “Köhlən atlar” isə nəinki qrupdan çıxmağı, hətta Portuqaliya təmsilçisi “Braqa”nı da yolundan kənarlaşdırmağı bacardı. Deməli, ümidsiz olmağa dəyməz. Ən azından ona görə ki, “Qarabağ” “Bayer”ə qarşı layiqli mübarizə aparacaq. Bizə qalan zövqlü futbola baxıb həzz almaq, “Qarabağ”la fəxr etməkdir”. Qeyd edək ki, “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi Almaniyanın "Bayer Leverkuzen" klubu olub.

2024-CÜ İLDƏ DÜNYA İDMANININ İNKİŞAFINDA YENİ DÖVR BAŞLAYACAQ

2024-cü il fevralın 21-dən martın 3-dək Rusiyada baş tutacaq tədbiri ekspertlər belə qiymətləndirirlər. Dünya idmanı tarixində ilk dəfə olaraq, Kazan şəhərində “Gələcəyin Oyunları” Beynəlxalq Multiidman Turniri keçiriləcək. Yeni formatlı oyunlar planetin ən güclü idmançılarını, o cümlədən İran, Türkiyə, Azərbaycan və İslam dünyasının digər ölkələrini bir araya gətirəcək. Ümumilikdə turnirdə 107 ölkəni təmsil edən 277 komandadan 2000-dən çox iştirakçı iştirak edəcək. Dünyanın hər yerindən ən yaxşı idmançılar və e-idmançılar figital konsepsiyasını dəstəkləyən, yəni klassik idman növlərini, e-idman və texnologiyanı birləşdirən 21 innovativ fənn üzrə yarışacaqlar.  Figital-da qalib gəlmək üçün idmançının yalnız futbol meydançasında, yarış meydançasında, rinqdə və ya sevimli video oyununda ən yaxşı olması kifayət deyil. Figital və rəqəmsal mərhələlərdə toplanan xallar toplanılır, iştirakçılardan isə xüsusi hazırlıq və bir yarışdan digərinə sürətli şəkildə keçmək bacarığı tələb olunur. «Gələcəyin Oyunları» müsabiqəsi beş "çağırışa" bölünür: "İdman" çağırışı klassik idman növlərini rəqəmsal həmkarları ilə birləşdirir: figital-futbol, figital-basketbol, figital-xokkey, figital-döyüş sənəti, figital-avtomobil yarışı, figital-skeytbord, figital-BMX və virtual velosiped yarışı. Oyunların iştirakçıları 2023-cü ilin noyabr-dekabr aylarında Moskvadan Baykonura yola düşən, sonra isə Beynəlxalq Kosmik Stansiyaya gedən “Gələcəyin Oyunları” kuboku uğrunda mübarizə aparacaqlar. O, 2024-cü ildə kosmosdan qayıdacaq və “Gələcəyin Oyunları”-nda təqdim olunacaq. Müsabiqənin ümumi mükafat fondu 10 milyon dollardır.  Oyunlar zamanı Rusiya, Çin, BƏƏ, Vyetnam, Kuba, İtaliya, Suriya, Fransa, Cənubi Afrika, Latın Amerikası və digər ölkələrdən xarici nümayəndə heyətləri və 600-dən çox KİV nümayəndəsi Kazana səfər etməyi planlaşdırır. Müsabiqə bütün qitələrdə, o cümlədən Braziliya və Çili, Çin və Hindistan kimi ölkələr, eləcə də MDB ölkələri üzrə 200 saytda yayımlanacaq.  Açılış və bağlanış mərasimləri müvafiq olaraq fevralın 21-də və martın 3-də Rusiyanın Kazan şəhərində baş tutacaq. Turnirdə 20 ölkədən 7000 ərizəçi arasından seçilən 2000 könüllü iştirak edəcək.

Qurban Qurbanov: “Braqa” cütün favoritidir

“Braqa” cütün favoritidir. Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq”. Sozcu.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çox çətin oyun gözləyirik. Rəqib sürətli hücumlar edən komandadır. Ancaq biz görüşə hazırıq. Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Hamı üçün maraqlı matç olacaq”. Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını düşünür: “İndi Avropada futbol fərqlidir. Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. Avrokuboklarda böyük təcrübəmiz var. Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. “Braqa” böyük klubdur. Təbii ki, mövsümboyu eyni səviyyədə oynamaq, sabiqliyi qorumaq çətindir”. Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

“Real Madrid”in avtobusu qəzaya uğradı

“Real Madrid”in futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində "RB Leypsiq"lə oyuna gedərkən qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb. Qeyd olunur ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real Madrid”in futbolçularını aparan avtobusu çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb. Fevralın 13-də “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real Madrid” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə "Santyaqo Bernabeu" stadionunda olacaq.

“Fənərbağça”dan səfərdə inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib. Axar.az xəbər verir ki, lider “Fənərbağça” səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qonaqların heyətində Cingiz Ündər və Mişi Batşuayi fərqləniblər. Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək. Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.

“Mançester Siti”nin sabiq futbolçusu “Əl-İttifaq”a keçdi

"Əl Nəsr" futbolçusu Seko Fofananı icarəyə verib. Sozcu.az xəbər verir ki, afrikalı yarımmüdafiəçi mövsümün sonuna kimi "Əl İttifaq"da çıxış edəcək. Bu barədə "Əl-Nəsr"in mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Fofana bu mövsüm 19 oyunda meydana çıxıb və 2 qol vurub. Onun "Əl Nəsr"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Fil Dişi Sahili millisinin üzvü “Mançester Siti”, “Fulhem”, “Bastiya”, “Udineze”, “Lans” klublarında da oynayıb.

İspaniya kubokunda 1/4 finalın püşkü atıldı

2023/2024 mövsümünün İspaniya kubokunun 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.  Sozcu.az turnirin saytına istinadən xəbər verir ki, bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək:  "Selta" - "Real Sosyedad" "Malyorka" - "Jirona" "Atletik" - "Barselona" "Atletiko" - "Sevilya" Qeyd edək ki, görüşlər 23,24,25 yanvar tarixlərində keçiriləcək. 1/4 finalın oyunları 1 matçdan ibarətdir.

Türkiyə Superkuboku Azərbaycanda keçirilə bilər

Türkiyə Superkuboku Azərbaycanda keçirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb. Bildirilib ki, AFFA “Qalatasaray” və “Fənərbaxça” arasındakı keçiriləcək matçın Bakıda oynanılması üçün Azərbaycan Futbol Federasiyasına müraciət edib. TFF qarşılaşmanın Samsun və ya Ankarada keçirilməsini planlaşdırsa da, bu təkliflə bağlı iştirakçı klublarla müzakirə aparılacaq. Qeyd edək ki, Türkiyə Superkuboku dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin təşkilatçı ölkənin tələbləri səbəbindən görüş təxirə salınıb.Qafqazinfo

Fatih Terimin yeni klubu rəsmən açıqlandı

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Yunanıstanda işləyəcək. Sozcu.az xəbər verir ki, 70 yaşlı mütəxəssisin “Panatinaikos”un baş məşqçisi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyə mətbuatı tərəflər arasında 1.5 illik müqavilə imzalanacağını yazıb. Fatih Terim bu vəzifədə İvan Yovanoviçi əvəzləyib. Qeyd edək ki, Fatih Terim 2022-ci ilin yanvar ayından işsiz idi. "Panatinaikos" Yunanıstan Superliqasında 15 turdan sonra 34 xalla 2-ci pillədə qərarlaşıb.

“Braqa”dan “Qarabağ”la bağlı paylaşım: Yolumuz Bakıyadır

Portuqaliya təmsilçisi “Braqa” UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, klub bu barədə rəsmi X hesabında bildirib. “Yolumuz Bakıya doğrudur, pley-offdakı rəqibimiz “Qarabağ”dır”, - paylaşımda bildirilib. UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.

2023-cü ilin ən yaxşı məşqçisi - Qurban Qurbanov!

Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub. Sozcu.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb! Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova səs verib. Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb. “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasında, daha sonra Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu mövsüm Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə və “Pelikan” İdman Fəaliyyətləri Klubunun maliyyə dəstəyi ilə dekabrın 19-da keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Nizami Gəncəvi zalı”nda təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq. Kim kimə səs verib? İdman mediası Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov Mahir Rüstəmli (Futbol+) – Qurban Qurbanov Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov Əli Sahib (“Fanat.az”) – Qurban Qurbanov Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov Vüsal Mahmudov (“Futbolinfo.az”) – Qurban Qurbanov Günay Xəlil (“Offsideplus.az”) – Qurban Qurbanov İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov Natiq Muxtarlı (“Aut.az”) – Qurban Qurbanov Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov Ruslan Mikayıllı (“Azerisport.com”) – Qurban Qurbanov İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Murad Musayev Mirbağırağa Cəfərli (“Sportal.az”) – Qurban Qurbanov Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov Elvin Əhəd (“Mediasport.az”) – Elmar Baxşıyev Anar Şabanoğlu (“Sports.az”) – Qurban Qurbanov İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov Daşqın Əziz (Pressinq.az) – Qurban Qurbanov Komanda.az Rəşad Ergün – Qurban Qurbanov Pərviz Eltürk – Qurban Qurbanov Akif Əhmədov – Murad Musayev Nəzrin Kazımlı – Murad Musayev Vüsal Qəmbərov – Qurban Qurbanov Televiziya – Radio Şəmsəddin Abbasov (“CBC Sport”) – Qurban Qurbanov Gəray Qiyasov (“Real” TV) – Murad Musayev Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov Qulam Səfərli (“Xəzər” TV) – Qurban Qurbanov Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov Fərid Ramazanov (“İdman” TV) – Qurban Qurbanov Tural Xudiyev (“Space” TV ) – Qurban Qurbanov İlkin Baba (“Azərbaycan radiosu”) – Elmar Baxşıyev Cavid Neymətzadə (“Radio Space”) – Murad Musayev Mehri Qurban (Baku TV) – Rəşad Sadıqov İctimai-siyasi media İlham Quliyev (“Kaspi” qəzeti) – Qurban Qurbanov Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov Kənan Həsənov (“Report.az”) – Qurban Qurbanov Ozal Məmmədov (“Sfera.az”) – Qurban Qurbanov İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Qurban Qurbanov Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Qurban Qurbanov Amal Abuşov (“Qaynarinfo.az”) – Qurban Qurbanov Heybət Məmmədov (Publika.az”) – Qurban Qurbanov Fidan İlqar (“Lent.az”) – Qurban Qurbanov Aytən Məmmədova (“Azadliq.info”) – Rəşad Sadıqov Əziz Elxanoğlu (“Turan”) – Qurban Qurbanov Anar Rəsullu (“Sozcu.az”) – Qurban Qurbanov Natiq Cavadlı (“Meydan” TV) – Qurban Qurbanov Zahid Nurəliyev (“Bakupost.az”) – Qurban Qurbanov Fərəc Aslanov (“Azeripress.az”) – Qurban Qurbanov Səxavət Məmmədov (“Yenicag.az”) – Qurban Qurbanov Ağa Dadaşzadə (“Operativ24.az”) – Elmar Baxşıyev Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov