Çalhanoğlu zirvədə

"İnter"in futbolçusu Hakan Çalhanoğlu komandada noyabr ayının ən yaxşı futbolçusu seçilib. 

Sozcu.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı türkiyəli yarımmüdafiəçi azarkeşlərinin səsverməsi ilə sorğuda qalib olub.

Klubun etdiyi açıqlamada bildirilir: "Arsenal" və "Napoli" ilə matçlarda parlayan Hakan Çalhanoğlu üçün çox yaxşı bir ay keçdi. "San Siro"da "Arsenal" qarşı matçda həlledici qolu vurdu. "Napoli" ilə görüşdə isə uzaqdan vurduğu qol onun şah əsəri oldu".

Qeyd edək ki, Hakan Çalhanoğlu noyabrda "İnter"in heyətində 4 oyuna çıxaraq 2 qol vurub. O, zədə səbəbindən ötən ay İtaliya A Seriyasında "Verona"ya qarşı oyunu buraxmalı olub. 

Share on Facebook