Azərbaycanda ZƏLZƏLƏ oldu

İsmayıllı rayonunda zəlzələ olub. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Yeraltı təkanlar yerli vaxtla saat 18:42-də İsmayıllı stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Maqnitudası 3,6 olan zəlzələ hiss olunmayıb.

Şuşada mina partladı: yaralı hərbçilərimiz var

Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumatda bildirilir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

18 yaşlı əmisi oğlunu iplə boğaraq öldürdü

Aprelin 22-də saat 07 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Zaur oğlu Hacıyevin iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Tural Mahir oğlu Hacıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Qaxda 58 yaşlı qadın intihar edib

Qaxda 58 yaşlı qadın intihar edib. Sozcu.az-ın məlumatına görə, hadisə ötən gün axşam saat 19 radələrində rayonun Güllük kəndində baş verib. Kənd sakini 58 yaşlı Rübabə Məmmədovanın meyiti yaşadığı evin həyatyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı R. Məmmədovanın intihar etdiyi məlum olub. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.apa

İranın qurduğu gizli silahlı dəstə üzvü məhkəmə qarşısında

İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilən Tural Səfər oğlu Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, toplanan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-nə təyin edilib. Qeyd edək ki, Tural Haqverdiyev ötən il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilən, İranda gizlənən Tohid Alim oğlu İbrahimbəyli, Rövşən Elçin oğlu Əsədov, Orxan Kəmran oğlu Məmmədov, Elşad Elçin oğlu Hacıyev (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən, əsasən, əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilərək, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza atmaqla müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş İskəndər Hani oğlu Hüseynov, Tural Səfər oğlu Haqverdiyev, Eltun Əli oğlu Şükürov və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.

Bakının mərkəzində kafe yanır

Bakının mərkəzində kafe yanır. Sozcu.az Report-a istinadən xəbər verir ki, yanğın Xəqani bağında yerləşən kafedə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

Bakıda maşın qəza zamanı iki hissəyə bölündü - FOTO

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, VAZ markalı avtomobilin qəzaya uğraması nəticəsində maşın iki hissəyə bölünüb. Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən qəza zamanı sürücü həyatda qalıb.qafqazinfo)

Kanala düşən hərbçimizin meyiti tapıldı

Aprelin 17-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, kanala düşən şəxs 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevdir. Onun hərbçi olduğu bildirilir.

Qəbiristanlıqda qəbir daşları dağıdılıb, cinayət işi başlanıb

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərəfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür. Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcək.

Əri ilə dalaşan qadın məktub yazaraq itkin düşüb

Bakıda 32 yaşlı qadın itkin düşüb. Sozcu.az apa-ya istinadən xəbər verir ki, Nizami rayonu, “NZS” qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Xəyalə Şamilova yaşadıqları evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb. Araşdırmalarla məlum olub ki, qadının həyat yoldaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bundan sonra qadın kağız parçasına özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyini yazaraq evi tərk edib və bir daha geri qayıtmayıb. Hazırda Xəyalə Şamilovanın olduğu yerin müəyyən edilməsi istiqamətində Nizami RPİ-nin 23-cü PB-də axtarış tədbirləri davam etdirilir.

Xaçmazda avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var

Xaçmazın İzmayılovka qəsəbəsində "VAZ-2106" markalı avtomobil elektrik dirəyinə çırpılıb. Sozcu.az-ın məlumatına görə, hadisə nəticəsində 1982-ci il təvəllüdlü Səfərov Mahir Qafar oğlu və 2004-cü il təvəllüdlü Səfərov Novruz Mahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.report

SON DƏQİQƏ: Xəstəxanada baş verən yanğında 21 nəfər öldü

Pekində xəstəxanada baş verən yanğında 21 nəfər həlak olub.  Lent.az-ın xəbərinə görə, bu barədə şəhərin Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Sinxua agentliyinin məlumatına görə, 71 xəstə təxliyə edilib. Yanğının səbəbləri araşdırılır.