Şabranda avtomobil aşıb, yaralananlar var

Gəndob-Yalama avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "VAZ 2106" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə Xaçmaz rayon sakini, Polad Qasımov və Salyan sakini Tural Zeynallı xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Hazırda fakt araşdırılır.

Share on Facebook